Çalfi Martin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çalfi Martin
ing. Martin Chalfie
Doğum tarixi 15 yanvar 1947(1947-01-15)[1][2][…] (77 yaş)
Doğum yeri
Elm sahəsi Neyrobiologiya
Elmi dərəcəsi
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çalfi Martin (ing. Martin Chalfie; 15 yanvar 1947[1][2][…], Çikaqo, İllinoys[3][4][…]),[5][6] Çikaqo, İllinoys,[7][8] — amerikalı neyrobioloq, Osamu SimomuraRocer Tsen ilə birlikdə "Yaşıl fluoressensiya zülalının kəşfi və təkmilləşdirilməsinə görə" 2008-ci ildə kimya üzrə Nobel mükafatı laureatı adını almışdır.[9]

Fəlsəfə doktoru, Kolumbiya Universitetinin professoru, ABŞ Milli Elmlər Akademiyasının (2004-cü il)[10] və ABŞ Milli Tibb Akademiyasının (2009-cu il)[11] üzvü, London Kral Cəmiyyətinin xarici üzvü (2018-ci il).[12]

O, Rusiya imperiyasından olan yəhudi mühacirlərində kök salmış gitaraçı Eli Çalfi (1910–1996) və qalanteriya mağazasının sahibi Vivyen Fridlenin (1913–2005) ailəsində 1947-ci il yanvar ayının 15-ində anadan olmuşdur. Atasının valideynləri Benjamin və Ester Çalfi (Chalfie), Brest-Litovskdan Cincinnatiyə köçmüşdülər. Ana tərəfdən babası isə Meer Fridlen Moskva şəhərində anadan olmuşdur.[13]

Orta təhsilini Çalfi Martin Çikaqoda almışdır. Sonra Harvard Universitetini 1969-cu ildə bitirmişdir. Orada 1977-ci ildə neyrobiologiya üzrə doktorluq dərəcəsi almışdır. Hazırda Kolumbiya Universitetində biologiya professorudur.

Çalfinin laboratoriyası sinir hüceyrələrinin inkişafı və funksiyasının müxtəlif aspektlərini öyrənmək üçün C. elegans nematodundan istifadə edir. C. elegans üçün mövcud olan inkişaf, anatomik, genetik və molekulyar məlumatların zənginliyi bu tədqiqatlara güclü və çoxşaxəli yanaşmaları təmin edir.[14]

Martin Çalfi 200-dən çox elmi məqalələr dərc etmişdir ki, onlardan ən azı 16-na yüz dəfədən çox istinad edilmişdir.[15]

2016-cı ildə o, Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran bir məktub imzalamışdır.[16][17][18]

  • Rosenstiel Mükafatı — (2006-cı il)
  • Kimya üzrə Nobel Mükafatı — (2008-ci il)
  • Vilson medalı — (2008-ci il)
  • Qızıl Qaz Mükafatı — (2012-ci il)
  • M. V. Lomonosov adına böyük qızıl medal — (2018-ci il)[19]
  1. 1 2 Chalfie M. GFP: lighting up life (Nobel Lecture). (ing.). // Angewandte Chemie International Edition Wiley, 2009. Vol. 48, Iss. 31. P. 5603–5611. ISSN 1433-7851; 1521-3773 doi:10.1002/ANIE.200902040 PMID:19569155
  2. 1 2 http://www.britannica.com/EBchecked/topic/1474495/Martin-Chalfie.
  3. 1 2 http://www.nrf.gov.sg/scientists-profiles/all-scientists-profiles/nobel-prize-in-chemistry-(2008).
  4. 1 2 http://www.nyas.org/whoweare/bog/chalfie.aspx.
  5. Chalfie M. GFP: lighting up life (Nobel Lecture). (англ.) // Angewandte Chemie International Edition — Wiley, 2009. — Vol. 48, Iss. 31. — P. 5603–5611. — ISSN 1433–7851; 1521–3773 — doi:10.1002/ANIE.200902040 — PMID 19569155
  6. http://www.britannica.com/EBchecked/topic/1474495/Martin-Chalfie
  7. "Arxivlənmiş surət". 2015-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-05.
  8. http://www.nyas.org/whoweare/bog/chalfie.aspx
  9. Website of the Nobel Prize committee. Дата обращения: 9 октября 2008. Архивировано 26 октября 2012 года.
  10. Martin Chalfie Архивная копия от 24 марта 2019 на Wayback Machine
  11. Institute of Medicine Elects 65 New Members, Five Foreign Associates Архивная копия от 7 января 2019 на Wayback Machine, 12 октября 2009 (англ.)
  12. Martin Chalfie Архивная копия от 10 мая 2019 на Wayback Machine (англ.)
  13. Автобиография на сайте Нобелевского комитета. Дата обращения: 2 июня 2011. Архивировано 29 сентября 2011 года.
  14. "Arxivlənmiş surət". 2024-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-05.
  15. Google Scholar
  16. 107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 30 июня 2016. Архивировано 29 июня 2016 года.
  17. Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 30 июня 2016. Архивировано 7 июля 2016 года.
  18. Список нобелевских лауреатов подписавших письмо. Дата обращения: 30 июня 2016. Архивировано 2 сентября 2017 года.
  19. https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%B0%D0%BB%D1%84%D0%B8,_%D0%9C%D0%B0%D1%80%D1%82%D0%B8%D0%BD#cite_ref-_6bcdfbb3bc68df91_1-0

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]