Kürdüstan Fəhlə Partiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
PKK
PKK
kürd. Partiya Karkerên Kurdistan
türk. Kürdistan İşçi Partisi
Loqonun şəkli
Növü Teşkilat
Yaranma tarixi 27 noyabr 1978
Mərkəzi
Sədr Abdullah Öcalan
pkkonline.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kürdüstan Fəhlə Partiyası və ya PKK, həmçinin KADEK, Kongra-GelKCKAbdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan, ilk illərdə milli təmayüllü marksist-leninist əsaslı olmuş, sonradan isə marksizmdən rəsmi şəkildə uzaqlaşmış təşkilat. O, əvvəlcə kürd dövləti qurmaq istəsə də, indi kürd dövləti qurmaq istəmir və kürdlərin elementar hüquqlarını əldə etməyə əsaslanan siyasət aparır. PKK Türkiyə, ABŞ, Aİ və digər ölkələr tərəfindən terror təşkilatı hesab edilir.

Təşkilat kürd xalqının azadlığı uğrunda mübarizə apardığını iddia edir və 1980-ci illərdən bu günə qədər aktiv silahlı fəaliyyət göstərir. PKK Avropa İttifaqıAmerika Birləşmiş Ştatları tərəfindən "terrorçu təşkilatlar" siyahısına salınmışdır. Bununla belə, bir çox xarici kütləvi informasiya vasitələri "PKK döyüşçüləri" və ya "kürd separatçıları" ifadələrini işlədirlər.

PKK-nın həyata keçirdiyi terror aktları nəticəsində 1984-cü ildən bu yana 40 000 insan həyatını itirmişdir.

PKK-nın təşkil etdiyi terror aktları

[redaktə | mənbəni redaktə et]
Bölgələrə görə Kürdüstan Fəhlə Partiyasının fəaliyyəti[1]
Hədəf Hərəkətləri Türkiyə Şimali
İraq
Qərbi
Avropa
Hökumət Nümayiş/Qiyam[1] Yes Yes Yes
Qiyam[1] Yes Yes
Adam oğurluğu[1] Yes Yes
Sui-qəsd[1] Yes Yes
Sabotaj[1] Yes
Kimyəvi hücum[2] Yes
Bombalı
hücum[1]
Poçt/Qatar/Elektrik Yes
Polis Yes
Polis idarəsi Yes
Silahlı
hücum[1]
Ordu Yes Yes
Polis Yes
Kənd müdafiəçiləri Yes
Mülki Adam oğurluğu[1] Yes
Sui-qəsd[1] Yes Yes
Bombalı
hücum
Kənd Yes Yes
Turist təsisatı[1] Yes
Ticarət obyektləri[1] Yes
Mütəşəkkil cinayət Xərac Yes Yes
Narkotik qaçaqmalçılığı Tranzit Tranzit Varış
İnsan qaçaqmalçılığı Başlanğıc yeri Başlanğıc yeri

PKK Təşkilatının Liderləri və Nümayəndələri

[redaktə | mənbəni redaktə et]
  • Murad Karayılan Abdullah Öcalan'dan sonra PKK-KCK təşkilatının və Xalqın Müdafie Qüvvələri HPG lideridir.
  • Sabri Ok PKK təşkilatının Avropa qanadının nümayəndəsidir.
  • Cemil Bayık PKK təşkilatının nümayəndəsidir
  • Ali Haydar Kaytan PKK təşkilatının nümayəndəsidir.
  • Mustafa Karasu PKK təşkilatının nümayəndəsidir.
  • Fehman Hüseyin Doktor Bəhruz kod adlı Suriyalı PKK təşkilatının lideridir.
  • Duran Kalkan PKK təşkilatının lideridir.
  • Bese Hozat
  • Mizgin Əməd
  • Bozan
  • Bedirhan
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Stephen R. Barnhart "New International Terrorism and Political Violence." page 107–109
  2. Two decoded cases: 1) August 27, 1996 mustard/sarin 2) (50 mg/l) of cyanide to three water tanks used by the Air Force.