Azərbaycanın Milli Qəhrəmanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycanın Milli Qəhrəmanı

Ölkə Azərbaycan Azərbaycan
Tip Medal
Təltif edir
Status Təqdim olunur
Statistika
Təsis tarixi 25 mart 1992
İlk təltif
Son təltif
Təltif sayı 219
Ardıcıllıq
Yüksək mükafat "Vətən Müharibəsi Qəhrəmanı" medalı
Aşağı mükafat "Vətən uğrunda" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycanın Milli QəhrəmanıAzərbaycan Respublikasının fərqlənmə dərəcəsi.[1][2]

Təsis edilməsi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur.[1]

"Azərbaycanın Milli Qəhrəmanı" adı haqqında əsasnamə Azərbaycan Respublikasının 1992-ci il 15 iyul tarixli 209 nömrəli Qanunu ilə təsdiq edilmişdir.

  • "Azərbaycanın Milli Qəhrəmanı" adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.
  • "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.
  • Azərbaycanın Milli Qəhrəmanına aşağıdakılar təqdim edilir:
  • xüsusi fərqlənmə nişanı — səkkizguşəli "Qızıl Ulduz" medalı;
  • "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında Fərman.
  • "Azərbaycanın Milli Qəhrəmanı" adı eyni şəxsə bir dəfə verilir.
  • Azərbaycanın Milli Qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.
  • "Qızıl Ulduz" medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.
  • "Azərbaycanın Milli Qəhrəmanı" adı almış şəxslər həmin addan yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhrum edilə bilərlər.
medal haqqında ƏSASNAMƏ[2]

Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: "Ay-Ulduz" medalı

Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı — "Ay-Ulduz" medalı "Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli Qanunu ilə təsis edilmişdir.[3]

"Ay-Ulduz" medalı "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanununa əsasən "Qızıl Ulduz" medalı ilə əvəz edilmişdir.[4]

Azərbaycanın Milli Qəhrəmanları

[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasında Azərbaycanın Milli Qəhrəmanları olan işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.[5]

  1. 1 2 ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu Arxivləşdirilib 2018-03-06 at the Wayback Machine (az.)
  2. 1 2 "Azərbaycanın Milli Qəhrəmanı" adı haqqında Əsasnamə Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine (az.)
  3. "Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli Qanunu Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine (az.)
  4. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanunu Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine (az.)
  5. "Azərbaycan Respublikasının Əmək Məcəlləsi>Maddə 120". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 11.01.2012. 2012-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]