Donald Trampa qarşı sui-qəsd cəhdi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Donald Trampa qarşı sui-qəsd cəhdi
Ümumi məlumatlar
40°51′25″ şm. e. 79°58′16″ q. u.
Tarix 13 iyul 2024[1]
Silah(lar) AR-15[d][2]
Ölü sayı
Yaralı sayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ABŞ-nin 45-ci prezidenti və 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp 13 iyul 2024-cü ildə Pensilvaniya ştatının Batler yaxınlığındakı seçki kampaniyası zamanı sui-qəsdə məruz qalıb. Tramp sağ qulağının yuxarı hissəsindən güllə yarası alıb.[7][8][9]

Sui-qəsdçi 20 yaşlı Tomas Metyu Kruks olub. Hüquq-mühafizə orqanlarının işçiləri və şahidlərin dediyinə görə, Kruks AR-15 tipli yarı avtomatik tüfəngdən istifadə edərək mitinq yerinin kənarındakı damdan atəş açıb, Gizli Xidmətin Qarşı Hücum Komandasının snayperi tərəfindən öldürülməzdən əvvəl 8 güllə atıb.

Zərərçəkənlər

[redaktə | mənbəni redaktə et]

Trampdan başqa daha 3 nəfər güllə yarası alıb və onlardan biri ölüb.[10] Pensilvaniya ştatının Sarver şəhərindən olan 50 yaşlı Korey Komperator hadisə nəticəsində ölüb.[11] Ailəsinin və Pensilvaniya qubernatoru Coş Şapironun dediyinə görə, o, həyat yoldaşını və qızlarını atəşdən qoruyarkən güllə ona tuş gəlib.[12] Sui-qəsdi törədən Tomas Metyu Kruks isə hadisə yerindəcə zərərsizləşdirilib.

  1. Donald Trump safe, 2 dead after shooting at campaign rally (ing.). Entertainment Weekly, 2024.
  2. News A. B. C. Video Trump rally shooter used AR-15-style rifle, Secret Service says (ing.).
  3. 1 2 Live updates: Trump says he was shot in the ear during rally; one attendee and shooter are dead (ing.). AP.
  4. Robinson W. Trump rally attendee killed in assassination attempt identified. 2024.
  5. Barnes J. E., Gold M., Levien S. J. Live Updates: Trump ‘Safe’ After Shooting at Rally; Suspected Gunman Killed (ing.). The New York Times, 2024. ISSN 0362-4331
  6. Signs of trouble at Trump rally were evident in minutes before gunman opened fire (ing.). 2024.
  7. "Trump shot in right ear at campaign rally, shooter dead". Reuters.
  8. "Trump rally shooting live: FBI names 'subject involved' in assassination attempt". The Guardian. July 14, 2024. August 15, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 14, 2024.
  9. "Trump injured in shooting at Pennsylvania rally". CNN. July 14, 2024. July 14, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 14, 2024.
  10. Powell, Tori B.; Shelton, Shania; Meyer, Matt; D'Antonio, Isabelle; Tucker, Emma; Yeung, Jessie; Faheid, Dalia; Orie, Amarachi; Shen, Michelle; Williams, Michael; Chowdhury, Maureen. "Live updates: Trump survives assassination attempt | CNN Politics". CNN. July 13, 2024. July 13, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 13, 2024.
  11. "Update from Michael Gold". The New York Times. July 13, 2024. ISSN 0362-4331. July 13, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 13, 2024.
  12. Alsharif, Mirna. "Corey Comperatore, former firefighter killed at Trump rally, is hailed as a 'hero' for shielding family". NBC News. July 14, 2024. July 14, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 14, 2024.