Vürtsit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vürtsit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
ZnS
Strunz təsnifatı II/B.06[1]
Xüsusiyyətləri
Zolaq rəngi Qəhvəyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vürtsit — mineral, b - ZnS. Fe, Ge qatışıqları olur. Qrinokit ilə izomorfdur. Heksaqonal və triqonal. Eyni fiziki xassəli beş polimorf modifikasiyası vardır. Kristalları piramidal və lövhəvari. Ayrılma {100} üz­rə orta, {0001} üzrə qeyri-mükəmməl. Aqreqat: kollomorf, konsentrik-şüalı, laylı, lifli. Rəngsiz, qonur, Fe miqdarından asılı olaraq qara. Parıltı qatrani, şüşəli. Nazik təbəqələri işığı keçirir. Sərtliyi 3,5-4. Xüsusi çəki 3,98. Vürtsit - ZnS qeyri-sabit modifikasiyası olub, keçid temperaturu (~10200C) Fe, Cd, Mn qatışıqlarının miqdarından asılıdır. Polimetal və qalay  yataqlarında rast gəlinir. Mergellərdə, siderit konkresiyalarında autigen vürtsit qeyd edilmişdir. Növ müxtəlifliyi: eritrosinkit.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]