Yaponiyada mobil telefon sənayesi

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (0 mənbə arxivləşdirildi və 1 keçid ölü olaraq işarələndi.) #IABot (v2.0.9.5) tərəfindən edilmiş 01:06, 7 avqust 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Tipik Yaponiya mobil telefonunun düymələri.

Yaponiyada mobil telefon sənayesi dünyada ən inkişaf etmiş mobil telefon sənayelərindən biridir. Daxili Əlaqələr və Kommunikasiyalar Nazirliyinin verdiyi 31 iyul 2013-cü ilin statistikasına görə Yaponiyada 139.180.300 mobil telefon istifadədədir. Bu isə Yaponiya əhalisinin 110 %-i deməkdir.

Yaponiyada mobil telefonlara sadəcə keytay denva və ya qısaca keytay deyilir.

  • 1979-cu ildə Nippon Telegraph and Telephone (NTT) Tokioda dünyada ilk birinci nəsil mobil telefon xidmətini yaratmışdır.
  • 1985-ci ildə NTT Yaponiyanın ilk mobil telefon xidməti olan "Shoulder Phone" xidmətini təklif etmişdir.
  • 1988-ci ildə Mobile Communication Group (daha sonra KDDI) mobil telefon xidməti başlatmışdır.
  • 1993-cü ildə NTT DoCoMo ilk rəqəmsal mobil telefon xidmətini başlatmışdır.
  • 1994-cü ildə Digital Phone Group və Tu-Ka Group (daha sonra ikisi də SoftBank Mobile) mobil telefon xidməti başlatmışdır. Eyni il DDI Pocket PHS mobil telefon xidmətini yaratmışdır.
  • 1999-cu ildə NTT DoCoMo intenet xidmətinə də keçmişdir.
  • 2001-ci ildə NTT DoCoMo dünyada ilk üçüncü nəsil mobil telefon xidmətini başlatmışdır.
  • 2002-ci ildə KDDI CDMA2000 texnologiyası ilə Okinavada 3-cü nəsil xidmət başlatmışdır. Eyni il J-Phone W-CDMA texnologiyası ilə 3-cü nəsil xidmətə keçmişdir.
  • 2003-cü ildə J-Phone adını Vodafone etmişdir.
  • 2006-cı ildə Vodafone Japan SoftBank tərəfindən alınmış və adı SoftBank Mobile olmuşdur. Eyni il MNP təqdim olunmuşdur.
  • 2010-cu ildə SoftBank Mobile bütün qeyri-3-cü nəsil xidmətləri dayandırmış və ancaq 3-cü nəsil xidmətlə işləməyə başlamışdır.

Yaponiyada əsas 4 mobil telefon operatoru var.

DoCoMo 1991-ci ildə Nippon Telegraph and Telephone (NTT) şirkətinin spin-offu olmuşdur, NTT DoCoMo əvvəlcə Personal Digital Cellular (PDC) adlı 2-ci nəsil xidmət təklif etmişdir. İndi isə ancaq W-CDMA texnologiyası ilə FOMA adlı 3-cü nəsil xidmət təklif edir. 2016-cı ilin martına əsasən 71 milyon istifadəçisi var.[1]

KDDI 2000-ci ildə KDD (beynəlxalq mobil operator), DDI (KantoTokay istisna olmaq milli operator) və IDO (Kanto və Tokay üçün operator) şirkətlərinin birləşməsi ilə yaranmışdır. CDMA texnologiyası ilə 2-ci nəsil və CDMA2000 texnologiyası ilə 3-cü nəsil xidmət təklif edirlər. 800 MHz və 2100 MHz tezliklərində fəaliyyət göstərir. 2016-cı ilin martına əsasən 46 milyon istifadəçisi var.[1]

Softbank Mobile

[redaktə | mənbəni redaktə et]

Softbank Mobile Softbank şirkətinin filialıdır. Softbank Vodafone Japan şirkətini 2006-cı ildə 15 milyard ABŞ dolları qarşılığında almışdır. Softbank Mobile W-CDMA texnologiyasından istifadə edərək 2100 MHz tezliyində 3-cü nəsil xidmət göstərir. Softbank Mobile 2011-ci ilin noyabrına kimi iPhone-nın Yaponiyadakı provayderi olmuşdur. 2016-cı ilin martına əsasən 46 milyon istifadəçisi var.

Y!mobile və ya keçmiş adı ilə EMOBILE 3-cü nəsil xidmət bazarına ən son daxil olan operatordur. 2005-ci ildə fəaliyyətə başlamışdır.[2] 1700 MHz tezliyində 3-cü nəsil xidmət göstərir. 2013-cü ilin dekabrına əsasən 10 milyon istifadəçisi var.[3]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Yaponiyadakı mobil telefonların əsas istehsalçıları aşağıdakılardır:

Əməliyyat sistemi kimi əsasən ITRON əməliyyat sistemindən istifadə olunurdu. Lakin getdikcə mürəkkəbləşməsi üzündən hazırda Yaponiyada əsasən Symbian OS, Embedded Linux, Windows MobileAndroid əməliyyat sistemləri istifadə olunur. Android ən çox üstünlük verilən əməliyyat sistemidir.

Yaponiya emocilərin və kaomocilərin yaradıcısı kimi tanınır. Telefonlarda smayliklərin böyük müxtəlifliyinə rast gəlmək mümkündür.

  1. 1 2 "Number of Subscribers|TCA". www.tca.or.jp. 2022-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.
  2. Y!mobile Service Area Arxivləşdirilib 2017-12-05 at the Wayback Machine  (yap.)
  3. "Conclusion of Memorandum of Understanding on Merger" (PDF). İstifadə tarixi: 18 September 2014.[ölü keçid]