Reynlandın işğalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Reynlandın işğal edilməsi
Başlama tarixi 1 dekabr 1918
Bitmə tarixi 30 iyun 1930
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Reynlandın işğalı — Almaniya İmperiyasının ordusunun 1918-ci ildə darmadağın edilməsindən sonra 1 dekabr 1918-dən 30 iyun 1930-a qədər baş verən işğal hadisəsi.

  • Birinci atəşkəs (11 noyabr 1918 - 13 dekabr 1918)
  • Atəşkəsin ilk uzadılması (13 dekabr 1918 - 16 yanvar 1919)
  • Atəşkəsin ikinci uzadılması (16 yanvar 1919 - 16 fevral 1919)
  • Atəşkəsin üçüncü uzadılması (16 fevral 1919 - 10 yanvar 1920)
  • 1920: Müttəfiq Reynlandın Ali Komissiyasının yaradılması (10 yanvar 1920, Versal Anlaşmasının bəndləri 428-431)
  • 1930: 1930: 1925-26-cı il Lokarno müqaviləsi şərtlərinə əsasən müttəfiq birliklər geri çəkildi.[1]
  • 1936: 7 martda Hitlerin rəhbərliyi altında alman qoşunları tərəfindən Reynlandın remilitarizasiyası.[1]

İşğal edən qüvvələr

[redaktə | mənbəni redaktə et]

Belçika qüvvələri

[redaktə | mənbəni redaktə et]
Almaniyalı mülki şəxslər Ober-Kassel-Düsseldorf körpüsünə keçmədən əvvəl belçikalı əsgərlər tərəfindən odlu silah olub-olmamasına dair yoxlanılırlar.

Bu, Aaxendə qərargahı olan və Krefelddə qoşunları yerləşən 20000 əsgərdən[2] (beş bölmə) ibarət ordu idi. Orduya Armand Hyuz komandirlik edirdi.[3]

Reyn Britaniya Ordusu

[redaktə | mənbəni redaktə et]

Britaniya ordusu 3 dekabr 1918-ci ildə Almaniyanın ərazisinə girdi.[4] Reyn Britaniya Ordusu 1919-cu ilin martında işğalçı qüvvə olaraq quruldu. Qərargahı Köln şəhərində yerləşirdi və The Cologne Post qəzetini buraxırdı.

Reyn Fransız Ordusu

[redaktə | mənbəni redaktə et]
Fransa qoşunları İrenbraytştayn qalasında

Fransanın səkkizinci və onuncu ordusu əslində işğal planına daxil olan fransız qüvvəllərini meydana gətirdi. Səkkizinci ordu general Oqustin Jerarın komandalığı altında idi və Pfalitsi işğal etmişdi. Çarles Manginin komanlığı altında olan onuncu ordunun qərargahı Mayns şəhərində idi və fransanın tabeliyində olan digər ərazilərə nəzarət edirdi.

21 oktyabr 1919-cu ildə onlar Reyn Fransız ordusunu yaratmaq üçün birləşdirilmişdir.

1919-cu ildə Fransa Reynlandda 25000-40000 fransız müstəmləkəçi əsgər yerləşdirdi.[5] Bəzi alman qadınlar işğalçı qüvvələrin afrikalı əsgərləri ilə evləndilər, digərləri isə onlardan nikahdan kənar uşaqlar dünyaya gətirdilər,[6] bu hadisə sağçı almanlar tərəfindən rüsvayçılığın yayılması kimi hesab olunurdu.[7] General Henri Tureman Allen ABŞ Dövlət katibinə işğalın başlamasından 1920-ci ilin iyun ayına qədər rəngli müstəmləkə qüvvələrinə qarşı rəsmi ittihamların 66 olduğunu, bunlardan 28-inin məhkum olduğunu və daha çox bildirilməyən hallar olduğunu etiraf etdi.[8] Bu təsadüfi halların olmasına baxmayaraq “alman mətbuatında işıqlandırılan Fransa ordusunun qaradərili müstəmləkə qüvvələri tərəfindən edilən toqquşmalar, qurbanların cəsədlərinə təcavüz etmə, cəsədləri tanınmaz hala gətirmə halları yalandır və siyasi təbliğat kimi nəzərdə tutulur”.[9]

Rurun işğalı zamanı Chicago Daily Tribune qəzetinin “Almaniya vətəndaşlarının fransız əsgərlər tərəfindən öldürülməsi” başlıqlı nəşri, 6 mart 1923-cü il
Almaniyanın Zayfen şəhərində amerikan əsilli əsgər

Fransızlar 1920-ci il aprelin 6-dan mayın 17-nə kimi Frankfurtu işğal etdilər. İkinci gündə Hauptvahtanın kənarda baş verən insident zamanı 9 mülki vətəndaş mərakeşli əsgərlər tərəfindən qətlə yetirildi. Bu hadisə Fransanın müstəmləkə qoşunalrında qaradərililərin istifadəsinə qarşı irqçi kampaniyanın başlamasına gətirib çıxartdı.[10] Bütün bunlar Almaniyanın sağçı mətbuatının "Qara utanc" (Die schwarze Schande və ya Die schwarze Schmach) adlandırdığı və alman xalqının Fransanın alçaldıcı bir forması kimi təsvir etdiyi kampaniyanın yaradılması ilə nəticələndi.[11]

1923-cü ildə Almaniyanın Versal müqaviləsində öhdəliyində olan məbləği ödəməməsinə cavab olaraq, Fransa və Belçika 1925-ci ilə qədər Almaniyanın Rur sənaye sahəsini işğal etdi. Mülki itaətsizlik nümayişləri zamanı bir çox alman vətəndaşı öldürüldü.[12][13]

Almaniyada Amerika qüvvələri (1919-1923)

[redaktə | mənbəni redaktə et]

Amerika Birləşmiş Ştatları ilk növbədə ümumi işğalçı qüvvənin təxminən üçdə bir hissəsini, doqquz veteran bölməsində 240000 nəfər əsgər təmin etmişdir. Qərb Cəbhəsi üzrə Amerika Ekspedisiya Qüvvələrinin komandiri general Con Perşinq general-mayor Yosef T. Dikmanın əmri ilə ABŞ-nin Üçüncü ordusunu yaratdı.[14]

  1. 1 2 Mortimer, Louis R. "Detailed Analytical Study of Germany; Inclusiveness on, occupation of Rhineland" (PDF). August 1995. Archived from the original on 2017-03-29. İstifadə tarixi: 2019-06-12.
  2. Pawley (2008) p. 39
  3. Pawley (2008) p. 41
  4. Philip Gibbs on the Allied Occupation of the Rhineland, December 1918 Arxivləşdirilib 2020-04-12 at the Wayback Machine accessed 11 September 2010
  5. Wigger (2010) p. 35
  6. Tina Campt, Other Germans: Black Germans and the Politics of Race, Gender, and Memory in the Third Reich (University of Michigan Press, 2004), p. 50 ff.
  7. Julia Roos, "Women's Rights, Nationalist Anxiety, and the 'Moral' Agenda in the Early Weimar Republic: Revisiting the 'Black Horror' Campaign against France's African Occupation Troops". Central European History, 42 (September 2009), 473–508.
  8. "Finds Negro troops orderly on Rhine" (PDF). The New York Times. 20 February 1921. 2020-04-12 tarixində arxivləşdirilib (PDF). Undoubtedly many cases have occurred where many girls or women have been assaulted by of the French colored Colonial troops...cases which were not included in official figures...natural desire to keep out...
  9. "FINDS NEGRO TROOPS ORDERLY ON RHINE; General Allen Reports Charges Are German Propaganda, 'Especially for America Arxivləşdirilib 2020-04-12 at the Wayback Machine, The New York Times, 20 February 1921
  10. LES TIRAILLEURS SENEGALAIS ET L’ANTHROPOLOGIE COLONIALE UN LITIGE FRANCO-ALLEMAND AUX LENDEMAINS DE LA PREMIERE GUERRE MONDIALE Arxivləşdirilib 2020-04-12 at the Wayback Machine, Hans-Jürgen Lüsebrink
  11. La « Honte Noire ». Racisme et propagande allemande après la Première Guerre mondiale Arxivləşdirilib 2012-01-31 at the Wayback Machine, Estelle Fohr-Prigent
  12. "Anaconda Standard". 1923-02-10. 2020-04-12 tarixində arxivləşdirilib. Twenty Germans were said to have been killed and several French soldiers wounded when a mob at Rapoch attempted to prevent the expulsion of one hundred officials. Picture shows French guard being doubled outside the station at Bochum following a collision between German mob and the French
  13. "Hanover Evening Sun". 1923-03-15. 2020-04-12 tarixində arxivləşdirilib. Three Germans killed in Ruhr by French sentries
  14. Pawley (2008) pp. 32–33

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]