Müstəvi

Vikipediya, azad ensiklopediya
MelancholieBot (müzakirə | töhfələr) (Bot redaktəsi əlavə edilir: ckb:ڕووپەڕ (هەندەسە)) tərəfindən edilmiş 05:19, 7 sentyabr 2009 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Üç koordinatlı müstəvilər

Müstəvi - həndəsənin əsas elementlərindəndir. Burada söhbət ikiölçülü sonsuz uzunluğa malik yastı, sonsuz kiçik qalınlığa malik obyektdən gedir. Müstəvinin tənliyi ilk dəfə olaraq A.K.Kleronun (1731)işlərində, müstəvinin kəsiklərdə tənliyi Q.Lamenin (1816-1818) işlərində, normal tənliyi isə L.Qessenin (1861) işlərində rast gəlinir. Müstəvinin n-ölçülü fəzada təsvirini ifadə edən tənliyi E.Kondratev (2006)təklif edib.

Müstəvinin aşağıdakı xassələri vardır:

  • Müstəvi üzərindəki istənilən iki nöqtədən keçən düz xətt bu müstəvidə yerləşir.
  • İki verilmiş nöqtədən eyni məsafədə yerləşən nöqtələr çoxluğu mövcuddur,
  • n-ölçülü fəzada n-1 ölçülü fəzaya aid olan nöqtələr çoxluğu vardır.