Folklend adaları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Folklend adaları
ing. Falkland Islands
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Rəsmi dilləri
Paytaxt Stenli
Sahəsi
 • Ümumi 12173 km²
Əhalisi
 • Əhali 2840 nəfər
 • Sıxlıq 0,23 nəf./km²
Valyuta Folklend adaları funtu
İnternet domeni .fk
ISO kodu FK
BOK kodu FLK
Telefon kodu +500
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Folklend adalarıArgentina ilə Böyük Britaniya arasında Atlantik okeanının cənub-qərb hissəsində yerləşən mübahisəli ərazi. İki böyük adalardan – Şərqi Folklend (Soledad) və Qərbi Folklend (Qrand-Malkina) və 200-ə yaxın kiçik adalardan ibarətdir. Onun sahəsi 12,1 min km2, əhalisi 3 min nəfərdir. Rəsmi dil ingilis dilidir. Hakim din protestant, inzibati mərkəzi Port-Stenli şəhəridir, Şərqi Folklend adasındadır.

Argentina uzun zamandır ki, Malvin adaları adlandırdığı bu adaları öz ərazisi hesab edir. Folklend adaları əslində arxipelaqdır.

Arxipelaq ilk dəfə 1591-ci ildə ingilis dəniz səyyahı Con Deyvis tərəfindən kəşf edilib. Lakin buraya ilk dəfə özlərinin ayaq basdıqlarını iddia edirlər. Atlantik okeanından Sakit okeana üzən gəmilər üçün xüsusi önəm daşıyan bu mühüm coğrafi məntəqə üstündə ingilislərlə ispanlar uzun onillər boyu mübarizə aparıblar və bu yolda xeyli qan töküblər. 1764-cü ildə fransızlar Folklend adalarını müstəmləkəyə çevirmiş, 1766-cı ildə İspaniyaya satmışdır. Adalar uzun illər əldən-ələ keçib. O da məlumdur ki, bir müddət buralara fransızlar sahib çıxıblar. Onların burada elmi tədqiqatlar aparıblar.

1810-cu ildə argentinalıların əlinə keçmiş, adalar üzərində 1820-ci ildə Argentinanın suverenliyi elan edilmişdir. 1833-cü ildə isə ingilislər buraya hücum edərək arxipelaqı işğal ediblər. Birinci dünya müharibəsi illərində adanı almanlar ingilislərin əlindən almağa cəhd etsələr də, buna nail ola bilməyiblər.

Lakin Argentina uzun illərdir ki, arxipelaqı özünə qaytarmaq üçün ciddi cəhdlər göstərir. BMT-nin Baş Məclisi 1965-ci ildə qəbul etdiyi qətnamədə mübahisənin dinc yolla həllini tapmağa çağırmışdır. 1982-ci ildə isə Argentina məsələni hərbi yolla həll etmək qərarına gəlir və adaya ordu çıxarılır. Bu zaman iki dövlət arasında müharibə başlayıb. "Dəmir ledi" Marqaret Tetçerin başçılıq etdiyi o vaxtkı Böyük Britaniya hökuməti ən yaxın müttəfiqi ABŞ-nin hərbi və siyasi dəstəyi ilə Argentinanı ağır məğlubiyyətə düçar edib. İki aya yaxın davam edən müharibədə 649 argentinalı və 255 britaniyalı həlak olur.

Atlantik okeanının cənub-qərb hissəsində yerləşir. Arxipelaq nisbətən böyük iki adadan və 200-ə qədər xırda adadan ibarətdir. Cənubi Amerika qitəsindən 483 kilometr uzaqdadır. İki ada Şərqi FolklendQərbi Folklend adalarıdır. Onların arasında Folklend boğazı yerləşir. Adalar əsasən metamorfik və çökmə süxurlarından ibarətdir. Sahilləri çox girintili-çıxıntılıdır. Adaların əksər hissəsi düzənliklərdən (200 m-yə qədər) ibarətdir. Mərkəzlərində alçaq yaylalar (hündürlüyü 500–700 m) yerləşir. İqlimi - okean tipli, sərin, bərabər-rütubətlidir. Orta illik temperatur 10 °C-dən çox olmur, il ərzində 600–700 mm yağıntı düşür. Arxipelaqın çox hissəsi çəmənliklərdən və torflu bataqlıqlarla örtülüdür. Arxipelaqın çox hissəsi çəmənliklərdən və torflu bataqlıqlarla örtülüdür. Adalarda çoxlu dəniz quşlarının və Malkin adalarının şelfində neft yataqları aşkar edilmişdir. Inzibati cehetden Folklend adalari 6 iri Ada bolgusu idareciliyine bolunur.1)Folklend,2)Grand Malkin,3)Soledad,4)Cenubi Sendvic,5)Waq Ada qayaliqlar qrupu,6)Cenubi Georgiya.

Hazırda Folklend adaları Böyük Britaniya Krallığının rəsmi nümayəndəsi - ingilis qubernatoru tərəfindən idarə olunur.

Silahlı qüvvələr

[redaktə | mənbəni redaktə et]

Burada Böyük Britaniyanın hərbi-hava və hərbi-dəniz bazaları yerləşdirilib.

Arxipelağın əhalisi əsasən ingilislərdən və şotlandardan ibarətdir. Kənd təsərrüfatı bitkilərindən yulaf və tərəvəz becərilir.

Bu yaxınlaradək adaların təsərrüfatının əsasını ətlik-yunluq qoyunçuluq təşkil edirdi. Otlaqların sahibkarı ingilis şirkəti “Folkend aylendz kompani”yə (bütün torpaqların 1/2-dən çoxu) məxsusdur. Həmçinin nəqliyyat daşımaları da onun əlindədir. XX əsrin 80-ci illərinin ortalarından əsas gəlir mənbəyi balıqçılıq təsərrüfatı oldu, nəticədə milli gəlir üç dəfə artdı. Bir neçə kiçik yeyinti müəssisələri vardır, yun növləşdirmə fabriki fəaliyyət göstərir.

Adaların xarici ticarəti tam mənada Böyük Britaniya ilə həyata keçirilir. İxrac məhsulları: yun, dəri, ət, balina və suiti piyi; idxalı: məişət malları, maşın, avadanlıq, nəqliyyat vasitələri, yanacaq, sürtkü yağları və s-dir.

2006-cı ilin siyahıyalınmasına görə, arxipelaqda 3140 nəfər sakin yaşayır. Onların böyük əksəriyyəti ingilislərdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]