Robert Lefkoviç

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Robert Lefkoviç
Doğum tarixi 15 aprel 1943(1943-04-15)[1][2][…] (81 yaş)
Doğum yeri
Elm sahəsi biokimya
Elmi dərəcəsi
  • tibb doktoru[d]
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları Kimya üzrə "Nobel" mükafatı ABŞ Milli Elmlər medalı
lefkolab.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Robert Lefkoviç (Tam adı: Robert Cozef Lefkovitz; 15 aprel 1943[1][2][…], Bronks, Nyu-York ştatı) — amerikalı həkim, ABŞ Milli Elmlər Akademiyasının üzvü (1988-ci ildən), 2012-ci il kimya üzrə Nobel mükafatı laureatıdır ("G-zülalı birləşmiş reseptor ilə əlaqəli tədqiqtlarına görə"). Eyni zamanda Milli Elm Medalı laureatıdır (2007-ci il).

Polşadan olan yəhudi mühacir ailələrindən olan Maks və Roza Lefkoviç ailəsindəki yeganə uşaq olan Robert Lefkoviçin[4][5][6] atası Nyu-Yorkun Garment rayonunda mühasib işləyirdi. O, Kolumbiya Universitetinin Kolumbiya Kollecində oxumuş, 1962-ci ildə İncəsənət üzrə bakalavr dərəcəsi almışdır. 1966-cı ildə Kolumbiya Universitetində Həkimlər və Cərrahlar Kollecini bitirmiş, həmin kollecdə staj və bir illik rezidenturanı başa vurduqdan sonra 1968-1970-ci illərdə ABŞ Milli Sağlamlıq İnstitutunda elmi işçi vəzifəsində işləmişdir.

1970-1973-cü illər arasında Massaçusets Ümumi Xəstəxanasında işləymişdir. Orada ürək-damar xəstəlikləri sahəsində rezidentura və klinik hazırlığı bitirmişdir. 1973-cü ildə Duk Universiteti Xəstəxanasında tibb üzrə dosent və biokimya üzrə baş müəllim olmuşdur. 1977-ci ildə tibb professoru olmuşdur.[7] Hal-hazırda o, həm də biokimya professorudur. 1973-cü ildən 1976-cı ilə qədər o, Amerika Ürək Assosiasiyasında tədqiqatçı olmuşdur.[8] 1976-cı ildən Hovard Hyuz Tibb İnstitutunun üzvüdür.

Robert Lefkoviçin tədqiqat sahəsi reseptor biologiyası və siqnal ötürülməsinin öyrənilməsidir. Onun ən məşhur əsərləri β-adrenergik və əlaqəli reseptorların ardıcıllığının, strukturunun və funksionallığının ətraflı təsviri, həmçinin onları tənzimləyən iki növ zülalın kəşfi və təsviridir: GRK kinazaları və β-arrestinlər. 1980-ci illərin ortalarında R.Lefkoviç həmkarları ilə birlikdə β-adrenergik reseptorun fəaliyyətinə cavabdeh olan geni klonlaşdırmağa müvəffəq olmuşdur. Tezliklə onun tədqiqat qrupu səkkiz digər adrenergik reseptor (adrenoreseptorlar və norepinefrin reseptorları) üçün genləri klonlamağa nail ola bilmişdirlər. Bu təcrübələr göstərdi ki, β-adrenergik reseptorları çox oxşar molekulyar strukturlara malikdirlər. Bu günə qədər insanlarda bu tip 1000-ə yaxın reseptor aşkar edilmişdir. Onların hamısı oxşar mexanizmdən istifadə edir ki, bu da onları ən effektiv şəkildə hədəf almağa imkan verir. Beləliklə, reseptlə verilən dərmanların 30-dan 50%-ə qədəri belə “kilid” reseptorları üçün bir növ “açar”dır.[9] İndiki zaman üçün Lefkoviç biologiya, biokimya, farmakologiya, toksikologiya və klinik tibb sahəsində ən çox istinad edilən ekspertlərdən biri hesab olunur.[10] 1988-ci ildən Amerika İncəsənət və Elmlər Akademiyasının üzvüdür.

2016-cı ildə o, Qrinpis, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərlə (GMO) mübarizəni dayandırmağa çağıran bir məktub imzalamışdır.[11][12][13]

İlk evliliyi 1963-cü ildə Arne Lefkoviç (Gornstein nəslindən) ilə olmuşdur. Bu evlilikdən 5 uşaq: 3 oğlu - Davud, Noa və Ceşua, 2 qızı - Mara və Şeril dünyaya gəlmişdirlər.[14] İkinci evliliyini isə 1991-ci ildə Lin Tilli Lefkoviç ilə etmişdir.[15]

Mükafat və fəxri fərmanları

[redaktə | mənbəni redaktə et]
  • 1978-ci il — Passano Gənc Alim Mükafatı (Almaniya)
  • 1978-ci il — Con J. Abel Mükafatı (Almaniya)
  • 1988-ci il — Beynəlxalq Gairdner Mükafatı[16]
  • 1992-ci il — Bristol-Myers Squibb Mükafatı[17]
  • 2001-ci il — Pasarov Mükafatı
  • 2001-ci il — Fred Conrad Koch Mükafatı
  • 2001-ci il — ABŞ Milli Elmlər Akademiyasının Jesse Stevenson-Kovalenko medalı[18]
  • 2003-cü il — Lefoulon-Delalande Fondunun elm üzrə Qran Prisi[19]
  • 2003-cü il — Endokrin Tənzimləmə Mükafatı (Almaniya)
  • 2006-cı il — George M. Kober Mühazirəsi
  • 2007-ci il — Olbani Tibb Mərkəzi Tibb Mükafatı[20]
  • 2007-ci il — Tibb və Biologiya üzrə Şao Mükafatı, "Hüceyrələrin və orqanların dərmanlara və hormonlara reaksiyasından cavabdeh olan əsas reseptor sistemində davamlı tədqiqata görə."[21]
  • 2007-ci il — ABŞ Milli Elm Medalı, "Ən böyük, ən çox yönlü və müalicə baxımından ən əlçatan reseptor siqnal sistemi hesab edilən yeddi transmembran reseptorunu kəşf etdiyinə və tibbi praktikanın bütün sahələrinə təsir edən onların tənzimlənməsinin ümumi mexanizmini təsvir etdiyinə görə"[22][23][24][25]
  • 2009-cu il — Amerika Ürək Assosiasiyası Mükafatı[26]
  • 2009-cu il — BBVA Assosiasiyası Sərhədləri Bilik Mükafatı [27]
  • 2011-ci il — George M. Kober Medalı (Almaniya)[28]
  • 2012-ci il — Brayan Kobilka ilə bərabər Kimya üzrə Nobel Mükafatı, "G protein ilə əlaqəli reseptorlar üzərində apardığı tədqiqata görə".[29]
  1. 1 2 Rogers K. Robert J. Lefkowitz // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Robert J. Lefkowitz // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 http://www.nasonline.org/member-directory/members/8929.html.
  4. Max and Rose Lefkowitz. Дата обращения: 10 октября 2012. Архивировано 4 марта 2016 года.
  5. Introduction of Robert J. Lefkowitz. Дата обращения: 10 октября 2012. Архивировано 9 марта 2013 года.
  6. Robert J. Lefkowitz. Дата обращения: 12 октября 2018. Архивировано из оригинала 4 марта 2016 года.
  7. HHMI Scientist Bio: Robert J. Lefkowitz, MD". HHMI Investigators Biography. Архивировано 7 мая 2013. Дата обращения: 10 октября 2012.
  8. HHMI Scientist Bio: Robert J. Lefkowitz, MD". HHMI Investigators Biography. Архивировано 7 мая 2013. Дата обращения: 10 октября 2012.
  9. "Pioneers of cell receptor research share America's top prize in medicine". Albany Medical Center Website. Архивировано 26 марта 2012. Дата обращения: 10 октября 2012.
  10. Highly Cited Research - Research Analytics - Thomson Reuters
  11. 107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 30 июня 2016. Архивировано 29 июня 2016 года.
  12. Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 30 июня 2016. Архивировано 7 июля 2016 года.
  13. Список нобелевских лауреатов подписавших письмо. Дата обращения: 30 июня 2016. Архивировано 2 сентября 2017 года.
  14. Ralph Snyderman «Introduction of Robert J. Lefkowitz». Дата обращения: 10 октября 2012. Архивировано 9 марта 2013 года.
  15. Свадебная церемония Роберта и Линн Лефковиц (1991). Дата обращения: 10 октября 2012. Архивировано 4 апреля 2016 года.
  16.  {{cite news}}: Игнорируется текст: "Awardees" (справка)
  17. Bristol-Myers Squibb Award for Distinguished Achievement In Cardiovascular Research. Дата обращения: 10 октября 2012. Архивировано из оригинала 14 ноября 2012 года.
  18. "Jessie Stevenson Kovalenko Medal Recipients". NASonline.org. 2001. Архивировано 29 июня 2011. Дата обращения: 10 октября 2012.
  19. "Le Grand prix scientifique 2003". Fondation Lefoulon Delalande Institut de France website. 2003. Архивировано 16 февраля 2006. Дата обращения: 10 октября 2012.
  20. "Albany Medical Center Prize". Albany Medical College website. 2007. Архивировано из оригинала 17 июля 2012. Дата обращения: 14 января 2013.
  21. "Announcement and Citation". Shawprize.org. 2007-06-12. Архивировано 7 апреля 2016. Дата обращения: 10 октября 2012.
  22. Robert J. Lefkowitz | National Science and Technology Medals Foundation. Дата обращения: 29 апреля 2017. Архивировано 6 мая 2019 года.
  23. The President's National Medal of Science: Recipient Details | NSF - National Science Foundation. Дата обращения: 29 апреля 2017. Архивировано 26 марта 2016 года.
  24. "YouTube Video of Robert Lefkowitz receiving the National Medal of Science". YouTube. 2008-09-28. Архивировано 5 марта 2011. Дата обращения: 30 сентября 2017.
  25. "Duke Medicine Physician-Scientist Receives National Medal of Science". Duke Health.org. 2008-09-28. Архивировано 12 октября 2013. Дата обращения: 10 октября 2012.
  26. "North Carolina scientist wins American Heart Association award for discovering receptors' role as specific targets for drug therapy". AHA website. 2009-11-15. Архивировано из оригинала 8 августа 2011. Дата обращения: 10 октября 2012.
  27. BBVA Frontiers of Knowledge Award. Дата обращения: 29 апреля 2017. Архивировано 17 марта 2016 года.
  28. "Arxivlənmiş surət". 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-05.
  29. The Nobel Prize in Chemistry 2012 - Press release (англ.). Nobel Media. Дата обращения: 25 августа 2019. Архивировано 25 августа 2019 года.