Birləşmiş Krallıq universitetlərinin siyahısı

Birləşmiş Krallıq universitetlərinin siyahısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hüdudları daxilində fəaliyyət göstərən və bir sıra göstəricilər üzrə müxtəlif kateqoriyalarda səciyyələnən ali təhsil müəssisələrinin siyahısı.

Kembric Universitetinin Triniti Kolleci

Birləşmiş Krallıqdakı universitetlərin fəaliyyətə başlaması ümumən kral imtiyaznaməsi, Roma papasının rəsmi razılığı, 1992-ci ildə qəbul olunmuş "Əlavə və ali təhsil qanunu", o cümlədən 2017-ci ildə qəbul olunmuş "Ali Təhsil və araşdırma qanunu" çərçivəsində mümkün olmuşdur. Elmi dərəcələrin verilməsi və rəsmən "universitet" adının istifadəsi kimi səlahiyyətlər mərkəzi qanunla tənzimlənsə də, Birləşmiş Krallığın hüdudları daxilindəki subyektlərin sözügedən dərəcə və adın verilməsi üçün spesifik tələbləri də mövcuddur.

İndiki Birləşmiş Krallıq ərazisində ilk universitetin əsası XI-XII əsrlərdə İngiltərədə Oksford Universitetinin qurulması ilə qoyulmuşdur. Ardınca, Oksford Universitetini tərk etmiş bir sıra elm xadimləri 1209-cu ildə Kembric Universitetini formalaşdırmışlar. Sonrakı dövrlərdə, Şotlandiyada Sent-Endryus (1413), Qlazqo (1451), Aberdin (1495) və Edinburq (1582) Universitetləri, İrlandiyada isə Dublin Universiteti (1592) təşəkkül tapmışdır.

Diplom vermə səlahiyyətləri olan qurumlar bir növ dövlət tərəfindən akkreditasiya olunduğu üçün "tanınan orqanlar" adlanır. Sözügedən siyahıya bütün universitetlər, universitet kollecləri, London Universitetinin subyektləri və digər statuslu ali təhsil müəssisələri daxildir. Birləşmiş Krallıqda fəaliyyət göstərən demək olar ki, bütün ali təhsil qurumlarında bakalavriat dərəcəsi üzrə tələbə müraciətləri "Universitetlər və Kolleclərə Qəbul Xidməti" (ing. UCAS) tərəfindən idarə olunur.

Birləşmiş Krallıqda ali təhsil təmin edən təşkilatlar üçün təmsilçi orqanlar "Birləşmiş Krallıq Universitetləri" və "GuildHE"dir. Müvafiq sahə üzrə tənzimləyici məsul orqan Təhsil Departamentidir.

Erkən tarix və orta əsrlər

redaktə
 
Avropanın orta əsrlərdə universitet xəritəsi

Avropada universitet bir qurum olaraq, tarixən orta əsrlər cəmiyyətlərində meydana çıxmış elmi ehtiyacların fonunda təşəkkül tapmışdır. İlk dövrlərdə daha çox ruhani sima daşıyan bu qurumlar ümumi ictimai-siyasi və sosial proseslərdən təsirlənmiş və zaman-zaman onlara təsir edərək cəmiyyətləri istiqamətləndirmişdir. Avropada universitetlərin yayılma diapazonu ilk növbədə, XII əsrdə cənubi və qərbi Avropanı əhatə etmişdir. XIV və XV əsrlərdən başlayaraq isə ali təhsilin instutsional formada təklif olunması Avropanın şimalda və şərqdə yerləşən bölgələrinə də sirayət etməyə başlamışdır.

İndiki Böyük Britaniya ərazisində isə ilk ali təhsil müəssisəsinin formalaşması XI-XII əsrdə Oksford Universitetində təhsilə start verilməsi ilə baş vermişdir. 1167-ci ildən etibarən II Henrinin ingilis tələbələrin Paris Universitetində təhsil almasını qadağan etməsi ilə Oksfordda təlim-tədris daha da mütəşəkkilləşmişdir. 1209-cu ildə isə 2 elm xadiminin edamı ilə nəticələnən hadisələrdən sonra Oksford Universitetini tərk etmiş bir qrup akademik Kembric Universitetinin, yəni indiki Böyük Britaniyanın ikinci ən qədim ali təhsil müəssisəsinin əsasını qoymuşdur.

İngiltərə krallığında qurulan universitetləri Şotlandiya krallığında ard-arda qurulan universitetlər təqib etmişdir. Roma papasının rəsmi razılığı əsasında 1413-cü ildə Sent-Endryus Universiteti, 1451-ci ildə Qlazqo Universiteti, sonradan Aberdin Universiteti adı altında təmərküzləşən Aberdin Kral Kolleci (1495) və Marişal Kolleci (1593) fəaliyyətə başlamışdır. Şotlandiyada Edinburq Universiteti və İrlandiyada Dublin Universiteti sələflərindən fərqli olaraq Roma papasının razılığı əsasında deyil, birbaşa kral imtiyaznaməsi ilə təsis olunmuşlar.

Feodal era və Sənayə inqilabı

redaktə
 
Qlazqo Universitetinin Qilmorhil kampusu XIX əsrdə

II Dünya müharibəsindən sonrakı dövr

redaktə

Müasir dövr

redaktə

İdarəetmə

redaktə

Siyahı

redaktə

Qədim universitetlər

redaktə
Quruluş tarixi Adı Qurucu dövlət Yeri Kampus Qeydlər
1096
Oksford Universiteti
  İngiltərə krallığı
Oksford, İngiltərə
 
Ali təhsil müəssisəsinin fəaliyyətə başlamasını göstərən dəqiq tarix yoxdur. Lakin 1096-cı ildə artıq burada tədris prosesi pərakəndə də olsa gedirdi. 1167-ci ildən etibarən II Henrinin ingilis tələbələrin Paris Universitetində təhsil almasını qadağan etməsi ilə Oksfordda təlim-tədris daha da mütəşəkkilləşmişdir.
1209
Kembric Universiteti
  İngiltərə krallığı
Kembric, İngiltərə
  1209-cu ildə 2 elm xadiminin edamı ilə nəticələnən hadisələrdən sonra Oksford Universitetini tərk etmiş bir qrup akademik tərəfindən formalaşdırılmışdır.
1413
Sent-Endryus Universiteti
  Şotlandiya krallığı
Sent-Endryus, Şotlandiya
  Roma papasının rəsmi razılığı əsasında fəaliyyətə başlamışdır.
1451
Qlazqo Universiteti
  Şotlandiya krallığı
Qlazqo, Şotlandiya
  Şotland kralı II. Ceymsin müraciətindən sonra, 1451-ci ildə Papa V. Nikolayın Qlazqoda bir universitet qurulması üçün verdiyi rəsmi razılıq ilə qoyulmuşdur.[1] Beləliklə, Qlazqo Universiteti Şotlandiya krallığında qurulmuş ikinci, Britaniya İmperiyasının isə hüdudları daxilində fəaliyyətə başlayan dördüncü ən qədim ali təhsil müəssisəsi olmuşdur.[2]
1495
Aberdin Universiteti
  Şotlandiya krallığı
Aberdin, Şotlandiya
  Aberdin Kral Kolleci 1495-ci ildə, Marişal Kolleci isə 1593 Roma papasının rəsmi razılığı əsasında fəaliyyətə başlamışdır. İki qurum 1860-cı ildə birləşdirilmişdir.
1582
Edinburq Universiteti
  Şotlandiya krallığı
Edinburq, Şotlandiya
  VI Ceyms tərəfindən verilmiş kral imtiyaznaməsi ilə fəaliyyətə başlamışdır.
1592
Dublin Universiteti
  İrlandiya krallığı
Dublin, İrlandiya
  I Yelizaveta tərəfindən verilmiş imtiyaznamə ilə fəaliyyətə başlamışdır.

London Universiteti

redaktə
Quruluş tarixi Adı Qurucu dövlət Yeri Kampus Qeydlər
1823 Birkbek Kolleci   Birləşmiş Krallıq London, İngiltərə
 
1823-cü ildə London Mexanika İnstitutu olaraq fəaliyyətə başlayan ali təhsil müəssisəsi, 1866-cı ildə Birkbeck Ədəbiyyat və Elm Təşkilatı, 1907-ci ildə isə Birkbek Kolleci olaraq yenidən qurulmuşdur.

1920-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.

1894 London Şəhər Universiteti   Birləşmiş Krallıq London, İngiltərə   2016-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1932 Kurto İncəsənət İnstitutu   Birləşmiş Krallıq London, İngiltərə   1932-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1891 Qoldsmits Kolleci   Birləşmiş Krallıq London, İngiltərə   1904-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1909 Xərçəng Tədqiqatları İnstitutu   Birləşmiş Krallıq London, İngiltərə   2003-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1829 London Kral Kolleci   Birləşmiş Krallıq London, İngiltərə   1836-cı ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1964 London Biznes Məktəbi   Birləşmiş Krallıq London, İngiltərə   1964-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1895 London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi   Birləşmiş Krallıq London, İngiltərə   1900-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1899 London Gigiyena və Tropik Tibb Məktəbi   Birləşmiş Krallıq London, İngiltərə   1924-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1882 London Şahzadə Meri Universiteti   Birləşmiş Krallıq London, İngiltərə   1915-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1822 Kral Musiqi Akademiyası   Birləşmiş Krallıq London, İngiltərə   2003-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1906 Kral Mərkəzi Nitq və Dram Məktəbi   Birləşmiş Krallıq London, İngiltərə   2005-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1849 Royal Hollovey və Bedford Yeni Kolleci   Birləşmiş Krallıq London, İngiltərə   1900-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1791 Kral Baytarlıq Kolleci   Birləşmiş Krallıq London, İngiltərə   1915-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1916 Şərq və Afrika Araşdırmaları Məktəbi (SOAS)   Birləşmiş Krallıq London, İngiltərə   1916-cı ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1733 Sent-George Xəstəxanası Tibb Məktəbi   Birləşmiş Krallıq London, İngiltərə 1838-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1836 London Universitet Kolleci   Birləşmiş Krallıq London, İngiltərə   1836-cı ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.

Londondakı digər universitetlər

redaktə
Quruluş tarixi Adı Qurucu dövlət Yeri Kampus Qeydlər
1907 London İmperial Kolleci   Birləşmiş Krallıq London, İngiltərə
 
1908-ci ildən London Universiteti nəzdnində elmi bir subyekt kimi fəaliyyət göstərən ali məktəb, 2007-ci ildə sözügedən qurumun ayrılaraq müstəqil universitet statusu almışdır.
1798 London Brunel Universiteti   Birləşmiş Krallıq London, İngiltərə  
1932 Kinqston Universiteti   Birləşmiş Krallıq London, İngiltərə  
1891 London Metropolitan Universiteti   Birləşmiş Krallıq London, İngiltərə
 
1892 London Cənubi Bank Universiteti   Birləşmiş Krallıq London, İngiltərə  
1992 Middlseks Universiteti   Birləşmiş Krallıq London, İngiltərə  
1850 Tvikenhem Sent Meris Universiteti   Birləşmiş Krallıq London, İngiltərə  
1892 Şərqi London Universiteti   Birləşmiş Krallıq London, İngiltərə  
1890 Qrinviç Universiteti   Birləşmiş Krallıq London, İngiltərə  
1841 Rohempton Universiteti   Birləşmiş Krallıq London, İngiltərə  
1986 London İncəsənət Universiteti   Birləşmiş Krallıq London, İngiltərə  
1860 Qərbi London Universiteti   Birləşmiş Krallıq London, İngiltərə  
1838 Vestminster Universiteti   Birləşmiş Krallıq London, İngiltərə  

"Qırmızı kərpic" universitetləri

redaktə
Quruluş tarixi Adı Qurucu dövlət Yeri Kampus Qeydlər
1880 Viktoriya Universiteti   Birləşmiş Krallıq Mançester, İngiltərə
 
Viktoriya Universiteti Mançester, Lids və Liverpul şəhərlərində kollecləri olan federal bir universitet idi. Nəzdnində fəaliyyət göstərən bütün kolleclər müstəqil universitet statusu aldıqları üçün 1903-cü ildə ləğv edildi.

Beləliklə, sözügedən universitetin bazasında 1903-cü ildə Liverpool Universiteti, 1904-cü ildə Lids Universiteti və ardınca Mançester Viktoria Universiteti yarandı.

1900 Birminhem Universiteti   Birləşmiş Krallıq Birminhem, İngiltərə   Kral imtiyaznaməsi ilə universitet statusu verilən ilk "qırmızı kərpic" universitetidir.
1903 Liverpul Universiteti   Birləşmiş Krallıq Liverpul, Şotlandiya   Viktoriya Universiteti nəzdnində kollec kimi fəaliyyət göstərmişdir. 1903-cü ildə müstəqil universitet statusu almışdır.
1903 Mançester Universiteti   Birləşmiş Krallıq Mançester, İngiltərə   Viktoriya Universitetinin subyektlərindən biri kimi fəaliyyət göstərən ali təhsil müəssisəsi sözügedən təhsil qurumunun ləğvindən sonra Mançester Viktoriya Universiteti kimi yenidən formalaşdırıldı və 1903-cü ildə kral nizamnaməsi alaraq müstəqil universitet statusuna sahib oldu.


2004-cu ilə kimi fəaliyyətini Mançester Viktoriya Universiteti olaraq davam etdirən ali təhsil müəssisəsi, həmin tarixdə Mançester Elm və Texnologiya İnstitutu ilə birləşərək, rəsmən Mançester Universiteti adlandı.

1904 Lids Universiteti   Birləşmiş Krallıq Lids, İngiltərə   Viktoriya Universiteti nəzdnində kollec kimi fəaliyyət göstərmişdir. 1904-cü ildə müstəqil universitet statusu almışdır.
1897 Şeffild Universiteti   Birləşmiş Krallıq Şeffild, İngiltərə  
1909 Bristol Universiteti   Birləşmiş Krallıq Bristol, İngiltərə  
1926 Redinq Universiteti   Birləşmiş Krallıq Redinq, İngiltərə  
1948 Nottinqem Universiteti   Birləşmiş Krallıq Nottinqem, İngiltərə  
1963 Nyukasl Universiteti   Birləşmiş Krallıq Nyukasl-apon-Tayn, İngiltərə  

"Plitə şüşə" universitetləri

redaktə
Quruluş tarixi Adı Qurucu dövlət Yeri Kampus Qeydlər
1961 Saseks Universiteti   Birləşmiş Krallıq Şərqi Saseks, İngiltərə   Birləşmiş Krallıqda "plitə şüşə" generasiyası universitetləri arasında qurulmuş ilk ali təhsil müəssisəsi hesab olunur.
1963 York Universiteti   Birləşmiş Krallıq York, İngiltərə  
1963 Şərqi Anqlia Universiteti   Birləşmiş Krallıq London, İngiltərə  
1964 Esseks Universiteti   Birləşmiş Krallıq Esseks, İngiltərə  
1964 Lankaster Universiteti   Birləşmiş Krallıq Lankaster şəhəri, İngiltərə  
1965 Kent Universiteti   Birləşmiş Krallıq Kent, İngiltərə  
1965 Vorvik Universiteti   Birləşmiş Krallıq Koventri, İngiltərə  
1962 Kil Universiteti   Birləşmiş Krallıq Kil, İngiltərə  
1964 Stratklayd Universiteti   Birləşmiş Krallıq Qlazqo, Şotlandiya  
1966 Aston Universiteti   Birləşmiş Krallıq Birminhem, İngiltərə  
1966 Bat Universiteti   Birləşmiş Krallıq Bat, İngiltərə  
1966 Bredford Universiteti   Birləşmiş Krallıq London, İngiltərə  
1966 Heriot-Vatt Universiteti   Birləşmiş Krallıq Edinburq, Şotlandiya  
1966 Lafboro Universiteti   Birləşmiş Krallıq Lafboro, İngiltərə  
1969 Açıq Universiteti   Birləşmiş Krallıq Milton-Kins, İngiltərə  
1967 Salford Universiteti   Birləşmiş Krallıq Siti-of-Solford, İngiltərə  
1967 Dandi Universiteti   Birləşmiş Krallıq Dandi, Şotlandiya  
1967 Stirlinq Universiteti   Birləşmiş Krallıq Stirlinq, Şotlandiya  
1966 Surrey Universiteti   Birləşmiş Krallıq Qilford, İngiltərə  
1968 Olster Universiteti   Birləşmiş Krallıq Belfast, Şimali İrlandiya  

Yeni universitetlər

redaktə

Özəl universitetlər

redaktə
Quruluş tarixi Adı Qurucu dövlət Yeri Kampus Qeydlər
1973 Bukinqem Universiteti   Birləşmiş Krallıq Bukinqem, İngiltərə   Universitet 1973-cü ildə Bukinqem Universitet Kolleci olaraq qurulmuş, 1983-cü ildə kraliçadan imtiyaznamə almışdır. 2016-cı ilin may ayından etibarən Birləşmiş Krallıqda kral imtiyaznaməsi olan yeganə özəl universitetdir.
1992 BPP Universiteti   Birləşmiş Krallıq London, İngiltərə Universitet, ABŞ-da fəaliyyət göstərən "Apollo Education Group" kommersiya məqsədli təhsil şirkətinin bir hissəsi olan "BPP Holdings"ə məxsusdur.
1992 Arden Universiteti   Birləşmiş Krallıq Koventri, İngiltərə  
1984 London Reqents Universiteti   Birləşmiş Krallıq London, İngiltərə  
1962 Hüquq Universiteti   Birləşmiş Krallıq London, İngiltərə  

Digər universitetlər

redaktə

Reputasiya

redaktə

Elmi standartlar və təmərküzləşmələr

redaktə
  Əsas məqalə: Rassell qrupu
 
Rassell qrupu universitetləri

İstinadlar

redaktə
  1. "University of Glasgow". www.britannica.com (ingilis). Britannika Ensiklopediyası. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2021.
  2. Riché, Pierre. Education and Culture in the Barbarian West: From the Sixth through the Eighth Century. Columbia: University of South Carolina Press. 1978. 126–127, 282–298. ISBN 978-0-87249-376-6.