Vikipediya:Kənd meydanı

Vikipediya, azad ensiklopediya
Ən son rəy:3 saat öncə, NR SHENER tərəfindən "Kateqoriyalardakı ad-soyad siyahıları haqqında" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç


Vikimedia Hərəkat Mənfəəti təsdiq səsvermə nəticələri

[mənbəni redaktə et]
Bu mesajın Meta-vikidə başqa dillərdə mətnini tapa bilərsiniz. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin

Salam hamınıza,

Həm fərdi, həm də ortaq səsləri diqqətlə hesabladıqdan sonra Nizamnamə Seçki Komissiyası Vikimedia Hərəkatının Nizamnaməsi üzrə səsvermənin yekun nəticələrini məmnuniyyətlə elan edir.

Nizamnamə Seçki Komissiyasının məlumat verdiyi kimi, 9 iyul, 23:59 UTC tarixində səsvermə başa çatana qədər həm Tərəfdaş, həm də fərdi səslər üçün kvoruma çatdıq. Ratifikasiya prosesində səs verən bütün 2451 şəxsə və 129 Affiliasiya nümayəndəsinə təşəkkür edirik. Səsləriniz və şərhləriniz Hərəkat Strategiyasında gələcək addımlar üçün əvəzsizdir.

25 iyun - 9 iyul 2024-cü il tarixləri arasında keçirilən Vikimedia Hərəkatı Nizamnaməsi ratifikasiya səsverməsinin yekun nəticələri aşağıdakı kimidir:

İyulun 9-u saat 23:59-a (UTC) səs verən 2451 nəfərdən 2446-sı etibarlı səs hesab edilib. Bunlardan 1.710 "bəli"; 623 “yox” səs verdi; və 113 seçilmiş “–” (neytral). Neytral səslər verilən səslərin ümumi sayına hesablanmadığından 73,30% Nizamnamənin təsdiqinə (1710/2333), 26,70% isə Xartiyanın rədd edilməsinə (623/2333) səs verib.

Filifikasiyalar səs verir:

[mənbəni redaktə et]

9 iyul 23:59 (UTC) tarixinə səs verən 129 Affiliated seçicidən 129 səs etibarlı səs kimi təsdiqləndi. Bunlardan 93 "bəli"; 18 “yox” səs verdi; və 18 seçilmiş “–” (neytral). Neytral səslər verilən səslərin ümumi sayına hesablanmadığından, 83,78% Nizamnamənin təsdiqinə (93/111), 16,22% isə Nizamnamənin rədd edilməsinə (18/111) səs verib.

Vikimedia Fondunun Qəyyumlar Şurası

[mənbəni redaktə et]

Vikimedia Fondunun Qəyyumlar Şurası 8 iyul 2024-cü il tarixdə Şuranın növbədənkənar iclası zamanı təklif olunan Nizamnaməni ratifikasiya etməmək'yə səs verdi. Vikimedia Fondunun Qəyyumlar Şurasının sədri Nataliya Tımkiv nəticəni paylaşdı. səsvermə, qətnamə, iclas protokolları və təklif olunan növbəti addımlar.

Bununla da, Vikimedia Hərəkatının Nizamnaməsi hazırkı redaksiyada ratifikasiya olunmayıb.

Hərəkatımızın idarə olunmasında bu mühüm məqamda iştirakınıza görə sizə təşəkkür edirik.

Nizamnamə Seçki Komissiyası,

Abhinav619, Borschts, Iwuala Lucy, Tochiprecious, Der-Wir-Ing

MediaWiki message delivery (müzakirə) 17:52, 18 iyul 2024 (UTC)Cavabla


P.S Yuxarıdakı mətn tərcümə xətaları ilə doludur. Baxdım, azərbaycan dilini bilməyən bir ərəb istifadəçi tərcümə edib. Metada düzəltmişəm amma burda da düzəltmək lazımdır. Nemoralis (müzakirə) 21:30, 18 iyul 2024 (UTC)Cavabla
Niyə maşın tərcüməsi ilə edib anlamıram, elə ondansa orijinal mətni əlavə etmək yaxşıdır. Hörmətlə, Gadirmüzakirə 06:43, 19 iyul 2024 (UTC)Cavabla
Özünə xəbərdarlıq etmək lazımdır. Yəqin kiçik icmalı vikilərə də edib öz redaktə sayın artırır Atakhanli (müzakirə) 11:17, 19 iyul 2024 (UTC)Cavabla

Yeni məqaləni necə gözəgörünən etmək olar?

[mənbəni redaktə et]

Dəyərli Vikipediyaçılar mən iki gündür yeni məqalə hazırlamışam. İndi də redaktə edirəm. Sadəcə məqaləmə baxış olmayıb. Necə edim ki, hamıya gözəgörünən olsun? Ceyhun Midiyalı (müzakirə) 10:42, 19 iyul 2024 (UTC)Cavabla

Əsas ad fazada dərc olunmuş bütün məqalələr hamıya görünəndir. --► Hörmətlə: SolaVirum 12:36, 19 iyul 2024 (UTC)Cavabla
Mənim məqaləmi yoxlayıblar? Yazılıb ki, ilkin yoxlamadan keçməyib. Ceyhun Midiyalı (müzakirə) 15:44, 19 iyul 2024 (UTC)Cavabla
Harada yazılıb? Atakhanli (müzakirə) 13:57, 20 iyul 2024 (UTC)Cavabla
Siçanın oxunu məqalə adının üstündə tutanda elə yazılıb. Ceyhun Midiyalı (müzakirə) 14:26, 20 iyul 2024 (UTC)Cavabla

Əməkdaşlıq həftələri

[mənbəni redaktə et]

Salam. Düşünürəm ki, fərdi təşəbbüslə "Əməkdaşlıq həftələri" keçirmək olar. Məsələn, tutaq ki, mən "Ulduz müharibələri" mövzusunda məqalələrin çox olmağını istəyirəm, amma tək işləməyin uzun çəkəcəyini düşünürəm, buna görə də belə bir müsabiqə başladıram və sonunda ulduz filan veririk nəticələrə görə. Necədir? --► Hörmətlə: SolaVirum 12:44, 19 iyul 2024 (UTC)Cavabla

Redaktə Liqası? — Bikar müzakirə 12:56, 19 iyul 2024 (UTC)Cavabla
vikidə hansısa səhifə var idi, indi tapa bilmədim. istifadəçi bir növ tapşırıq verirdi, misal üçün bu istiqamətdə və ya konkret bir məqalə yaratmağı istəyirdi. qarşılığında da bir ulduz vəd edirdi. sonda nəticəyə görə vəd edən istifadəçi həmin tapşırığı icra edən istifadəçiyə həmin ulduzu verirdi. Atakhanli (müzakirə) 13:49, 19 iyul 2024 (UTC)Cavabla
Mən də xatırladım. @White Demon bilə bilər, orda onun cavabsız elanı var idi) Hörmətlə, Gadirmüzakirə 14:48, 19 iyul 2024 (UTC)Cavabla
Əla təklifdir. Konkret məqalə siyahısı tərtib edilsin. Maraqlı olan iştirakçılar da adlarını qeyd etsin. Redaktə maraqları üst-üstə düşməsin deyə, hərə öz məqalələrini seçsin və iş başlasın.--Tarixi Nadir (müzakirə) 14:55, 19 iyul 2024 (UTC)Cavabla
Vikipediya:Mükafat lövhəsiBikar müzakirə 15:21, 19 iyul 2024 (UTC)Cavabla
Kimin yadına gələr Kənd meydanında buna bənzər bir şey təklif etmişdim. Ay ərzində redaktəsi 1000 olana ulduz verilsin. Əksəriyyəti başladı. Bir-birləriynən zarafata biri dedi kukla verirəm. Biri dedi kuklamı gözlüyərəm. Vusalsuvarov1996 (müzakirə) 19:37, 19 iyul 2024 (UTC)Cavabla
Redaktə Liqası?(2) — Bikar müzakirə 20:34, 19 iyul 2024 (UTC)Cavabla
Portal və Vikilayihələrin yaradılmasını dəstəkləyirəm. Hörmətlə, Gadirmüzakirə 21:00, 19 iyul 2024 (UTC)Cavabla
Əla təklifdir. Həmişə dəstəkləmişən yenə də mən razıyam bu təkliflə. Vusalsuvarov1996 (müzakirə) 15:01, 20 iyul 2024 (UTC)Cavabla

Kateqoriyalardakı ad-soyad siyahıları haqqında

[mənbəni redaktə et]

Salam dəyərli həmkarlar.

Kateqoriyalarda ad-soyad siyahıları soyada görə yox ada görə tərtib olunub. Məncə bu düzgün deyil və insanlara cətinlik yaradır. Çünki Azərbaycanda ənənəvi olaraq siyahılar soyada görə tərtib olunduğundan adamlar da soyada görə axtarmağa öyrəşiblər. Mən "Batumidə anadan olanlar" kateqoriyasına bir-iki azərbaycanlını daxil edəndə fikir verdim ki, siyahı adla görə tərtib olunub. Baxdım ki, bütün əsas dillərdə siyahı soyada görə, ancaq türk dilində ada görə tutulub. Mən belə başa düşürəm ki, azViki də bu qaydanı türkVikidən götürüb. Ancaq bizim özümüzün lüğət, ensiklopediya, məlumat kitablarımız məhz soyada görə tərtib olunur. Belə çıxir ki, Nodar Şaşiqoğlu Ş yox N hərifinə yerləşdirməlidir. Çox insan məşhurların adlarını yox soyadlarını tanıyır və demək bu siyahıda onları tapmaq üçün bütün siyahını oxumalıdır. Ümumiyyətlə dünyada bir çox məşhurlar soyadları ilə tanınır.

Təklif edirəm bu qayda dəyişdirilsin və siyahılar soyadlara görə tərtib olunsun.

Hörmələ,

NR SHENER (müzakirə) 22:28, 19 iyul 2024 (UTC)Cavabla

Nümunə verə bilərsiniz lütfən? Tam olaraq nə demək istədiyinizi anlamadım Atakhanli (müzakirə) 06:32, 20 iyul 2024 (UTC)Cavabla
Məsələn, deyir ki, Lenini daha çox Lenin kimi tanıyırlar, Vladimir yox. Ona görə də kateqoriyada standart məqalənin başladığı hərfdə yox, "L" hərfində olsun. Amma bütün hamısına etmək doğru olmaz. Məsələn, Araz Yaquboglunu axtaran insan Araz bəyin adını da bildiyi üçün A hərfinə baxacaq. Tək adlar (məsələn, Anar) zatən tək olduğu üçün elə o hərfə də gələcək. Digər məsələ üçün isə texniki olaraq kateqoriya hissəsinə müvafiq əlavələri etmək olar. Hörmətlə, Gadirmüzakirə 07:48, 20 iyul 2024 (UTC)Cavabla
Bu haqda mən sizə yazmişdim artıq. Dünyada çox az adam, Azərbaycanda isə tək-tük adam adına görə tanınır. O yazdığınız Araz Yaquboğlunu heç kim Araz kimi tanımır, məhz Araz Yaquboğlu kimi tanıyır. Müğənni Emin var, amma bu onun səhnə adı ya brendidir. Elədirsə belə halda ancaq ad yazıla bilər, mötərizədə və ya vergüldən sonra Emin Ağalarov kimi. Yazıçılar Elçin, Anar - bunlar artıq ləqəb, brenddir. Yəni 0,1% insan ancaq adına görə tanınırsa niyə yerdə qalan 99,9% insan isə soyada görə tanınır, niyə görə ada görə siyahıya salınmalıdır? NR SHENER (müzakirə) 19:48, 20 iyul 2024 (UTC)Cavabla
Nümunə buyurun. Deyək ki, kimsə Tesla və yaxud Feyxtvangeri tapmaq istəyir. Adı yadına düşmürsə bunu necə etsin? Və yaxud elə Azərbaycanda məşhur qapıçı olmuş Kramorenkonun adını bilən çoxdur? Bütün siyahını axtarmalıdır? NR SHENER (müzakirə) 19:31, 20 iyul 2024 (UTC)Cavabla
Sizin dediyiniz üslüb rus vikipediyasında indi də belədir. Bütün sovet ensiklopedyalarında da belədir məncə. Amma burada biz deyəsən ingilis vikipediyasından nümunə götürmüşük bu barədə. Məsələn bizdə və bütün dillərdə Alla Puqaçovadırsa, rus vikisində bu Puqaçova Alladır. SE213193 (müzakirə) 09:37, 20 iyul 2024 (UTC)Cavabla
Xeyr, mən baxdım Vikipediyada bütün əsas dillərdə məhz soyada görə tərtib olunub, ancaq türk dilində ada görə. Mənə də elə gəldi ki, bu kateqoriya türkViki əsasında tərtib olunub. Yəni bütün dillərdə əksinə Puqaçova Alla, ancaq türk və azərbaycan dilində Alla Puqaçova yazılıb. Ancaq bu da əsas deyil, məsələ başqadır. Bizim öz ensiklopediyamız (ASE), başqa sorğu kitablarımız var, onların hamısında siyahılar ancaq soyada görə tərtib olunur. Burda demək olar ki, hamı etibarlı mənbə kimi ASE, sovet vaxtı yazılan qaydaları əsas gətirərək bir çox sözlərin (hokkey-xokkey, hotel-otel), adların (Çorc-Georq, Luis- Lüdovik), soyadların (Hambarsumov-Ambarsumov) yazılışını dəyişməyə imkan vermirlər, indi isə həmin mənbələr nəsə yada düşmür. NR SHENER (müzakirə) 20:12, 20 iyul 2024 (UTC)Cavabla
Belədi ki, məntiqlidir. EnViki də soyada sıralayır. Bunun üçün məqalənin adını dəyişməyə ehtiyac yoxdur (RuVikidə olduğu kimi). Sadəcə açar sözlərlə çeşidləmək bəsdir. Məsələn, Lionel Messi məqaləsinə kateqoriyanı [[Kateqoriya:Argentina futbolçuları]] kimi yox, [[Kateqoriya:Argentina futbolçuları|Messi]] kimi əlavə edirsən, məqalə həmin kateqoriyada M hərfində görünəcək. Kosmik Ozan utora! 14:06, 20 iyul 2024 (UTC)Cavabla
Bundan başqa {{DEFAULTSORT}} sehrli sözü var. Məqalədə {{DEFAULTSORT:Messi, Lionel}} yazırsan, bütün kateqoriyalarda Messi sözünə çeşidləyir.--Kosmik Ozan utora! 14:10, 20 iyul 2024 (UTC)Cavabla
Elə mənim də dediyim ikincidir. Amma sırf soyada görə sıralamasına razı deyiləm, elə şəxslər var ki, adları-soyadları ilə tanınır və bu formada məqalələrinə müraciət edilir. Yuxarıda da qeyd etmişəm. Ada baxmaq istəyəndə həmin şəxsi adının baş hərfində tapanmayanda gərək məcbur soyada baxsın. Hörmətlə, Gadirmüzakirə 14:18, 20 iyul 2024 (UTC)Cavabla
Razıyam e, elə nümunələr çoxdur, məsələn, Elşad Xoseni heç kim sadəcə Xose kimi tanımır, amma çox halda soyadla tanıyırlar. Kosmik Ozan utora! 14:21, 20 iyul 2024 (UTC)Cavabla
Eyniylədə kimsə soyada görə axtardığı insanı tapmayanda bütün siyahıda axtarmalıdır. Amma bəs adını bilməsə necə? Məs, mən fizik Heyzenberqi və ya lap elə bakılı Landaunu və ya fotbolist Fodeni axtarıram. Adlarını bilmirəm. Demək məcburam başqa dildə soyadını tapıb sonra az.dilinə keçid verim. Mən bu problemə "Batumidə doğulanlar" kateqoriyasında orada anadan olan azərbaycanlıları daxil edəndə rastlaşdım. Nodar Şaşıqoglu, V.Bağırov, Axundzadə az.dilində ada görə siyahıya düşdü. Yəni Şaşıqoğlu N (Nodar), şahmatçı Bağırov V (Vladimir), Əhməd Cavadın həyat yoldaşı Axundzadə isə Ş (Şükriyyə) həriflərinə. NR SHENER (müzakirə) 20:27, 20 iyul 2024 (UTC)Cavabla
Düzgün hesab etmirəm. Yerli adlarda onsuz soyad-ad istifadə olunmur. Əhəmiyyətli mənbələrdə artıq ad-soyad verilir. Soyad-ad keçmişdə çox istifadə olunurdu. Bu sovet ənənəsidir Azərbaycanda. Bizdə indi Filankəs Filankəs oğlu\qızı Filankəsov(-a) daha geniş istifadə olunur. Soyad-ad isə nadir hallarda. Hal-hazırda soyad-ad xaricdə də istifadə olunur bu ənənədən. Xarici adlarda ola bilər, bu zaman isə @White Demon dediyi kimi qeyd edə bilərsiniz kateqoriyaya. Heç kim Əhməd Cavadı Cavad, Hüseyn Cavidi Cavid, Şükriyyə Axundzadəni Axundzadə olaraq tanımır. Rus dilli olanlar istisna ola bilər, bəlkə də. Dr.Wiki54 (müzakirə) 21:12, 20 iyul 2024 (UTC)Cavabla
Çox gözəl, onda xaricilərin demirəm, bəs Azərbaycana aid olan Landaunu, Kramorenkonu, Banişevskini, Vulfu, Manarovu, Baybakovu, Rəsizadəni (Aleks), Ağaoğlunu və basqalarını necə tanıyırlar? Yəni adları ilə? Şəxsən siz məs. NR SHENER (müzakirə) 22:55, 20 iyul 2024 (UTC)Cavabla
Məsələn:Ağaoğlu deyəndə mənim ağlıma Səməd bəy Ağaoğlu, Əhməd bəy Ağaoğlu, Həsən bəy Ağaoğlu/Ağayev, Nəriman Ağaoğlu gəlir. Rəsizadə deyəndə də şəxsən Artur Rasizadə gəlir :) Bu məsələyə siz şəxsi prizmadan yanaşırsınəz. Azərbaycanda hal-hazırda ümüumi qəbul edilən versiya ad-soyaddır. Hə Landau digər etnik azlıqlar kimi daha çox soy adıyla tanınır. Kateqoriyanı onda " ...|Landu Lev]]" şəklində yaza bilərsiniz, yoxsa ümumiləşdirmək düzgün olmaz. Dr.Wiki54 (müzakirə) 23:01, 20 iyul 2024 (UTC)Cavabla
Xeyr bu mənim şəxsi istəyim deyil. Mən məs. Əli Rəsizadəni axtarıram da onu tapmayaa bilərəm, çünki o sovet vaxtı Əli olub, ABŞ köçəndən sonra isə Aleks olub. Rəsizadələr açıldıqda orda bütün Rəsizadələr çıxır və istədiyinə baxırsan. Eləcə də Ağaoğlular və s. NR SHENER (müzakirə) 23:09, 20 iyul 2024 (UTC)Cavabla
Azərbaycanda yox, ancaq azVikidə bu cür qayda, yəni ad/soyad qaydası qəbul olunub. Bütün başqa rəsmi sənədlərdə, siyahılarda əksinə soyad/ad kimi gedir NR SHENER (müzakirə) 23:12, 20 iyul 2024 (UTC)Cavabla
Yenə təkrar edirəm, burda bir qayda var və o qaydaya əməl olunmalıdır. Azərbaycan rəsmi sənədlərində, siyahılarda, ensiklopediyalarda, dövlət sərəncamlarında və s. siyahılar ancaq soyada görə tərtib olunur. Kimi də subyektiv fikrinə görə yox. Və ən əsası belə çıxır ki, istəyəndə sovet vaxtından Azərbaycanda qəbul olunmuş qaydalar rədd edilir, istəyəndə isə Etibarlı Mənbə kimi əsas gətirilir. Məs. mən bir xarici kinofilmin adının səhv tərcümə olunduğunu və dəyişdirilməsini təklif edəndə mənə sovet vaxtı yazılmış kinoafişa və ya yazı göstərməyimi tələb etdilər. Və ya tarixi şəxsiyyətlərin adlarının da məhz sovet vaxtı qəbul olunmuş rus variantında yazılmasının düzgünlüyü kimi. Məncə bir qayda olmalıdır. NR SHENER (müzakirə) 23:05, 20 iyul 2024 (UTC)Cavabla
Xeyr, görünən odur ki, şəxsi/subyektiv istəyini tətbiq etdirmək istəyən sizsiniz. Bunun üçün Rəsulzadə (dəqiqləşdirmə), Rəsulzadə (soyad) kimi məqalələr var. Lenin/Stalin/Xruşşov/Brejnev/Qorbaçov/Beriya/Hitler kimi hallarda kateqoriyay müvafiq redaktə ilə məsələbi həll etmək olar. Prezidentin sərəncamlarında (medallar xaric) ad, ata adı, soyad gedir: [1] [2][3] Məktublarda da eyni hal təkrarlanır: [4] Qısası siyahı xaric hal-hazırda rəsmi olaraq "Ad-ata adı-soyad" versiyasından istifadə olunur. "Whataboutism" etməyə isə ehtiyac yoxdur. Başqa məsələ ilə bağlı probleminiz varsa müzakirə başladın. Dr.Wiki54 (müzakirə) 10:53, 21 iyul 2024 (UTC)Cavabla
Mən? Hm maraqlıdır. Mən faktlara istinad edirəm, ensiklopediya, lüğət, sozlukləri nümunə gətirirəm, siz isə (elə tək siz yox bəzi başqa yazanlar da) öz şəxsi fikrinizi bildirirsiniz. Hələ üstəlik səhv nümunələri də sübut kimi göstərirsiniz.
Mən Əlidən danışıram siz Vəlidən. Görürəm məsələnin mahiyyəti nədən ibarətdir heç fikir vermirsiniz. Göndərdiyiniz prezident sərəncamların bu məsələyə nə aidiyyəti? Məlumdur ki, ad/ata adı/soyad şəklində yazılır. Məgər məsələ bundadır? Məsələ siyahıların hansı qaydaya uyğun tutulmasıdır. Məgər siz mənə siyahı gösterdiniz? Bir adamın ad/soyadı yazılan sərəncam. Elə prezident də imza atanda İlham Əliyev kimi yazılır. Nə olsun? Sizin oxuduğunuz məktəb jurnalında şagirdlərin siyahısı ada görə tutulub? Siz Azərbaycanda hər hansı bir sözlük, ensiklopediya, siyahı görmüsüz ki, ada görə tərtib olunsun? Bu qəbul olunmuş bir qaydadir. Sizdə bunun əksinə gedirsiz.
Əbülfəz Elçibəyə çox adam sadəcə Əbülfəz deyib yada salır, Əbülfəz kimi tanıyır. Və yaxud Heydər Əliyevə sadəcə Heydər baba deyir, o cür tanıyır. Bunu nə dəxli? Bu adamlara Əbülfəz və ya Heydər demək familyarlıqdır, çayxana, məişət səviyyəsindəki müraciət formasıdır, rəsmi yox. Azərbaycanda onsuz da bütün məşhurları ya adla yada salırlar, ya da ləqəblə. İndi Yəni kateqoriyalarda, ensiklopediyalarda siyahıya alanda belə məişət formasına, ara, loru danışıq formasina düşməliyik? Rəsmi qayda var ASE, NE, Şəhidlər Xiyabanında dəfn olunanlarin siyahısı və s. və o qayda deyir k, siyahılar soyadlara görə tutulmalıdır. Göstərdiyiniz Rəsulzadə (dəqiqləşdirmə) isə ayrı məsələdir. NR SHENER (müzakirə) 12:42, 21 iyul 2024 (UTC)Cavabla
"Whataboutism" yarlıkını da heç yerində islətmədiniz. Çunki, onu ancaq cavab olaraq işlədirlər. Sualı, məsələni, müzakirəni mən açmışam, siz isə mənə cavab verirsiniz. İndi özünüz baxın kim Whataboutism edir. Whataboutismin bir mənası da ikili standartlardan istifadə etməkdir ki, bunu mən burada çox görürəm. Burdakı statuslu, əllərində səlahiyyət olan şəxlər mənə irad tuturlar, etdiyim redaktələri geri qaytarırlar ki, etibarlı mənbələrdə, sovet vaxtı belə yazılmayıb və s. Amma görürəm ki, lazım olanda "sovet dönəmində qəbul olunmuş qaydalardan imtina etmək lazımdır". Bax bu elə Whataboutismdir. Özün istəyəndə xarici sözlərin, ad/soyadların rusca yazılış variantı qəbul olunur (məs: Luis-Lüdovik kimi), istəyəndə başqa cür (məs: vertolyot- helikopter kimi), istəyəndə söz və ya ad orijinal dildə və ya ingiliscə, istəyəndə də transliterasiya edilir.
Mən başa düşürəm ki, tək sizə heç bir şey edə bilməyəcəm, yəni təkliflərimi qəbul nədi heç yaxın buraxmırsınız. Sizin burda səlahiyyətinin var, rıçaqlarıniz var, mən isə adi, heç bir statusu olmayan istifadəçiyəm. Uzagı bloklayacaqsız, elə bu cür Whataboutism yarlıkı ilə. Ancaq yenə təkrar edirəm siyahıların ada görə tərtib olunması düz deyil. Onsuz da burda o qədər səhv olan şeylər var ki, bu da olsun növbəti. NR SHENER (müzakirə) 13:13, 21 iyul 2024 (UTC)Cavabla
Bu "müzakirəyə başlayın", "kənd meydanında müzakirə açın" kimi məsləhətləri mən artıq başa düşdüm. Yəni dəryaya xırda bir daş at, nə dəyişəcək. Burda bir az yazmışdıq vəssalam, bununla da məsələ bitdi NR SHENER (müzakirə) 13:25, 21 iyul 2024 (UTC)Cavabla
Bəli, siz. Oxumadan şərh bildirdiyiniz üçün siz. Mən yuxarıda qeyd etmişəm kimi siyahı xaric istifadə olunmur. Ümumi götürəndə də daha çox (sadəcə siyahıya şamil edilən deyil) hansı istifadə olunursa, onu üstün tutmalıyıq (COMMONUSE). Ritorikanız nəzakətdən kənardır. Kateqoriyalar isə siyahı deyil. Hə, adla müraciət isə heç bir halda familyarlıq, çayxana və məişət səviyyəsində deyil. Azərbaycanda indi daha çox Filankəs "müəllim" və "bəy" müraciəti daha çox istifadə olunur. Heç kim heç kimə Məmmədov, Vəliyev demir. Məşhur adlarda da həmçinin.Siyahı məqalələrində. Siyahı məqalə nə vaxtdan qaydadır? Ümumiyyətlə, siz özünüzün problem olaraq ortaya atdığınız bu məsələ ilə bağlı rəsmi sənəd göstərə bilərsiniz mi ki "Siyahılarda sıralama soyad-ada görə yazılmalıdır" tərzdə yazı ehtiva etsin. Tam da yerində işlətdiyim ifadədir. Əgər ortaya nəsə müzakirə qoyursunuzsa, onunla bağlı danışmalısınız. Filan yerdə belədir, onda niyə belə demişdilər mənə məqsədəuyğun şərh deyil. Burada heç kim statuslu və əllərində səlahiyyətli olduğu üçün sizdən üstün deyil. Vikipediyadakı hüquqlar sadəcə məsuliyyətdir. Transliterasiya məsələsinin bura dəxli yoxdur. Maraqlıdırsa, aşağıda onunla bağlı müzakirə başlada bilərsiniz. Ümumiyyətlə, sizin müzakirələrdəki ritorikanız xoş deyil. Mən sizdən fərqli hüququ olmayan istifadəçiyəm. Bloklamaq səlahiyyətim yoxdur. Müzakirənin axışını başqa yönə yönəltmək xoş deyil. Xülasə, kateqoriyalar siyahı deyil, siyahılarda da rəsmi qəbul olunan qayda yoxdur. Kateqoriyalarda asanlıq olması üçün "soyadı və ləqəbi ilə məşhur olanlar" (bax: Hitler, Lenin, Stalin, Puşkin" üçün kateqoriya əlavəsinə sadəcə "...|Lenin, Vladimir]]" kimi yazmaq olar. Qlobal və böyük bir problem deyil bu. Dr.Wiki54 (müzakirə) 16:03, 21 iyul 2024 (UTC)Cavabla
Əvvəla, mənim cavablarım, yazı tərzim aldığım cavablara uyğun olaraq adekvatdır. Kimsə mənə yoldaşcasına, nəzakətli, bərabərhuquqlu formada müraciət edib yazırsa təbii ki, eyni üslubda da cavab verirəm, heç vaxt ritorikamı dəyismərəm. Yox əgər kimsə "sənin xəbərin yoxdur, bilmirsən ki, biz necə işləyirik, bura Vikipediyadır" filan yazıb (sizi nəzərdə tutmuram ümumiyyətlə yazıram, çünki daim rastlaşıram bu cür sözlərlə) məni bu formada diskussiyaya cəlb edirsə onda adekvat olaraq cavab verməyə məcburam. Yazdığınız cavablara baxın sonra şikayət edin. Elə bil müəllim şagirdi qoyub qabağına başa salır. Özü də arqument kimi mövzuya aid olmayan misallar gətirirsiniz. Mən siyahıdan, kateqoriyadan danışıram, siz mənə məqalə adının dəyişdirilməsindən yazırsınız. Məgər mən məqalələrin adlarının dəyişdirilib ruVikidəki kimi yazılmasını təklif edirəm? Onun bura nə dəxli? Niyə məsələni başqa istiqamətə yonəldirsiniz? Sonra da əksinə məni eyni şeydə gunahlandırırsınız.

Mən sizə ensiklopediyanı nümunə gətirirəm siz mənə sərəncam göstərirsiz, insanlara müraciət formasından yazırsınız, kateqoriya siyahı deyil yazırsınız. Siyahı deyilsə bəs nədir? Və ümumiyyətlə siyahı nədir? Yaxşı olsun sıralama. Belə gedər? Əsas mənadır yazılış forması deyil. Əsas odur ki, mən nə demək istədiyimi başa düşürsünüz. Göstərdiyim NR SHENER (müzakirə) 18:20, 21 iyul 2024 (UTC)Cavabla

Hörmətli @NR SHENER, səbirli olmaq lazımdır. Vikipediyada bir şeyləri dəyişdirməyə, düzəltməyə çalışarkən (düzgün bildiyiniz formada) təmkinli olmalısınız. Bir də şərhlərinizdə seçdiyiniz ifadələrə xüsusilə diqqət etməlisiniz ki, mövzu üzərindən müzakirə getsin, dəyişib istifadəçi üzərindən getməsin. Təkliflə isə razı deyiləm, @Dr.Wiki54 qeydləri ilə razıyam, qeyd etdiyim formada qismən razılaşa bilərəm. Sizi başa düşürəm, amma məqalə adları ad-soyad sistemi ilədir deyə, məncə, kateqoriyada da axtarışlar məhz elə olacaq. Enviki ya da qeyrisi necə edirsə, öz işləridir, mütləq elə olmalı deyilik. Özümüz öz qərarlarımızı verə, özümüzü idarə edə bilirik. Şəxsi fikirlərə gəlincə isə, onsuz da Vikipediyadakı konsensuslar istifadəçilərin fikirləri ilə əldə olunur, ona görə də hamı haqlı bildiyi öz fikrini, yanaşmasını bildirməkdə azaddır, yanlış olduğu halda yanlış olduğunu bildirə və ya yanlış görə bilərsiniz, amma buna görə istifadəçiləri sıxışdırmaq olmaz. Eyni zamanda unutmayın ki, bura könüllü layihədir, yəni təklifiniz gözlədiyiniz diqqəti görməyə də bilər, bunun üçün yaxşıca əsaslandırın. Bundan sonra bu başlığın mövzu üzərindən davam edəcəyinə inanıram. Hörmətlə, Gadirmüzakirə 16:23, 21 iyul 2024 (UTC)Cavabla
Əstəfrüllah, mənim heç vaxt kiminsə üstünə getmək heç ağlımın ucundan belə gəlməyib, sıxışdırmaq qalsın bir yana. Bu nə deməkdir belə? Əksinə mən burda cavablarda müəyyən qıcıqlar hiss edirəm. Guya ki, kimində sahəsinə girmişəm, kiminsə monopoliyasına toxunuram. Belə görünür. Hətta bu mövzunu qaldırmaq belə qəbahət imiş kimi. Əslində mən belə də bilirdim ki, bu cür reaksiya olacaq. Çünki bir neçə belə bir hadisələr olub. Və eyni cür reaksiya, eyni cür sözlərdən istifadə etməklə cavab veriblər. Ona görə burda yazmaq istəmirdim. Ancaq siz və başqa bir inzubatçı mənə təklif edəndə razılaşdım. Ancaq inanın ki, mənim məqsədim sadəcə insanlara rahat olsun deyə bir yol, variant tapılmasıdır. Variant da odur ki, velosiped ixtira etməyin nə mənası var, belə bir qayda var da - ensiklopediyalarda. RuViki, EnVikini də ona görə nümunə gətirdim ki, bütün dünya dillərində belə edirlər, türklərdən basqa. "Onlar özləri bilər" düzgün fikir deyil. Çünki hər bir fikir, elmi mülahizə yürütdükdə belə dünya praktikasında təsdiq olunmuş qaydalardan nümunə gətirililməlidir. Eynştyenin "elmdə avtoritet yoxdur" sözünü yada salıb demək istəyirəm ki, Vikipediyada da avtoritet yoxdur. Cəmi bir məqalə redaktə edənlə bir milyon məqalə yaradan arasında fərq olmamalıdır. NR SHENER (müzakirə) 19:40, 21 iyul 2024 (UTC)Cavabla

"VP:SS" qaydalarında müzakirələrə qoyulan 28 günlük məhdudiyyət haqqında

[mənbəni redaktə et]

Vikipediya: Səhifə Silmə "VP:SS" qaydalarına görə silinməyə namizəd çıxarılmış səhifələrin müzakirəsi belə yekunlaşdırılmalıdır:


Müzakirələrin sonlandırılması

Müzakirələrə səs saymaqla son qoyulmur. Unutmayın ki, bu müzakirələr səsvermə deyil. Buna görə də şərh verən hər bir istifadəçiyə fikirlərini izah etmələri və qaydalara, təlimatlara istinad etmələri tövsiyə olunur. Müzakirə ən azı yeddi tam gün davam edir. Daha sonra razılıq varsa səhifələr inzibatçılar tərəfindən silinir. Müzakirə müddəti bitdikdən sonra az şərh verilmiş namizədliklərin müddəti inzibatçılar tərəfindən daha bir 7 gün müddətinə uzadıla bilər. Bir müzakirə maksimum 28 gün çəkə bilər.


Göründüyü kimi qaydalarda yazılır ki, bir müzakirə maksimum 28 gün çəkə bilər. Amma reallıqda bu qaydaya məhəl qoyulmur və bir çox hallarda müzakirələr aylarla çəkir. Burada müzakirəyə çıxarmaq istədiyim suallarım belədir:

1) Sizcə bu qaydaya niyə əməl edilmir? Bilirəm, bəziləri deyəcək ki, konsensus əldə edilməyib, ona görə, konsensus əsasdır və o əldə edilmədən müzakirəyə son qoymaq olmaz. Onda avtomatik belə bir sual çıxır. Bəlkə konsensus 10 il əldə edilməyəcək? Onda necə olsun?

Qeyd: Axı həm də bir çox hallarda konsensusun olub-olmaması nisbi məsələdir (buna çoxlu misallar gətirmək olar).

2) Əgər bu qaydaya əməl etmək mümkün deyilsə, niyə o qəbul olunub? Bilirəm, bəziləri deyəcək ki, bu şərti qaydadır. Onda gəlin müəyyən edək görək şərti qayda nə deməkdir? Və əgər şərtidirsə, bu qayda məhz bu şəkildə konkretmi yazılmalıydı?

3) Sizcə ümumiyyətlə müzakirələrə məhdudiyyət olmalıdırmı? Bəziləri deyə bilər yox. Amma məhdudiyyət olmadıqda sizə elə gəlmirmi ki, müzakirələr aylarla davam edə bilər və bundan müxtəlif məqsədlər üçün istifadə edərlər? Asel007 (müzakirə) 12:16, 20 iyul 2024 (UTC)Cavabla

Hörmətli həmkar @Asel007 hesab edirəm ki, müəyyən qədər haqlısınız. Bu qaydaya yenidən baxılmalıdır. Bir müzakirənin 28 gün çəkməsi ilə bağlı da ciddi tədbir görməliyik. Ümumiyyətlə hesab edirəm ki, müzakirələrə qoyulan müddəti götürməliyik. Çünki müzakirələr nəticə əldə olunana qədər davam etməlidir. Hörmətlə, Patriot (müzakirə) 19:02, 21 iyul 2024 (UTC)Cavabla