Fillər

Vikipediya, azad ensiklopediya
212.47.136.169 (müzakirə) tərəfindən edilmiş 03:35, 21 dekabr 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Fillər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Fillər (Elephantidae) — Məməlilər sinfinin xortumlular dəstəsindən fəsilə. Bitkilərlə qidalanan Fillər quruda yaşayan ən böyük məməli heyvanlardır, yəni bala doğurur və onu südlə bəsləyir. Fillərin böyük cüssəsindən dolayı ovçusu yoxdur. Şirlər ancaq bala, xəstə, yaxud çox yaşlı filləri ovlaya bilirlər. Dişi fillər sürü halında yaşayır və bu baxımdan sosial canlılar olaraq qəbul olunurlar. Erkək fillər cinsi yetişkənliyə yetişəndə qruplara atılır. Erkək fillər də bəzən sürülər şəklində də yaşayır.

Onların tük örtüyü seyrəkdir, sadəcə quyruğun ucunda bir qədər sıx və uzundur.

Afrika fili

Hazırda Afrikada cəmi 600 min fil yaşayır, ancaq hər il onların sayı 38 min azalır. Fillərin azalmasının əsas səbəbi onların dişlərinə görə qanunsuz yolla ovlanmasıdır. Fillərin bala vermə səviyyəsinin azalması da nəzərə alınarsa, ən gec 15 ildən sonra Afrikada fillərin nəsli kəsiləcək.[3] Afrika filinin dərisi qalındır, Hindistan filindən cüssə və qulaqlarının eni baxımından daha böyükdür.

Hindistan fili

Hindistanda və Şri-Lankada yaşayırlar. Dərisi hamardır. Boyları 10 metrə çatır.


Fiziologiyası

Tənəffüz sistemi - 2 ədəd ağciyəri var.

Həzm sisteminə ağız, udlaq, qida borusu, mədə, qaraciyər bağırsaqlar daxildir. Həzm sistemi ağızdan başlayır. Ağız suyu ilə islanmış qida dişlər vasitəsilə əzilərək üyüdülür. Sonra qida borusu vasitəsilə ağızdan mədəyə ötürülür. Mədədən bağırsağa gedən qidanın tərkibi bağırsaqda sovrulur.

İfrazat sistemi - sidik kisəsi daxildir.

Qan-damar sistemi - ürək və ondan çıxaraq bütün bədəni əhatə edən damarlardan ibarətdir.

Sinir sistemi

Cinsiyyət sistemi

Skeleti

Maraqlı məlumatlar

• Afrika həkimləri 400 fili müayinə etdikdən sonra aşkara çıxarmışlar ki, yemləri otdan ibarət olan bu nəhənglər skleroz xəstəliyinə tutulmuşlar. Halbuki indiyədək belə güman edilirdi ki, həmin xəstəliyə yağ-piy ilə çox qidalananlar tutula bilərlər. Həkimlər fillərin orqanizminin bu sirrini hələ də aça bilməmişlər.

• Cənub ölkələrində doğulan fillər şimal qışının soyuğuna çətinliklə dözürlər.Ancaq Kanadanın Edmonton şəhərində yaşayan fili soyuq qorxutmur. Ayaqlarına 87 ölçülü çəkmə geyən bu fil qarın üstü ilə cəsarətlə addımlayır. Soyuğa davamlı fil yeni hədiyyə də almışdır, onun xortumuna buruntaq geyindirilmişdir.

• Fillər çimməyi çox sevdikləri üçün özlərinə su hovuzu da düzəldirdirlər. Fillər çayın qarşısını daşla, ağacla tutaraq dərinliyi 1,2 – 2 m olan hovuzda isti günlərdə həvəslə çimirlər.

• Amerika fili bədəncə Asiya filindən böyükdür, onun hündürlüyü 3,5 m, ağırlığı 5 tondan çoxdur. Ayaqlarının pəncə hissəsinin altı çox sərt və eyni zamanda elastiki olur ki, bədəninin əsas ağırlığı bu yastıqlar üzərinə düşür. Buna görə də fil bədəncə ağır heyvan olmasına baxmayaraq, cəld və səssiz yeriyir. Filin xortumu çox elasiki və güclüdür. Burun dəlikləri xortumun ucunda yerləşir. Xortumun ucunda barmaqşəkilli ətli çıxıntı vardır. Afrika filinin dişlərinin uzunluğu 2 metr və ağırlığı 80 kq olur. Hər 10-15 ildən bir dişlər yenisi ilə əvəz olur. Fil 60-80 il yaşayır və bu müddətdə təxminən 6 dəfə diş dəyişir.

• Dişi fil hər 3-4 ildən bir balalayır və hər dəfə 1 bala doğur. Yeni doğulmuş bala tüklə örtülü olur, bir neçə gün sonra anasının dalınca gəzir.

• Çox möhkəm fil dişindən və sümüyündən qəşəng və nəfis seylər hazırlanır. Fil 4 dizi olan yeganə məməli heyvandır. 21-22 ay hamiləlik dövrü keçirir. Hər il dünyada 2 milyon fil doğulur, bir o qədər də ölür.

• Alimlər bir müddət onların skletinin harada yerləşdiyini tapa bilmirdilər. Sonra aydınlaşdırıldı ki, fil ölümünün yaxınlaşdığını hiss edərək özünü çaya və ya batağlığa atır.

Şəkillər

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2006.
  2. Wilson D. E., Reeder D. M. Class Mammalia Linnaeus, 1758. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 56–60. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. "15 ildən sonra fil tapılmayacaq". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.

Həmçinin bax