Nekrosiyasət

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Nekrosiyasət və ya nekropolitika — bəzi insanların necə yaşaya biləcəyini və bəzilərinin necə ölməli olduğunu diktə etmək üçün sosial və siyasi gücdən istifadənin sosial-siyasi nəzəriyyəsi. Nekrosiyasətin tətbiqi Aşil Mbembenin "ölüm dünyaları" adlandırdığı şeyləri, ya da "geniş əhalinin onlara canlı ölü statusu verən yaşayış şəraitinə məruz qaldığı yeni və unikal sosial varlıq formalarını" yaradır.[1] "Postkoloniya haqqında" kitabının müəllifi Mbembe 2003-cü ildə dərc oluann məqaləsində[2] və daha sonra 2019-cu ildə eyniadlı kitabında bu termini dərindən tədqiq edən ilk alim idi.[1] Mbembe irqçiliyi nekrosiyasətin əsas sürücüsü kimi müəyyən etmiş, irqiləşmiş insanların həyatlarının sistematik olaraq ucuzlaşdığını və itkiyə alışdığını bildirmişdir.[1]

"Beynəlxalq hüquq, nekrosiyasət və ərəb həyatı" kitabının müəllifi Xalid Qasımi[3] 2010-cu illərdə Qərb müasirliyinin nə üçün "nekropolitika"nın ontoepistemik uyğunluğa yerləşdirilməsini zəruri hala çevirdiyinə dair fəlsəfi və teoloji səbəbləri dekonstruksiya edən epistemik tədqiqata cəlb etməklə nekrosiyasətin nəzəri çərçivəsini genişləndirmişdir. Qasımi qeyd etmişdir ki, irqçiliyin nekrosiyasətin həyata keçirilməsinin maddi izahı olmasına baxmayaraq, bu, "dünyəvi Avropa"dan "mənəvi Ərəbistan"; hüquqi qaydadan "qadağan etməyi" və onları "yaşayan ölü" elan etməyi tələb edən epistemik parçalanmadır. Qasimi XV əsrdə latın-Avropa sxolastiklərini, o cümlədən Maarifçilik dövründə və ondan sonra vəhy üzərində səbəb vurğulayan pozitivist hüquqi dönüşə nəzər salaraq belə nəticəyə gəlmişdir ki, "ərəb epistemologiyasının sadəcə maddi olanı yox, mənəvi olanı vurğulaması" "dünyəvi" Qərb müasirliyini ərəb subyektlərinin istisnalara qaldırılmasını, onları irqçilik texnologiyaları və essenist narrativlər vasitəsilə "boş həyata malik", "müsəlman" və ya "yaşayan ölü", yəni suveren nekrohakimiyyətin obyektləri kimi təqdim etməyə məcbur edir.[4]

Nekrosiyasət adətən biogücün uzantısı kimi müzakirə olunur. Bu, insanların həyatını idarə etmək üçün sosial və siyasi gücdən istifadəni nəzərdə tutan fukoist termindir. Fuko ilk dəfə 1976-cı ildə yazdığı "Bilik istəyi: Seksuallığın tarixi. I cild" əsərində biogüc və biosiyasət anlayışlarını müzakirə edir. Fuko biogücü "qoruma" mexanizmi kimi təqdim edir, lakin etiraf edir ki, bu qoruma çox vaxt özünü qeyri-normativ populyasiyaların tabeçiliyi kimi göstərir. Müəyyən əhaliyə üstünlük verən institutların yaradılması və saxlanması Fukoya görə əhaliyə nəzarətin necə normallaşdırıldığıdır.[5]

Mbembenin nekrosiyasət konsepsiyası müasir dövlət tərəfindən dəstəklənən ölümün biogüc və biosiyasət nəzəriyyələri ilə izah edilə bilməyəcəyini etiraf edir, "nekrohakimiyyət şəraitində müqavimət və intihar, qurban və xilas, şəhidlik və azadlıq arasındakı sərhədlərin bulanıq olduğunu" ifadə edir.[2] Casbir Puar hesab edir ki, biosiyasət və nekrosiyasət müzakirələri bir-birinə qarışmalıdır, çünki "ikincisi öz varlığını birincinin hüdudları və həddindən artıqlığı ilə tanıdır. Hər halda, birincisi ölüm və öldürmə ilə əlaqələrinin çoxluğunu sonuncunun yayılmasını təmin etmək üçün gizlədir".[6]

Mbembe nekrosiyasətin sadəcə öldürmək hüququndan daha geniş bir konsepsiya olduğunu bildirmişdir. Onun nekrosiyasətə baxışının sosial və ya mülki ölüm tətbiq etmək hüququ, başqalarını kölə etmək hüququ kimi müxtəlif siyasi zorakılıq formalarını əhatə etməsinə baxmayaraq, bu, digər insanları (o cümlədən ölkənin öz vətəndaşlarını) ölümcül təhlükəyə məruz qoymaq və ölümə sürükləmək hüququndan da bəhs edir.[2] Mədəniyyət nəzəriyyəçisi Loren Berlan bu tədricən və davamlı aradan qaldırılma prosesini yavaş ölüm adlandırır.[7][8] Berlana görə, yalnız spesifik populyasiyalar "yararsız hala gəlsin deyə işarələnir".[9] Berlan əlavə etmişdir ki, yararsız hala gəlmək və ölmək şərtləri "gündəlik həyatın adi reproduksiyası" ilə sıx bağlıdır.[10]

Nekrosiyasət yeriyən ölülər nəzəriyyəsidir. Bu nəzəriyyədə konkret cəsədlər həyat və ölüm arasında bir yerdə asılmış vəziyyətdə qalmağa məcbur edilir. Mbembe bu "həyatın ölümün gücünə tabe edilməsinin müasir formalarını" təhlil etmək üçün bir yol təqdim etmişdir. O, köləlik, aparteid, Fələstinin kolonizasiyası nümunələrindən və kamikadze fiqurundan istifadə edərək bədən üzərində nekrohakimiyyətin müxtəlif formalarını (statist, irqçi, müstəsna vəziyyət, təcililik, şəhidlik) və bunun insanları təhlükəli həyat şəraitinə necə azaltdığı nümayiş etdirmək üçün istifadə etmişdir.[2]

Marina Qrjiniçə görə, nekrosiyasət neoliberal qlobal kapitalistlərin ictimai səhiyyə, sosial və təhsil strukturlarına maliyyə dəstəyinin kəsilməsinin aldığı formaları dəqiq müəyyənləşdirir. Onun fikrinə görə, bu ifrat ixtisarlar intensiv neoliberal "rasionallaşdırma" və "sivilizasiya" prosedurlarını təqdim edir.[11]

Nekrozorakılıq

[redaktə | mənbəni redaktə et]

Nekrozorakılıq həm akademiklər arasında nekrosiyasət anlayışından irəli gələn bir termin kimi, həm də bəzi mətbuat materiallarında və Birləşmiş Millətlər Təşkilatının Fələstin–İsrail münaqişəsi ilə bağlı sənədlərində istifadə olunur.[12][13][14]

Antropoloq Ceyson de Leon tərəfindən müəyyən edildiyi kimi, "cəsədlərin xüsusi müalicəsi ilə həyata keçirilən zorakılıq" təhqiredici və "güclülər"ə ölüm üçün məsuliyyəti inkar etməyə imkan verən üsullarla ifadə edilir.[15][16]

  1. 1 2 3 Mbembe, Achille. Necropolitics. Durham: Duke University Press. October 2019. ISBN 978-1-4780-0651-0.
  2. 1 2 3 4 Mbembe, Achille. "Necropolitics" (PDF). Public Culture. 15 (1). 2003: 11–40. doi:10.1215/08992363-15-1-11. 2015-10-10 tarixində arxivləşdirilib (PDF).
  3. "Khaled Al-Kassimi - Routledge & CRC Press Author Profile". www.routledge.com. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.
  4. Al-Kassimi, Khaled. International Law, Necropolitics, and Arab Lives: The Legalization of Creative Chaos in Arabia. London: Routledge. 2022-10-27. doi:10.4324/9781003306375. ISBN 978-1-003-30637-5. 2024-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  5. Foucault, Michel. The Will to Knowledge: The History of Sexuality Volume I. London: Penguin. 1978. ISBN 0-14-012474-8.
  6. Puar, Jasbir K. Terrorist assemblages: homonationalism in queer times. Durham: Duke University Press. 2007. 32–79. ISBN 9780822340942.
  7. Bratich, Jack Z. On microfascism : gender, war, and death. Brooklyn, NY. 2022. səh. 10. ISBN 978-1-94217-349-6.
  8. Berlant, Lauren. "Slow Death". Critical Inquiry. 33 (4). Summer 2007: 754. doi:10.1086/521568. The phrase slow death refers to the physical wearing out of a population and the deterioration of people in that population that is very nearly a defining condition of their experience and historical existence.
  9. Berlant, Lauren. "Slow Death". Critical Inquiry. 33 (4). Summer 2007: 761.
  10. Berlant, Lauren. "Slow Death". Critical Inquiry. 33 (4). Summer 2007: 762.
  11. "Necropolitics - ECPS". 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  12. "Israel even criminalizes dead Palestinian bodies". Mondoweiss. 2 September 2021. 13 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2024.
  13. "Shaky ceasefire holds between Islamic Jihad, Israel in Gaza". Al Jazeera (ingilis). 29 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2024.
  14. "General Assembly Security Council Tenth emergency special session, Agenda item 5, Illegal Israeli actions in Occupied East Jerusalem and the rest of the Occupied Palestinian Territory: Identical letters dated 7 October 2021 from the Permanent Observer of the State of Palestine to the United Nations addressed to the Secretary-General, the President of the General Assembly and the President of the Security Council" (PDF). 7 October 2021. 13 December 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 January 2024. Alaa’s killing occurred a few days after Israeli occupation forces killed five Palestinians and kidnapped their bodies in line with Israel’s necroviolence campaign of withholding the bodies of Palestinians killed by its occupying forces, tormenting the dead and the families that they have left behind. We mourn the loss of these men and call upon the international community, particularly the Security Council, to act immediately to bring an end to the occupation’s cold-blooded killing of Palestinian civilians and its decades-old necroviolence policy, which violates the dignity of the dead and is tantamount to collective punishment, as families are prohibited from burying their loved ones in accordance with cultural and religious rituals.
  15. "THE LAND OF OPEN GRAVES: LIVING AND DYING ON THE MIGRANT TRAIL". Criminal Law and Criminal Justice Book Reviews. 6 March 2017. 12 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2024.
  16. De León, Jason. The Land of Open Graves : Living and Dying on the Migrant Trail. Oakland, California: University of California Press. 2015. səh. 69. ISBN 9780520282759. OCLC 908448301.