Yavalılar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yavalılar
ind. Suku Jawa
yav. Wong Jawa
[[Şəkil:|90x105px]]
Ümumi sayı
109 540 000[1] (2014)
Yaşadığı ərazilər
İndoneziya İndoneziya 95 217 022 (2010 sa.)[2]
Malayziya Malayziya 633 000 (2014)[3]
Surinam Surinam 73 975 (2012 sa.)
Niderland Niderland 42 600 (2014)[4]
Misir Misir 30 000 (2014)
Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı 26 400 (2014)[5]
Şərqi Timor Şərqi Timor 18 400 (2014)[6]
Avstraliya Avstraliya 11 500 (2014)[7]
Yeni Kaledoniya Yeni Kaledoniya 10 700 (2014)[8]
Sinqapur Sinqapur 10 400 (2014)[9]
Dili

Yava dili

İndoneziyanın etnik xəritəsi

Yavalılar (ind. Suku Jawa, yav. Wong Jawa) — İndoneziyada böyük millətlərdən biri. Əsasən Yava adasında, həmçinin Sumatra, Kalimantan adalarının sahil rayonlarında yaşayırlar. Malayziya, Sinqapur, Surinam və sairə ölkələrdə də yavalılar var. Sayları 100 milyondan artıqdır (İndoneziyada təqribən 95.2 milyon nəfər; 2010). Yava dilində danışırlar. Dindarlarının əksəriyyəti müsəlmandır, xristianları da var; islama qədərki dini etiqad qalıqları da qalmışdır. Bəzən səhvən Yava adasının bütün yerli əhalisinə "yavalılar" deyilir. 1-31 may, 2010-cu il siyahıyaalınmasına əsasən İndoneziya əhalisi 237.641.326 nəfər, onlardan İndoneziya vətəndaşları 236.728.379 nəfər, İndoneziya vətəndaşlarından 95.217.022 nəfəri və ya 40.22%-i isə etnik yavalılar olmuşdur.[2] Siyahıyaalınmaya əsasən yavalıların 75.732.945 nəfəri və ya 79.54%-i Yava adasında (Banten əyalətində 1.657.470 nəfər, Qərbi Yava əyalətində 5.710.652 nəfər, Mərkəzi Yava əyalətində 31.560.859 nəfər, Şərqi Yava əyalətində 30.019.156 nəfər, Xüsusi Paytaxt Dairəsi Cakartada 3.453.453 nəfər, Xüsusi Dairə Yoqyakartada 3.331.355 nəfər olmaqla) məskunlaşmışdı, burada qeydə alınmış 136.610.590 nəfər (Banten əyalətində 10.632.166 nəfər, Qərbi Yava əyalətində 43.053.732 nəfər, Mərkəzi Yava əyalətində 32.382.657 nəfər, Şərqi Yava əyalətində 37.476.757 nəfər, Xüsusi Paytaxt Dairəsi Cakartada 9.607.787 nəfər, Xüsusi Dairə Yoqyakartada 3.457.491 nəfər olmaqla) ümumi əhalinin 55.44%-ini təşkil edirdi.

  • ASE, V cild, Bakı, 1981, səh. 44
  1. People Group Cluster: Java – Joshua Project Arxivləşdirilib 2022-09-28 at the Wayback Machine — yoxlanılıb: 29.11.2014
  2. 1 2 Kewarganegaraan, Suku Bangsa, Agama dan Bahasa Sehari-hari Penduduk Indonesia - Hasil Sensus Penduduk 2010. Arxivləşdirilib 2017-07-10 at the Wayback Machine Badan Pusat Statistik. 2011. ISBN 978-979-064417-5.
  3. Javanese, Orang Jawa in Malaysia – Joshua Project Arxivləşdirilib 2019-03-23 at the Wayback Machine — yoxlanılıb: 29.11.2014
  4. Country: Netherlands – Joshua Project Arxivləşdirilib 2022-01-24 at the Wayback Machine — yoxlanılıb: 29.11.2014
  5. Javanese in Saudi Arabia – Joshua Project Arxivləşdirilib 2019-08-23 at the Wayback Machine — yoxlanılıb: 29.11.2014
  6. Javanese in East Timor – Joshua Project — yoxlanılıb: 29.11.2014
  7. Javanese in Australia – Joshua Project Arxivləşdirilib 2022-07-13 at the Wayback Machine — yoxlanılıb: 29.11.2014
  8. Javanese, New Caledonian in New Caledonia – Joshua Project — yoxlanılıb: 29.11.2014
  9. Javanese in Singapore – Joshua Project Arxivləşdirilib 2021-11-27 at the Wayback Machine — yoxlanılıb: 29.11.2014