AMEA Naxçıvan Bölməsinin təsis olunması haqqında Azərbaycan Respublikası prezidentinin 7 avqust2002-ci il tarixli sərəncamına uyğun olaraq, Naxçıvan Bölməsinin tərkibində, Şamaxı Astrofizika Rəsədxanasının Şahbuz rayonu ərazisində yerləşmiş Batabat bölməsi və Ordubad rayonu ərazisində yerləşmiş Ağdərə Astronomiya Stansiyasının maddi-texniki bazası əsasında Batabat Astrofizika Rəsədxanası yaradılmışdır.
Batabat Astrofizika Rəsədxanası Naxçıvan şəhərindəki inzibati binadan, Batabat stansiyasından və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyasından ibarətdir.
Əlincəçay xanəgahı — Culfa rayonunun Xanağa kəndində, Əlincəçayın sahilində orta əsrlərə aid tarixi memarlıq kompleksi. Kompleksdən dövrümüzə Xanağa türbəsi, məscid, naməlum abidənin sütunları və başqa bir tikilinin xarabalıqları qalmışdır.
Əlincəçay xanəgah kompleksinin əsasını əmir, isfəhsalar, böyük alim Uluq Qutluq Lala bəyin tikdirdiyi kvadratşəkilli türbə təşkil edir. Türbənin kitabəsində memarın adı (Memar Cəmaləddin) qalmış, lakin inşa tarixini göstərən hissə dağıldığından, nə vaxt tikildiyini dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Üslub xüsusiyyətlətinə görə türbənin XII əsrin sonu – XIII əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. (Davamı...)
Heydər Əliyev 1941-1944-cü illərdəNaxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1964-ci ildəAzərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.