Radio Lüksemburq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Radio Lüksemburq
Ölkə Lüksemburq Lüksemburq
Başlama tarixi 1933
Bağlanma tarixi 30 dekabr 1992-ci il
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Radio Lüksemburq" (ingilis dilində:Radio Luxembourg) — 1933–1992-ci illərdə Lüksemburqdan Britaniya adalarına (Böyük Britaniyaİrlandiya) verilişləri yayımlanan ingilis dilli kommersiya radio stansiyası.

Radio stansiya haqqında

[redaktə | mənbəni redaktə et]

Verilişləri Avropada geniş əraziləri əhatə edirdi[1] və 1950–1970-ci illərdə öz musiqi proqramları ilə məşhurlaşmış və rok-n-roll musiqisinin məşhurlaşmasında mühüm rol oynamışdır[2].

Radio stansiya 1933-cü ildə fəaliyyətə başlamışdır. Lüksemburqdan Britaniyaya ingilis dilində verilişlərin yayımlanması o zamanlar Avropada fəaliyyət göstərən ən güclü ötürücü nəticəsində mümkün olmuşdur. Uzun illər o, Böyük Britaniyada yeganə kommersiya tipli müsiqi radio stansiyası olmuşdur. Mühafizəkar "Bİ-bi-si"dən fərqli olaraq "Radio Lüksemburq" insanların xoşladığı musiqilərin məkanına çevrilmiş, ətrafına xeyli dinləyici toplamışdır. Britaniya hökuməti "Bi-bi-si"nin dinləyicilərinin əksəriyyətini əz tərəfinə çəkən bu radio stansiyanı dəfələrlə bağlamaq üçün diplomatik vasitələrdən istifadə etmiş, "Radio Lüksemburq"un verilişləri on illər boyu böyük Britaniyada nəşr olunmamışdır.[3].

Литература

[redaktə | mənbəni redaktə et]
  1. Ervin Laszlo. Quantum Shift in the Global Brain: How the New Scientific Reality Can Change Us and Our World. Inner Traditions / Bear & Co. 2008-02-27. ISBN 9781594779893. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07. "… Radio Luxembourg, a popular radio station heard over much of Europe."
  2. André Millard. Rock'n'roll comes to Britain // Beatlemania: Technology, Business, and Teen Culture in Cold War America. səh. 89. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07. "Radio Luxembourg dramatically increased the profile of rock'n'roll in Europe, and there cannot have been many English schoolboys who had not heard some of it by the end of 1950s."
  3. Tim Skelton. Luxembourg. 2016-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.