Kodonlar hüceyrədə sintez edilən zülalların birincili quruluşu onun nüvəsindəki DNT-nin müəyyən hissələrində olan mononukleotidlərin yerləşmə ardıcıllığı ilə əlaqədardır. Zülalın quruluşu haqda informasiya DNT-dən ribosomlara m-RNT vasitəsilə verilir. Məlumdur ki, zülalların molekulunda 20-ə qədər aminturşu qalıqları olduğu halda nuklein turşusunun tərkibinə yalnız dörd nukleotid daxildir. Deməli, nuklein turşuları olan monomerlərin hər biri zülal molekulundakı bir aminturşu qalığının adını ifadə edə bilməz. F.Krik və onun əməkdaşları göstərmişdir ki, aminturşuların ardıcıllığı nuklein turşusu zəncirindəki nukleotid tripletləri (üçlük) ilə ifadə edilir. Yəni zülal molekulundakı aminturşuların hər birinin adı nuklein turşusu zəncirində asan üç nukleotid vasitəsilə şifrlənir. Bir aminturşu qalığına müvafiq gələn nukleotid üçlüyü kodon adlanır. Nuklein turşularında olan dörd növ nukleotidlərin əmələ gətirdiyi müxtəlif tripletlərin sayı =64 bərabərdir. Beləliklə, ehtimal olunan kodonların sayı (64) aminturşuların sayından xeyli artıqdır. Buradan belə nəticə çıxarmaq olar ki, hər bir aminturşunun bir deyil, bir neçə kodonu vardır. Bioloji kimya elminin son illərdəki ən böyük nailiyyətlərindən biri bütün aminturşu qalıqlarına müvafiq gələn kodonların nukleotid tərkibinin eksperiment yolu ilə öyrənilməsidir. Məsələn, M.Nirenberq (ABŞ) göstərib ki, zülal sintezinə sərf edilən məlumat RNT-nin uridin nukleotidlərinin birləşməsindən ibarət olan sintetik polinukleotid zənciri ilə əvəz etdikdə ribosomlarda molekulun yalnız bir növ aminturşu – fenilalanin qalığından ibarət olan polipeptid sintez edir. Deməli, m-RNT–si üzərində fenilalanin aminturşusuna uyğun gələn kodon üç ədəd uridin nukleotidlərindən ibarətdir: U – U – U. Hal-hazırda müəyyən edilmişdir ki, zülalların biosintezi aminturşuların ATF vasitəsilə aktivləşməsindən ibarətdir.

Ədəbiyyat

redaktə
  • A.M. Məhərrəmov, M.Ə.Allahverdiyev. Həyat fəaliyyətinin kimyəvi əsasları, Ali məktəblər üçün dərslik, Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2009, 288 s.