Müzakirə:Ateizm

Vikipediya, azad ensiklopediya
Ən son rəy:5 il öncə, Şebnem filosof tərəfindən "Ateizmə yönəlmənin bəzi amilləri" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Bu məqalənin "Ateizmə yönəlmənin bəzi amilləri" paraqrafı Vikipediya standartlarına uyğun deyildir, tərəfsizliyi şübhəlidir və ziddiyyətlərlə zəngindir. Məsələn, günahkarlıq ateizmə deyil, dindarlığa tərəf yönəlmənin daha ciddi səbəbidir və s.

Bu baxımdan həmin hissənin birdəfəlik çıxarılması məqsədəuyğundur. — Bu imzasız yazı Asif Qasımov (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Ateizmə yönəlmənin bəzi amilləri

[mənbəni redaktə et]

Bu nəinki ateizm haqqında bir ensiklopedik yazı deyil, hətta əksinə - dini təbliğatdir. Silinməsi lazım --Melikov Memmed 05:26, 13 noyabr 2009 (UTC)Cavabla

Tərəfsiz mövqedən yazılmalıdır məncə. Silməyə tələsməyək amma indiki hal da məncə məqbul deyil. --TimBitsتِمبِتس 06:46, 13 noyabr 2009 (UTC)Cavabla
Bu cürə mənbədən istifadə yolverilməzdir. Bu sadəcə bir insanın forumdakı fikirləri, məncə təkcə bu səbəb onun silinməsi üçün yetərlidir. --Melikov Memmed 07:04, 13 noyabr 2009 (UTC)Cavabla

Ümumiyyətlə, çalışmaq lazımdır ki, AzVikidə forumlar kimi mənbələrdən az istifadə olunsun, lap yaxşısı isə, ümumiyyətlə istifadə olunmasın. O hissə tamamilə silinmişdi, mən geri qaytarmışam. Çünki məqalələrdə belə ciddi dəyişikliklər etməzdən əvvəl (böyük həcmdə mətnin silinməsi) bunu onun müzakirə səhifəsində digər istifadəçilərlə müzakirə etmək lazımdır. Necə ki indi müzakirə edirik və məqalənin tarixçəsini təftiş etmək imkanımız var. Həmin əlavələr İstifadəçi:İrada tərəfindən edilib. İradə xanım bizim idarəçimizdir və ən fəal istifadəçilərimizdəndir. İstifadəçi müzakirəsi səhifəsinə ismarıc yazın, bura müzakirəyə dəvət edin, fikrini öyrənin, bütün fəal istifadəçilərlə bir yerdə müzakirə edək, bir ümumi qərara gəlməyə çalışaq. Bu bütün bu tip mübahisəli mətnləri olan məqalələrə aiddir. Dəxli yoxdur onu idarəçi, fəal və ya qeyri-fəal istifadəçi, ya qeydiyyatdan keçməyən istifadəçi yaradıb. --Sortilegus 19:10, 13 noyabr 2009 (UTC)Cavabla

Bu paraqrafın digər bir ziddiyyətli tərəfi onun adının məzmununa uyğun gəlməməsidir. Paraqrafda ateizm dinsizliklə eyniləşdirilməklə səhvə yol verilir. Başqa sözlə, dinsizlik ateizm sayılsa da, hər cür ateizm dinsizlik deyildir: qeyri-səmavi dinlərin hər biri təkallahlığı və ya ümumiyyətlə Allahı inkar etsə də, öz-özlüyündə dindir və dinsizlik kimi nəzərdən keçirilə bilməz. Bu baxımdan hesab edirəm ki, bu paraqraf tamamilə çıxarılmalıdır. (Asif Qasımov 12:59, 18 yanvar 2010 (UTC))Cavabla

Bir ensiklopediyada dini yazilar əyər varsa ateist yazılarda olmalıdır eyer bu yazı silinsə məncə wikipediya neytral bir ensiklopediya olmaqdan çıxmışdır deməkdir.Çünki wikipediya həmişə neytral bir ensklopediya olub. --Muradov İsrafil 17:50, 17 iyun 2010 (UTC)Cavabla

Silinməsi yalnız ona görə istənilir ki, ensiklopedik deyil, üstəlik, ateizmdən danışılmır, əksinə din təbliğ olunur. Ateizm haqqında məqalə məhz ateizm haqqında da olmalıdır, bu mənada silinməsi istənilmişdir.--Melikov Memmed 13:07, 17 İyun 2010 (UTC)

Məncədə bura neytral birkapasitədirsə tərəfsiz məlumat verilməlidir təbliğt aparmaq isə məncə müəllifin problemidir.Öz fikirlərini ensiklopediyaya qatmağ düzgün deyl Şebnem filosof (müzakirə) 16:09, 23 oktyabr 2018 (UTC)Cavabla

Neytrallıq problemi

[mənbəni redaktə et]

"Mesimov" nikli istifadəçi tərəfindən edilmiş son düzəlişlərdən sonra bu məqaləyə ensiklopedik məqaləyə deyil, primitiv teoloji əsərə bənzəyir. Mən tövsiyyə edirəm, əgər kimsə Allah qarşısında öz sədaqətini sübut etmək istəyirsə, başqa məkan tapsın. Yaddan çıxarmasın ki, Vikipedia vandalizm və idoloji təbliğat məkanı deyil, ensiklopediyadır. Buranın neytrallıq, arqumentlilik, tolerantlıq və s. kimi daha ümdə bəşəri-elmi dəyərləri vardır! (Asif Qasımov 18:25, 21 fevral 2012 (UTC))Cavabla

Bu məqalə əvvəldən elə bərbad vəziyətdə idi ki, mən hətta onun silinməsini təklif etmişdim. Hazırda isə məqalə yazılarının çoxu silindikdən sonra mühafizə altına alınıb, bu səbəbdən təklif edərdim mühafizə götürüldükdən sonra ancaq etibarlı mənbələr ilə təsdiq olunan iddialar əlavə edilsin. Yəni mənbə göstərmədən tək bir sətir belə əlavə olunmasın. --Melikov Memmedemail 05:36, 2 mart 2012 (UTC)Cavabla

Pozitiv və Neqativ

[mənbəni redaktə et]

Məncə, bu cür leksika neytrallıq prinsipinə ziddir. Hər hənsı sa şəkilin mənfi ya müsbət olduğunu deyə bilmərik. Öz də, özüm aqnostik olaraq, onların hansı mənfi, hansı müsbət olduğunu başa düşmədim. --Мурад 97 (müzakirə) 21:05, 6 sentyabr 2017 (UTC)Cavabla

Bəy, oradakı neqativ və pozitiv ifadəsi ateizmin tanrının mövcud ola bilməsinə olan yanaşmasıdır. Şöhrət 10:47, 22 avqust 2018 (UTC)Cavabla