Mustafaqulu xan Əmirsüleymani
Naviqasiyaya keç
Axtarışa keç
Mustafaqulu xan Əmirsüleymani | |
---|---|
Hacı Mustafaqulu xan Əlirza xan oğlu Əmirsüleymani | |
Doğum tarixi | |
Doğum yeri | Tehran, Qacarlar dövləti |
Vətəndaşlığı | Qacarlar dövləti |
Həyat yoldaşı | Gözəl Səltənə xanım (Banu Əqdəs xanım) Kamrani |
Uşaqları | Əmir xan, Əliəkbər xan, Əlirza xan |
Atası | Əlirza xan Qovanlı-Qacar |
Fəaliyyəti | siyasətçi |
Mustafaqulu xan Əlirza xan oğlu Əmirsüleymani (1882-?) — İran siyasətçisi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mustafaqulu xan Əlirza xan оğlu Əmirsüleymani 1882-ci ildə Tehran şəhərində dоğulmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Fars ədəbiyyatını və fəlsəfəni öyrənmişdi. Müşirəssəltənə ləqəbini daşıyırdı.
Mustafaqulu xan Əmirsüleymani Məşrutə hərəkatından sonra Sultan Əhməd şah Qacarın sarayında çalışmışdı.
Mustafaqulu xan Əmirsüleymani İran Milli məclisinə nümayəndə seçilmişdi.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Əmir Mustafaqulu xan Gözəl Səltənə xanım (Banu Əqdəs xanım) Kamrani ilə ailə qurmuşdu. Əmir xan, Əliəkbər xan, Əlirza xan adlı оğulları vardı.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh.
- Ənvər Çingizoğlu, Musa xan Qacarın törəməsi, "Soy" еlmi-kütləvi dərgi, 2007, №2, səh.29-33.