Qaralama:İlham Bayramov

Vikipediya, azad ensiklopediya
Yusif Babazada (müzakirə | töhfələr) (Səhifə "{{Vəzifəli şəxs |şəkil = |şəklin izahı = |şəklin ölçüsü = |vəzifə = Baş direktor |bayraq = Coat of arms of Azerbaijan.svg |bayraq2 = Flag of Azerbaijan.svg |başlanğıc = 10 dekabr 2021 |təhsili = M.V.Lomonosov adına Moskva Dövlət Universiteti..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 08:25, 31 avqust 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
İlham Bayramov
Vəzifədədir
10 dekabr 2021-ci ildən
Şəxsi məlumatlar
Təhsili M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Elmi fəaliyyəti
Elmi dərəcəsi Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru

Təltifləri “Dövlət qulluğunda fərqlənməyə görə” medalı]]

İlham Üzeyir oğlu Bayramov (10 avqust 1970, Zəngəzur mahalı, Qarakilsə rayonu) — İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin baş direktoru, Azərbaycan Respublikasının Respublikasının Kənd Təsərrüfatı Nazirliyi aparatının rəhbəri (2014-2018), Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini (2006-2009), Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru.

Həyatı

Bayramov İlham Üzeyir oğlu 10 avqust 1970-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində ziyalı ailəsində anadan olub. Evlidir, 3 övladı var.


Təhsili

1992-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya” fakültəsinin məzunudur. 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Strateji Tədqiqatlar və Dövlət Müdafiəsinin İdarəetmə Akademik Kursları”nı bitirib. 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Rəhbər kadrların ixtisasının artırılması” fakultəsini fərqlənmə ilə başa vurub. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur.

Əmək fəaliyyəti

1993-cü ildə Moskva şəhərində “Avşar” müəssisənin direktor müavini olaraq əmək fəaliyyətinə başlayıb. 1995-1996-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya institutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1996-1999-cu illərdə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsində baş mütəxəssis vəzifəsində işləyib. 1999-cu ilin aprel ayında Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsinin “Azdövyerqurlayihə” institunda baş mütəxəssis vəzifəsinə, həmin ilin iyun ayında Dövlət Torpaq Komitəsinin Dövlət Torpaq Kadastrı, Monitorinqi və İnformasiya Mərkəzində şöbə rəisi, 2001-ci ildə isə Mərkəzin direktor müavini vəzifəsinə təyin edilib. 2005-ci ildə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində şöbə rəisi, 2006-cı ilin yanvar ayında Xidmətin rəis müavini vəzifəsinə təyin edilib və 2009-cu ilin may ayına qədər həmin vəzifədə çalışıb. 2009-2013-cü illərdə “Caspel” MMC-nin idarə heyətinin sədr müavini qismində fəaliyyətini davam etdirib. 2013-2014-cü illərdə “Azərsu” ASC-nin İnformasiya və Kommunikasiya Texnologiyaları departamentinin rəisi vəzifəsində çalışıb. 2014-2018-ci illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb, daha sonra isə nazirin müşaviri təyin edilib. 2014-2018-ci illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi aparatının rəhbəri, nazirin müşaviri işləyib. 2018-2021-ci illərdə Azərbaycan Sənaye Korporasiyası ASC-də İstehsal və Əməliyyatlar departamentinin direktoru vəzifələrində çalışıb. 2021-ci ilin 10 dekabr tarixindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin Baş direktoru olaraq fəaliyyətini davam etdirir.

Azərbaycanda uğurla həyata keçirilmiş iqtisadi, aqrar, torpaq islahatları üzrə dövlət proqramlarının və layihələrinin icrasında iştirak edib, elmi tədqiqatlar, torpaq, daşınmaz əmlak, su resurslarının idarəçiliyi, regionların inkişafı, ərazi planlaşdırılması, İKT sahəsində dövlət və özəl sektorda müxtəlif vəzifələrdə çalışıb. İKT-nin tətbiqi, korporativ informasiya sistemləri, İT infrastrukturu, məkan məlumat bazaları, kadastr və qeydiyyat sistemləri, coğrafi informasiya sistemləri (GİS) və digər informasiya sistemlərinin yaradılması, İT həllərinin tətbiqi və inkişaf etdirilməsi layihələrində təcrübəsi var və bu layihələrə rəhbərlik edib. Niderland, Litva, İsveç və Almaniyanın aidyyəti dövlət qurumlarının müvafiq sertifikatlarına layiq görülüb, bir sıra elmi monoqrafiyaların və metodiki əsərlərin müəllifidir, ölkəmizdə aqrar sahənin inkişaf etdirilməsi məqsədi ilə qəbul edilmiş bir sıra dövlət proqramlarının hazırlanmasında iştirak edib.

Təltifləri

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 noyabr tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Elmi əsərləri və monoqrafiyaları

İlham Bayramov bir sıra elmi məqalələrin, təlimatların və kitabın müəllifidir.