Anqaslar
Naviqasiyaya keç
Axtarışa keç
Ümumi sayı |
---|
250 min nəfər (1995) |
Dili |
Avrasiya |
İrqi |
Zənci |
Dini |
Əksəriyyəti müsəlman |
Anqaslar (özlərini keranq və ya karanq adlandırırlar) – Mərkəzi Nigeriyada xalq.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Çad və Kamerundada yaşayırlar. Ümumi sayları 250 min nəfərdir (1995). Böyük zənci irqinə aiddirlər. Dilləri Arasiya dil ailəsinə daxildir. Dil və mədəniyyətlərinə görə, ankve və sura xalqlarına qohumdurlar. Dindarların əksəriyyəti müsəlmandır, ənənəvi etiqadlarını saxlayanlar da var. Əsasən, toxa əkinçiliyi (kalış, darı, çəltik, qarğıdalı, batat, maniok və s.), dağlıq rayonlarında isə maldarlıqla məşğuldurlar. Sənətkarlıq da inkişaf etmişdir. [1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 509. ISBN 978-9952-441-02-4.