Çarlz Darvin
ÇARLZ DARVİN | |
---|---|
Çarlz Robert Darvin | |
| |
Doğum tarixi | |
Vəfat tarixi | (73 yaşında) |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | geoloq, tədqiqatçı-səyyah[d], yazıçı-səyyah[d], təbiətşünas, filosof, yazıçı, botanik |
Elmi dərəcələri |
|
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Çarlz Robert Darvin (ing. Charles Robert Darwin; 12 fevral 1809–19 aprel 1882) — ingilis naturalisti və səyyahı, çağdaş təkamül nəzəriyyəsinin təməlini qoymuş ingilis təbiətşünası. 1859-cu ildə özünün məşhur Növlərin mənşəyi kitabını yazmışdır.
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Həyatı
Çarlz Darvin 1809-cu il fevral ayının 12-də Şrusberi şəhərində həkim ailəsində anadan olmuşdur. Darvin anasını erkən yaşında itirmişdir. Edinburq Universitetində Tibb üzrə təhsil almışdır, lakin öz istəyi olmadığı üçün yarımçıq qoymuşdur. Daha sonra 1827-ci ildə Kembric Universitetinin İlahiyyat fakultəsinə daxil olmuşdur. Universiteti qurtaran kimi 1831-ci il dekabrın 27-də "Biql" gəmisində təbiətşunas kimi səyahətə çıxmışdır. Səyahət zamanı Qalapaqos adalarında, Tenerife adasında, Kokos adalarında, Braziliya sahillərində, Argentinada, Uruqvayda, Odlu Torpaqda, Tasmaniyada olmuşdur. Darvinin son xarici səyahəti (ondan sonra Darvin heç zaman İngiltərəni tərk etməmişdir) 1836-cı ilin oktyabrında sona yetdi.
O, səyahətinin nəticələrini 1839-ci ildə "The Journal of a Naturalist", 1840-ci ildə "Zoology of the Voyage on the Beagle", 1842-ci ildə "The Structure and Distribution of Coral Reefs" və s. əsərlərində nəşr etdirmişdir.
1838–1841-ci illərdə London Geologiya Cəmiyyətinin katibi olmuşdur. 1839-cu ilin yanvarında Kral Cəmiyyətinin üzvü seçilmişdir. 1842-ci ildə növlərin mənşəyi haqqında ilk oçerkini yazmışdır. Darvin öz əsərlərini yazarkən ingilis təbiətşunası və geoloqu A. Layleylə, amerikan botaniki A. Qreemlə yazışmış, müzakirə aparmışdır. "Növlərin mənşəyi" əsərini yazarkən fikirləri ingilis təbiətşunası A. Vollesin fikirləri ilə çox yaxın olduğundan onların bəzilərindən istifadə etmişdir. A. Volles və Darvin bir-birindən asılı olmadan növlərin müxtəlifliyi haqqında eyni cür fikirləşmişlər.
1858-ci il iyulun 1-də Qrey, Layley və Hukerin dəstəyi ilə Darvin öz "Təbii seçmə yolu ilə növlərin əmələ gəlməsi və ya yaşama uğrunda mübarizədə əlverişli fərdlərin saxlanması" (On the Origin of Species by Means of Natural Selection, or the Preservation of Favoured Races in the Struggle for Life) əsərini Londonda Linyen cəmiyyətinə təqdim etdi. 1859-cu ilin noyabrında həmin əsəri nəşr etdirdi.
1868-ci ildə ikinci kitab "Mədəni bitkilərin və ev heyvanlarının mənşəyi" (The Variation of Animals and Plant under Domestification) nəşr olundu.
1871-ci ildə Darvinin daha bir kitabı "İnsanın mənşəyi və cinsi seçmə" (The Descent of Man, and Selection in Relation to Sex) nəşr olundu.
Darvin dəfələrlə Böyük Britaniyanın və digər Avropa ölkələrinin elmi cəmiyyətlərinin mükafatlarına layiq görülmüşdür.
Çarlz Robert Darvin 1882-ci il aprel ayının 19-da uzun sürən xəstəlikdən sonra Daunda vəfat etmişdir. Vestminster abbatlığında (Westminster Abbey) dəfn olunmuşdur.
Darvinin digər əsərləri
- İnsan və heyvanlarda emosional ifadə (The Expression of the Emotions in Man and Animals)
- Bığayaqlı Molyuskalar (Monograph on the Cirripedia)
- Bitki aləmində çarpaz və öz-özünə tozlanmanın təsiri (The Effects of Cross- and Self-Fertilization in the Vegetable Kingdom)
- Eyni növə məxsus bitkilərin müxtəlif çiçək formaları (Different Forms of Flowers in Plants of the Same Species)
- Qurdların fəaliyyəti nəticəsində bitki formalarının tam formalaşması (The Formations of Vegetable Mould through the Action of Worms).
Həmçinin bax
Mənbə
- Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh. 33. (az.)
Xarici keçidlər
- Darvin haqqında (eng) Arxivləşdirilib 2007-08-29 at the Wayback Machine
- Çarlz Darvin (rus)
- Darvinin əsərləri (eng) Arxivləşdirilib 2015-06-08 at the Wayback Machine
- ↑ 1 2 Cambridge Alumni Database (ing.). University of Cambridge.
- ↑ 1 2 https://search.amphilsoc.org/memhist/search?creator=darwin;smode=advanced;f1-date=1869.
- ↑ 1 2 https://www.amacad.org/sites/default/files/academy/multimedia/pdfs/publications/bookofmembers/electionIndex1850-1899.pdf.
- ↑ 1 2 http://www.ras.ru/news/shownews.aspx?id=6904027a-321e-40ae-9387-6a5cfa28bf4c#content.
- ↑ https://www.francetvinfo.fr/monde/royaume-uni/stephen-hawking-sera-enterre-au-cote-de-newton-et-darwin-a-l-abbaye-de-westminster_2666542.html.
- 12 fevralda doğulanlar
- 1809-cu ildə doğulanlar
- 73 yaşında vəfat edənlər
- 19 apreldə vəfat edənlər
- 1882-ci ildə vəfat edənlər
- Vestminster abbatlığında dəfn olunanlar
- Kembric Universitetinin məzunları
- Edinburq Universitetinin məzunları
- London Kral Cəmiyyətinin üzvləri
- Leopoldin Alman Milli Elmlər Akademiyasının üzvləri
- İsveç Kral Elmlər Akademiyasının üzvləri
- Amerika Fəlsəfə Cəmiyyətinin üzvləri
- Macarıstan Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Dei Linçei Akademiyasının üzvləri
- Fransa Elmlər Akademiyasının üzvləri
- Rusiya Elmlər Akademiyasının üzvləri
- Prussiya Elmlər Akademiyasının üzvləri
- Bavariya Elmlər Akademiyasının üzvləri
- Poçt markalarında şəxslər
- Birləşmiş Krallıqda doğulanlar
- Böyük Britaniyada vəfat edənlər
- Vollaston medalı laureatları
- İdeyalar tarixi