Artur D. Levinson (31 mart 1950[1], Sietl, Vaşinqton) — amerikalı biznesmen və hazırda Apple şirkətinin sədri (2011-ci ildən) və Calico şirkətinin qurucu və baş icraçı direktoru. O, 1995-ci ildən 2009-cu ildək Genentech korporasiyasının baş icraçı direktoru və sədri (1999 - 20004) olmuşdur.

Artur Levinson
ing. Arthur D. Levinson
Doğum tarixi 31 mart 1950(1950-03-31)[1] (74 yaş)
Doğum yeri
Uşağı 2
Təhsili
Fəaliyyəti molekulyar bioloq, iş adamı, biokimyaçı
Elmi dərəcəsi
Üzvlüyü

Bundan başqa Apple şirkətində fəaliyyəti dövründə (2000-ci ildən), Levinson Broad Institute araşdırma mərkəzində direktorlar şurasında xidmət göstərmişdir. Son vaxtlar, Levinson Hoffmann-La Roche şirkətində direktorlar şurasında (2010-2014), NGM Biopharmaceuticals (2009-2014), Amyris şirkətlərində işləmişdir. O, hal-hazırda Sloan Ketterinq adına onkoloji mərkəzdə, Prinston Universiteti və Lewis-Sigler İnstitutda tövsiyə şurasında işləyir.

Təhsili və ilk illəri

redaktə

Malvina və Sol Levinsonun övladı olan Artur, bakalavr təhsilini 1972-ci ildə Sietlda yerləşən Vaşinqton Universitetində və 1977-ci ildə Prinston Universitetində Biokimya sahəsi üzrə fəlsəfə doktoru adını qazanmışdır.

İstinadlar

redaktə