Vikipediya:Kənd meydanı/Arxiv/Oktyabr/2022

Vikipediya, azad ensiklopediya
Ən son rəy:1 il öncə, Zerbantv tərəfindən "VP:SNF-nin yaradılması" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Yeni beta funksiya

Canlı sınaq görüntüsü.

Vikipediya üçün yeni beta funksiya aktivləşdirilib: Real Time Preview. Bu funksiya ilə artıq məqaləni redaktə edə-edə məqalənin sınaq görüntüsünə canlı baxmaq olur. Beta funksiyanı nizamlamalarda aktivləşdirdikdən sonra redaktə pəncərəsinin yuxarı sağ küncündəki "Preview" düyməsinə basmaqla işlətmək olar. Bu funksiya səhifənin sınaq görüntüsünə baxmağı asanlaşdırır. Hələki prototip vəziyyətdədir.— Şiroi Akuma 18:06, 1 oktyabr 2022 (UTC)

Bəyəndim bu funksiyanı, təşəkkürlər White Demon məlumat üçün. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:53, 10 oktyabr 2022 (UTC)

Mirvari ovçusu?

Salam, dostlar. Avstraliyada mirvari biznesi ilə məşğul olmuş olan yaponlar haqqında məqalələr yazıram, Toraciro Satoİsokiçi Komine, hələ Ciro Muramats haqqında da yazacam. İndi də istəyirəm mirvari biznesi ilə məşğul olan şəxslər üçün kateqoriya yaradım, envikidəki en:Category:Pearlers kateqoriyası kimi. Amma bilmirəm necə adlandırım. Mirvari biznesi ilə məşğul olan adama nə deyirlər? Mirvariçi? Mirvari ovçusu? Yoxsa başqa söz? Şiroi Akuma 21:17, 5 oktyabr 2022 (UTC)

@White Demon məncə "mirvari taciri" yazmaq olar. samral müzakirə 17:27, 6 oktyabr 2022 (UTC)
"Mirvariovlayan", amma 2021-ci ildə lüğətdən qaldırıblar. Dancewithdevil (müzakirə) 05:56, 7 oktyabr 2022 (UTC)
Mən "mirvari ovçusu" etdim. Çünki heç olmasa normal nəticələr çıxır. "Mirvariovlayan" variantı haqqında nəticələr sadəcə 3-4 lüğətdə çıxır. Özü də lüğətdən çıxarılmış sözdür. Şiroi Akuma 16:32, 7 oktyabr 2022 (UTC)

Şəxs şablonu və titul

Salam. Məsələn bu məqalədə şəxsin əsas məlumat şablonuna titul bölməsi əlavə edə bilmək üçün məcburən "Şəxs" şablonu "Dövlət xadimi" şablonu ilə əvəz edilib. Ümumiyyətlə bu cür hallar çoxdur. Məsələn Çingiz Abdullayev yazıçı olmaqla yanaşı həm də Neftçi PFK-nın rəhbəridir. Lakin şəxs yazıçı olduğu üçün məqalədə də "Yazıçı" şablonundan istifadə olunub deyə bu titulu qeyd edib sələf-xələf-tarix filan qeyd etmək olmur. İndi durub Çingiz Abdullayev məqaləsinə də, Rəşad Məcid məqaləsi kimi "Dövlət xadimi" şablonu qoysaq, məncə bu da düzgün deyil. + bu şablonlar məsələn misal çəkdiyim bu şəxslərin fəaliyyəti ilə birbaşa uyğun da deyil deyə bəzi məlumatları da qeyd etmək olmur. Bu problemi sizcə necə həll etmək olar. samral müzakirə 17:32, 6 oktyabr 2022 (UTC)

Dövlət xadimi şablonunun adı düzgün deyil məncə. EnVikidə Florentino Peresin Real Madrid prezidenti olması elə bu şablonla göstərilib, amma şablonun adı Officeholder-dir. TrVikidə də Makam sahibi kimi gedir. Ümumumiyyətlə, bu şablonun konsepsiyası və adı dəyişdirilməlidir, sadəcə dövlət xadimləri üçün deyil, istənilən vəzifə sahibi üçün işlədilməlidir. "Vəzifə sahibi" adlandırıla bilər. Şiroi Akuma 17:42, 6 oktyabr 2022 (UTC)
Həmkarla razıyam. Təkliflə də razıyam. "Vəzifə sahibi" olması daha doğru və münasib olar. Dancewithdevil (müzakirə) 05:49, 7 oktyabr 2022 (UTC)
@Toghrul R, bu sahədə təcrübəli biri kimi bu məsələni həll edə bilərsiz? samral müzakirə 11:02, 16 oktyabr 2022 (UTC)
@Samral belə bir şey etmək olar: şablonların daxilində başqa şablon əlavə edilə bilmək olsun. Vəzifələri də həmin hissəyə əlavə etmək olar. İngilislərdə də eyni praktikadır. Toghrul R (m) 10:27, 25 oktyabr 2022 (UTC)
@Toghrul R, edə bilərsiz belə bir şey? samral müzakirə 11:55, 8 noyabr 2022 (UTC)

SNS ilə bağlı təklif

Salam. Təklif edirəm ki, SNS-da max 50 səhifə (məncə, hələ bu da çoxdur, 20-30 olsun) namizəd çıxarma limiti olsun. Hazırda 100+dür və bir türlü 100-dən düşmür, yekunlaşdırdıqca yeniləri gəlir, 1 səhifə yekunlaşır, 5-i əlavə edilir. Çox səhifə olanda da istər-istəməz müzakirə yox, səsvermə olur. Beləcə toplu silinmələr olur, düşünürəm ki, limit olsa, daha sağlam qərar çıxar. Ümumiyyətlə, hazırda SNS giriləsi halda deyil. Sürətli silinəsi səhifələr də ora çıxarılır. Təkliflə bağlı nə düşünürsünüz? Müvəqqəti də olsa, həyata keçirək deyirəm. Dancewithdevil (müzakirə) 00:51, 8 oktyabr 2022 (UTC)

Bəlkə gündəlik limit də əlavə edilsin? Dancewithdevil (müzakirə) 16:47, 10 oktyabr 2022 (UTC)

  1. + Lehinə: Dancewithdevil (müzakirə) 00:51, 8 oktyabr 2022 (UTC)
  2. + Lehinə: Hatselate (müzakirə) 11:39, 8 oktyabr 2022 (UTC)
  3. + Lehinə: çox razıyam. Çatdırmaq olmur. Müzakirələrin çoxunda da 1-2 nəfər iştirak edir. --► Hörmətlə: SolaVirum 14:36, 8 oktyabr 2022 (UTC)
  4. + Lehinə: 50-dən çox olmasın. — Araz Yaquboglu (müzakirə) 16:34, 8 oktyabr 2022 (UTC)
  5. + Lehinə: Texniki cəhətdən 50-dən artıq əlavə etmək mümkün olmasa (yəni istifadəçi istəsədə yeni SNS açsın amma bu mümkün olmasın) onda daha yaxşı işləyər bu qayda.— E.Imanverified Verified 21:15, 8 oktyabr 2022 (UTC)
  6. + Lehinə: Zatən 95 faiz məqalədə müzakirə getmir 2 max 3 nəfər nəsə yazır çıxır buda nəticələnir konsensus yoxdur və qalır yenidən təklif olunur. Elə məqalələr var bəlkə 10 dəfə sns görüb bunuda edən yenə özümüzük yəni. - Onyeddi (müzakirə) 23:21, 8 oktyabr 2022 (UTC)
  7. + Lehinə: Mən də məhdudlaşdırma tərəfdarıyam. — NKO zi 13:31, 13 oktyabr 2022 (UTC)

  1. − Əleyhinə: Aşağıda fikirlərimi qeyd etmişəm. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:05, 10 oktyabr 2022 (UTC)
  2. − Əleyhinə: Eldarado ilə həmfikirəm. SNS-də məhdudiyyət tətbiq olunacaqsa, bu, bir istifadəçinin bir gün ərzində təqdim edə biləcəyi məqalə sayına olmalıdır. — Burocan (müzakirə) 18:13, 10 oktyabr 2022 (UTC)
  3. − Əleyhinə: Təəssüf ki, hazırda AzVikipediyada tələblərə cavab verməyən xeyli sayda məqalə mövcuddur. AzViki onlardan təmizlənməlidir. Onu da nəzərə alaq ki, SNS-ə qoyulan məhdudiyyət tələblərə cavab verməyən məqalələrin sayının artmasına və yaxud silinməsi də gecikməyə gətirib çıxaracaq. O ki, qaldı SNS-ə orda kütləvi şəkildə məqalə təqdim edən iki-üç nəfərdir. Onlar da təklifləri nəzərə alarlar. Mənim fikrimcə sadəcə SNS-ə limit qoyulsun. Məs. Ümumi məqalə sayı 150-ni keçməsin. Silindikcə məqalə əlavə edilsin. — Tarixi Nadir (müzakirə) 18:30, 10 oktyabr 2022 (UTC)
  4. − Əleyhinə: bu yöndə fikir bildirmiş istifadəçilərin fikirləri ilə tam razıyam. İndiki halda səhifənin vəziyətindən daha böyük problem yaradacaq bu limit. — surə m 10:17, 12 oktyabr 2022 (UTC)

Şərhlər

Keçən vikigörüşdə də Atakhanliya demişdim ki, bu SNS-də bağlı bir tədbir görmək lazımdır, çünki AzViki kimi kiçik vikiicmada SNS-ə eyni anda bu qədər səhifə təqdim etmək sağlam gələcək vəd etmir. Onsuz da SNS-ə girən istifadəçi sayı azdı, bir də 150-200 namizəd olanda, hər namizədliyə cəmi 2-3 iştirakçı fikir bildirir, normal müzakirə getmir.— Şiroi Akuma 17:05, 8 oktyabr 2022 (UTC)

Başqa bir təklifiniz var? Dancewithdevil (müzakirə) 17:07, 8 oktyabr 2022 (UTC)
  • Şəxsi fikrim bu yöndədir ki, SNS-də alt səhifənin yaradılması bir şeyləri böyük həcmdə dəyişdirəcək. Misalçün, elə elm xadimləri üçün. Hansı məqalələr ki, müvafiq dövr ərzində kütləvi şəkildə təqdim olunur, həmin kateqoriya üçün alt-səhifə yaradılsın və həmin alt-səhifədə müzakirə müddəti və prosesi üçün dəqiq tələblər qoyulsun. Bir az düşündükdə azvikidəki portallara və ya mövzulu aylara bənzəyir əslində. Layihə kimi düşünün bunu. — surə m 20:23, 8 oktyabr 2022 (UTC)
    Altsəhifələrin yaradılması fikrini mən də dəstəkləyirəm. Eləcə də, bəzi istifadəçilər hər namizədlik üçün ayrıca altsəhifə yaradılmasını dəstəkləyir. Şiroi Akuma 19:30, 9 oktyabr 2022 (UTC)
Bu barədə, SNS-ə ardıcıl surətdə kütləvi məqalə namizəd göstərən istifadəçilərə müraciət etmək niyyətində idim. Məncə, bir istifadəçinin bir gündə maksimum üç və ya beş məqaləni namizəd göstərməsi daha məqsədəuyğun olar. Burocan (müzakirə) 20:55, 8 oktyabr 2022 (UTC)

50-dən sonra sistem icazə verməsin, texniki olaraq bu mümkündürmü, bilmirəm. Amma elə olsa, pis olmaz. Alt səhifələrin yaradılmasınınsa, effektiv olacağını düşünmürəm, hətta deyərdim ki, bu, işi daha da qəlizləşdirəcək. Onsuz da həm icmanın üzvləri azdır, həm də ki, aktivlik aşağı. Bunun nəsə əlavə bir xeyri olacağını düşünmürəm. 3-5 limiti də, məncə, uyğun deyil. İndiki vəziyyətdə ümumi say limiti daha ideal seçimdir. Əvvəlki qayda gün ərzində cəmi 3 səhifə namizəd etməyə icazə verirdi, artıq qüvvədə deyil. Dancewithdevil (müzakirə) 02:02, 9 oktyabr 2022 (UTC)

Şərh Şərh: Bir neçə il öncə bununla bağlı təklifim olmuşdu və müəyyən qaydalara salınmışdı ki, gün ərzində ümumiyyətlə 3 məqalə təklif oluna bilər. Hər şey də yaxşı idi və məqalələr yaxşı şəkildə yoxlanıb daha sonra silinirdi. Daha sonra isə həmin müəyyən qayda yenidən tərtib olundu və həmin bəndlər çıxarıldı. Nəticədə yenə eyni şey oldu. Ümumiyyətlə azvikidə müstəqil qərar verən və ya müzakirələrə müstəqil fikir bildirən çox az istifadəçi var. Əksər istifadəçilər baxır ki, iki üç nəfər lehinə verib və düşünür ki, boşuna niyə vaxtım getsin yaxşısı mən də lehinə verim. Ona görə də bəzi problemlər düzəlmir. Fikrimcə təklif problemi həll etməyəcək əksinə problemlər yaradacaq. İstifadəçi inzibatçılardan asılı qalacaq. Misal üçün mən girib baxacam 50 məqalə var. Gözləyəcəm ki, inzibatçılar nə vaxt yekunlaşdıracaq. Bəlkə 30 məqalə eyni gündə əlavə olunub və hələ müzakirə müddətləri var. Elə çıxır ki, azı bir həftə gözləməli olacağam. Lakin gündəlik 3 məqalə təklifində isə istifadəçilər heç kəsdən asılı qalmırdı. Gün ərzində 3 məqalə təklif olunduğunu görən istifadəçi sabahı gün rahatlıqlar məqalə təklif edə bilirdi. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:04, 10 oktyabr 2022 (UTC)

"Max 50 səhifə, gündəlik max 3 səhifə" təklifi necədir? Eldarado, Burocan, En Merker. Dancewithdevil (müzakirə) 19:32, 10 oktyabr 2022 (UTC)

Mən də istərdim max 50 səhifə olsun, amma tənzimləmək çətin olacaq. İstifadəçinin bir səhifəni SNS etməsindən ötrü növbə gözləməsi xoş təcrübə deyil. Ən yaxşısı hələlik "hər istifadəçi gündə 3 səhifə". Heç olmasa gündə 15 səhifə təqdim edənlərin qarşısı alınar. Şiroi Akuma 19:51, 10 oktyabr 2022 (UTC)
"İstifadəçi başına gündəlik x səhifə" təcrübəsi ilə hazırkı vəziyyətin dəyişəcəyini düşünmürəm, effekt verməyəcək. Günə 10 səhifə 10 günə edir 100. Müzakirələr də 10 gündən çox davam edir. Gəlir yenə eyni şeyə. Gündəlik ümumi limit qoymaq lazımdır. Məncə, yuxarıdakı təklifim pis deyil, düşünmək olar. Dancewithdevil (müzakirə) 19:59, 10 oktyabr 2022 (UTC)
❌N eyni şeyə gəlmir. Məsələn, Atakhanli 20-30 sentyabr tarixləri arasında düz 89 səhifəni namizəd göstərib. Yəni 12 günə 89 səhifə. Əgər günə 3 səhifə limiti olsaydı, bu rəqəm 89 yox, 36 olacaqdı. Yarıdan da çox azalacaqdı. Eyni şeydi? Şiroi Akuma 21:37, 10 oktyabr 2022 (UTC)
Atakhanlidan başqa namizəd göstərən yoxdur? :)) Dancewithdevil (müzakirə) 22:40, 10 oktyabr 2022 (UTC)
Siz ümumiyyətlə SNS səhifəsinə nəzər yetirirsiz? SNS-də 150-200 namizədlik sayı sizcə nədən qaynaqlanır? Atakhanli, Elshad Iman və Grenzsoldat həmin bölmədə çox çox aktiv olduğu üçün. Hal-hazırda davam edən 114 namizədlikdən təxminən 100-ü bu 3 istifadəçinin payına düşür. Başqa istifadəçilər onsuz da az-az təqdim edirlər. Siz özünüzün belə oktyabr ayı üçün hələki 1 namizədlik vermisiz. Şiroi Akuma 23:52, 10 oktyabr 2022 (UTC)
Xəbərim var, qeyd etdiyiniz istifadəçilər orada daha aktivdirlər. Amma bizim məqsədimiz oradakı səhifə sayını 100-dən aşağı düşürməkdir. Bu başlıq da elə o məqsədlə açılıb. Elə sadəcə bu istifadəçilər gündə 3 səhifə təqdim etsələr, bu, ayda 270 səhifə edir. Söhbət sadəcə 3 istifadəçidən gedir, başqa namizədləri demirəm hələ. Nəzərə alsaq ki, SNS-ın hazırkı vəziyyətindən dolayı müzakirələr həftələr çəkir, kütləvi şəkildə yekunlaşdırmalar, oda çox gec. Namizəd bir yana, bir heç orada girib, baxıb, fikir bildirə də bilmirəm. Təqdim etsəm belə, müzakirə ya səsvermə şəklində olacaq, ya da ki, "konsensus yoxdur" deyə yekunlaşdırılacaq. Bunu ki, görürük. Dancewithdevil (müzakirə) 01:15, 11 oktyabr 2022 (UTC)
@Dancewithdevil, maksimum 50 məqalə məsələsi mənə məqsədəuyğun gəlmir. Qeyd olunduğu kimi bu cürə limitin tətbiq olunması halında növbə məsələsi problemə çevriləcək. İstifadəçi başına gündəlik məqalə limitinin təyin olunması daha məntiqlidir. Burocan (müzakirə) 12:34, 11 oktyabr 2022 (UTC)
Təsəvvür edin ki, SNS vermək istəyirsiz, görürsüz ki, 50 namizəd var, 2-3 gün gözləyirsiz ki, heç olmasa bir namizədlik bitsin ki, verə biləsiz. 2-3 gün keçir, girəndə görürsüz ki, bir neçə namizədlik bitib, amma artıq başqaları yenilərini təqdim edib, siz çatdırmamasız, yenə gözləməyə başlayırsız. Çətin məsələdir. Şiroi Akuma 20:34, 11 oktyabr 2022 (UTC)
Gündəlik ümumi limit də olsa, heç bir problem yaşanmayacaq. Günə ümumi olaraq 3 səhifə təqdim edilərsə, ki, bu, 15 günə 45 edir. O 15 günə də hər halda, müzakirələr yekunlaşar və təqdim edə bilərsən. Dancewithdevil (müzakirə) 20:50, 11 oktyabr 2022 (UTC)
@Dancewithdevil gündəlik limit olduqda @White Demonun qeyd etdiyi problem yaşanırdı. Misalçün mən məqalə görürdüm və təqdim etmək istəyirdim, amma daxil olanda görürdüm ki, bu gün artıq 3 məqalə təqdim olunub. Sonra sabahı gözləyirdim, sabah daxil olurdum ki, budur, yenə limit istifadə olunub. Qeydlər hissəsində onlarla belə məqalə adı var idi, hər dəfə qeyd edirdim ki, sabah namizəd verərəm. Bəlkə həftəlik limit təyin edək? Amma mənə alt-səhifə nədənsə daha məntiqli gəlir. Səhifəyə daxil olan istifadəçilərdə yaranacaq psixoloji təəsurat nəyisə dəyişəcək məncə. surə m 10:25, 12 oktyabr 2022 (UTC)
Surə, açığı, əlavə nəsə bir xeyri olacağını düşünmürəm, əksinə, bu, prosesi çətinləşdirəcək. Layihə və SNS-də iştirak o qədər aktiv deyil ki, buna nəsə zərurət də yaransın. Baxmayaraq ki, vaxtı ilə bu təklifi mən də dəstəkləmişəm, amma Verman1-in buradakı fikirləri ilə razıyam. Hələ vaxtı deyil və Az Viki buna hazır deyil. Gələcəkdə ola bilər ki, tətbiq edilsin. Amma yenə də WD deyir ki, əksər istifadəçi təkliflə razıdır, razıdırsa, qoy olsun. Amma bilmirəm, bu barədə müzakirə harada gedib. Belə deyirəm, bəlkə hazırda bütün namizədlər yekulaşdırılmamış səhifə təqdim edilməsin? Razısınız? Dancewithdevil (müzakirə) 19:10, 12 oktyabr 2022 (UTC)
@Dancewithdevil hər səhifə üçün yeni alt-səhifə nəzərdə tutmuram. Misalçün "SNS/Elm xadimləri". Yəni müəyyən anlayışdakı namizədləri ehtiva etməsini nəzərdə tuturam. surə m 11:51, 13 oktyabr 2022 (UTC)
@Sura Shukurlu, nəsə dəyişəcək? Dancewithdevil (müzakirə) 12:46, 13 oktyabr 2022 (UTC)
@Dancewithdevil belə deyim. Sizin təklifləriniz birbaşa olaraq SNS-dəki sıxlıq probblemini həll etməyə yönəlib. Amma vikidəki tək problem bu deyil. Bəzi məqalələr var ki, fakt silinməlidir. Elə həll yolu tapılmalıdır ki, göstərilən namizədlər operativ bir şəkildə dəyərləndirilsin. Yəni nə məqalələrin təqdim olunmasına maneə yaranmasın, nə də məqalələr yığılıb qalsın. Mənim təklifimin nəyi dəyişdirəcəyinə isə gəldikdə, bu üsul bütün fəaliyyət sahələrində istifadə olunur. Hər hansı məkan yüklənərsə kiçik hissələrə ayrılır və o hissələrə ayrı-ayrı nəzarət olunur. Bu üsul mütləq nəticə göstərəcək demirəm, heç əmin də deyiləm. Amma SNS ilə bağlı ağlıma gələn ən məntiqli təklif budur. surə m 13:00, 13 oktyabr 2022 (UTC)
Adicə, Burocandan başqa maraqlanan inzibatçı var? Əgər oda maraqlanmasa, qalacaq eləcə. Dancewithdevil (müzakirə) 19:23, 12 oktyabr 2022 (UTC)
@Dancewithdevil, bu qayda Azərbaycan dilinə tərcümə edilib AzVikidə rəsmi prinsip kimi qəbul edilsə, bir sıra problemlər avtomatik həll olar. samral müzakirə 16:38, 27 oktyabr 2022 (UTC)
Sizinlə razıyam. Xatırlatma üçün də təşəkkür edirəm. Vaxtilə bu mövzu ilə bağlı Solavirum-a bəhs etmişdim. Dancewithdevil (müzakirə) 18:16, 27 oktyabr 2022 (UTC)
Limit lazımlıdır məncə də. Amma ən yaxşısı həftəlik yaxud aylıq olmasıdı. Məsələn, aylıq 50 məqalə. Limit dolduqdan sonra heçkəs müdaxilə edə bilməsin. Bundan sonra istifadəçilər yeni məqalə əlavə etməyəcək, mümkün məqalələri yoxlayacaqlar. Sınaqdan keçirib limitə düzəliş də etmək olar. Turkmen müzakirə 17:12, 30 oktyabr 2022 (UTC)

Birləşdirilməli məqalələr

Salam, bir-biri ilə eynilik təşkil edən bəzi məqalələr var ki, onları birləşdirmək lazımdır. Məsələn, İcma Portalında belə məqalələr var. Məqalələri kimlər birləşdirə bilər? Və ya mənim kimi istifadəçilər birləşdirmək istəyərsə, nə etməliyik? Hatselate (müzakirə) 11:45, 8 oktyabr 2022 (UTC)

Müvafiq məqalələrə {{birləşdir}} şablonu yerləşdirə, və ya inzibatçılara müraciət edə bilərsiniz. Müzakirəyə ehtiyac olduğunu düşünürsüzsə, VP:SNS-ya təqdim edə bilərsiniz. Dancewithdevil (müzakirə) 12:40, 8 oktyabr 2022 (UTC)
Təşəkkürlər Hatselate (müzakirə) 14:28, 8 oktyabr 2022 (UTC)
Mənim kimi inzibatçı olan şəxslərə müraciət edin, birləşdirərik. Şiroi Akuma 15:46, 8 oktyabr 2022 (UTC)
Bəzən müzakirə edilməsi gərəkən hallar da olur. Dancewithdevil (müzakirə) 17:00, 8 oktyabr 2022 (UTC)

VikiLayihə

Salam həmkarlar. VikiLayihə tip yazı qaydası Azərbaycan dilində yoxdur. Yəni sözün ortasında böyük hərf. Bunun üçün fikirləriniz maraqlıdır. — Araz Yaquboglu (müzakirə) 06:39, 9 oktyabr 2022 (UTC)

Vikilayihələr olmalıdır. Vikianbar və Vikidata kimi. Şiroi Akuma 07:49, 9 oktyabr 2022 (UTC)
Elədir ki, var. Qeyd edilən formada olmalıdır. Dancewithdevil (müzakirə) 13:13, 9 oktyabr 2022 (UTC)

İnzibatçılıq üçün namizədlik limitinin dəyişdirilməsi barədə təklif

Salam, hörmətli həmkarlar. Xatırlayıram, bu barədə bir dəfə də müzakirə açılmışdı, amma nəticəsiz yekunlaşdırılmışdı. Onu da xatırlayıram ki, inzibatçılardan birisi demişdi ki, keçmişdə etimad qazanamayan və inzibatçı seçiləməyən bir istifadəçi ardıcıl olaraq, dəfələrlə namizəd olurdu ki, seçilsin. Başa düşmək olar ki, o vaxt bu limiti onun qarşısını almaq üçün qoyublar. Amma düşünmürəm ki, indi belə bir şeyə ehtiyac var. Bu, inkişaf etmiş heç bir vikinin praktikasında yoxdur deyə bilirəm. Təklif edirəm ki, "bir istifadəçi cəmi 3 dəfə namizəd ola bilər" şərtini dəyişək. İndiki halda 3 dəfə namizəd olduqdan sonra seçilən istifadəçi, daha sonra inzibatçılıqdan çıxar(ılar)sa, bu şərtə əsasən təkrar namizəd ola bilməz? Odur ki, öncəliklə bu barədə müzakirə edək, daha sonra səsvermə edib, bu limiti dəyişək deyirəm. Mənim təklifim, bir istifadəçinin ildə sadəcə 3 dəfə namizəd olmasına icazə verilməsidir. Düşünürəm ki, namizədliklər arasında da ən az 1 ay vaxt olması lazımdır. Siz nə düşünürsünüz? Dancewithdevil (müzakirə) 18:08, 9 oktyabr 2022 (UTC)

Təklifi mən etmişdim, amma mən "3 dəfə seçilməyən istifadəçinin ancaq 2,5 il sonra yenidən namizəd ola biləcəyi" fikrini irəli sürürəm. Bir istifadəçinin hər il 3 dəfə dəfə, özü də 1 ay fasilə ilə namizəd olması effektiv deyil. Şiroi Akuma 19:23, 9 oktyabr 2022 (UTC)
Məncə, bu, çıxış yolu deyil. Təklifiniz də bir məna və yarar görmürəm. İstifadəçi uzun bir vaxt namizədlik üçün gözləməli olacaq. İndi deyəlim ki, bir istifadəçinin 3 haqqı da dolub, amma seçilib, lakin daha sonra müəyyən səbəblərə görə hüquqdan imtina edib, ya da hüquq ondan geri alınıb. İndi oda bu qədər vaxt gözləməlidir ki, təkrar namizəd ola bilsin? Minimum 1 ay demişəm, daha çox da ola bilər, təklif edə bilərsiniz. İllik namizədlik haqqı da 2 ola bilər, amma məncə, sizin təklifiniz heç uyğun deyil. Dancewithdevil (müzakirə) 19:58, 9 oktyabr 2022 (UTC)
Hüququ alınanlardan və ya imtina edənlərdən bəhs etmirəm. Şiroi Akuma 20:10, 9 oktyabr 2022 (UTC)
O zaman belə çıxır, onlar istədikləri vaxt təkrar namizəd ola biləcəklər? İstənilən halda təklifinizi doğru görmürəm və əleyhinəyəm. Dancewithdevil (müzakirə) 20:15, 9 oktyabr 2022 (UTC)
Müddət qoyulsa daha yaxşı olar. Məsələn ikinci müraciəti, birinci müraciətdən azı 4 ay sonra edə bilər. Turkmen müzakirə 17:13, 30 oktyabr 2022 (UTC)

Hərbi xadim məqalələrindəki məlumatlar

salam. bu mövzuda məlumatlı deyiləm deyə bəzi məsələləri dəqiqləşdirmək istəyirəm. bilmirəm belə şey var ya yox, amma deyəsən elə məlumatlar var ki, onlar gizli tutulur. misal üçün N saylı deyildikdə hansı nömrənin olması qeyd olunmamalıdır. və ya batalyon nömrələri qeyd olunamamalıdır. və s. tipli bəzi məlumatlar var ki, onlar qeyd olunmamalıdır. ümumiyyətlə belə öhdəlik var əsgərlərdə ya necə? konkret hansı məlumatlar gizli saxlanılmalıdır? bu mövzuda məlumatlı şəxs rəy bildirə bilər?

təkrar edim, bəlkə də belə bir şey yoxdur. ola bilsin səhv bilirəm kökündən.

təşəkkürlər. Atakhanli (müzakirə) 08:26, 10 oktyabr 2022 (UTC)

Hörmətli həmkar. Sizə bu barədə kiçik bir məlumat verim. Ümid edirəm işinizə yarayacaq. Belə ki, qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında məlumatlar hərbi sirr sayılır. Bütün hərbi qulluqçular, əsgərdən tutmuş, ən yüksək rütbə və vəzifəli şəxslər bu sirri ciddi surətdə saxlamalıdırlar. Hətda hər bir hərbi qulluqçu mütləq hərbi sirri verməmək üçün hərbi and qəbul edir. Sualınızın cavabı olaraq bəli, əsgərlərdə belə bu öhdəlik var. Hətda hərbi qulluqçu əsir düşərsə ancaq özünün soyadını, adını, atasının adını, hərbi rütbəsini, doğulduğu tarixi və şəxsi nömrəsini bildirə bilər. Bundan əlavə verilmiş bütün məlumatlar xəyanət hesab olunur. Hərbi hissələrin adları və ya nömrəsi həmçinin hərbi hissənin tərkibində olan bölmələrin adları və nömrəsi o zaman aydın şəkildə açıqlana bilər ki, dövlətin ümumi strukturu dəyişsin. Bir sözlə hazırda fəaliyyət göstərən bütün hərbi birləşmələrin adları sirr olaraq qalmalıdır. Əgər sözü gedən hərbi birləşmə, dağıdılıbsa, yenisi ilə əvəz olunubsa, və ya fəaliyyətini dayandırıbsa bu zaman adının açıqlanması sirr hesab olunmaya bilər. Patriot Kor (müzakirə) 07:38, 12 oktyabr 2022 (UTC)
@Patriot Kor məlumat üçün təşəkkür edirəm, bəy. təəssüf ki, bəzi şəhid və digər hərbi qulluqçu məqalələrində bu tip məlumatlara rast gəlirəm. amma təftiş edə bilmirəm silinməlidirmi ya yox. onda belə çıxır ki, batalyon nömrəsi də saxlanılmamalıdır, doğrudur? Atakhanli (müzakirə) 07:46, 12 oktyabr 2022 (UTC)
Bu cür məlumatlar onsuz da açıqlanmır ki, Vikipediyada yazaq. Açıqlasalar, onda dövlət sirri olmaz, bu zaman Vikipediyada qeyd edə bilərik. Hansısa əsgərin dövlət sirri barədə qeyri-rəsmi açıqlama verməsi etibarlı mənbə sayılmır. Şiroi Akuma 08:02, 12 oktyabr 2022 (UTC)
redaktələr ip-dən və ya yeni yaradılmış hesablardan gəlir. (baxanda bilinir ki, qohumu və ya ailəsindəndir böyük ehtimal) @White Demon Atakhanli (müzakirə) 08:22, 12 oktyabr 2022 (UTC)
Düz deyil əlavə etmələri. Vikipediya göstərilə bilən etibarlı mənbələrlə işləyir. Şiroi Akuma 08:26, 12 oktyabr 2022 (UTC)

Yekunlaşdırma

Salam hər kəsə, Burocanın son yekunlaşdırmalarına açıqlama verməsini istəyirəm sadəcə 2 nəfərin səs verməsinə görə yekunlaşdırmanı müzakirədən hasil olan nəticəyə əsasən silib yekunlaşdırır. Öz müzakirə səhifəsinə yazsamda cavab vermədi yəqin ki, burada cavab verər və hər kəsdə bilər. - Onyeddi (müzakirə) 09:01, 12 oktyabr 2022 (UTC)

hansı məqalələr? ortalama ən az 3 nəfər iştirak edib, Burocanı da saysaq 4. M5 ilə silinəcək məqalələrdir. digər 2 olan (Burocanla 3) patentlərə görə qalıb. Atakhanli (müzakirə) 09:08, 12 oktyabr 2022 (UTC)
Vikipediya:Silinməyə namizəd səhifələr/Arxiv/2022 Oktyabr bura nəzər yetirin, lap 3 nəfər olsun bunlar girib "ensiklopedik deyil" "əhəmiyyətsiz şəxs" bu tipli şərh yazıblar bu nə qədər sağlam əsaslardır ki, buna uyğunda silinsin məqalələr? Açıq aşkar konsensus yoxdur deyildə nədir bəs? - Onyeddi (müzakirə) 09:13, 12 oktyabr 2022 (UTC)
baxmışam, konkret fakt göstərin ki, bu məqalə filan səbəbə görə ensiklopedik idi amma silindi. məqalə adını göstərin lütfən Atakhanli (müzakirə) 09:21, 12 oktyabr 2022 (UTC)
Sohbət sırf hansısa məqalənin ensiklopedikliyindən getmir söhbət məqalənin o tərzdə silinməsindən gedir. - Onyeddi (müzakirə) 09:54, 12 oktyabr 2022 (UTC)
@Onyeddi, sizə müzakirə səhifəmdə cavab vermişəm. Burocan (müzakirə) 17:18, 12 oktyabr 2022 (UTC)

Səs ovçuluğu teqi

Salam. "Bu istifadəçinin səs ovçuluğu ilə bura gəlməsi ilə bağlı şübhələr var" kimi teqlər haqqında nə düşünürsünüz? Məncə birbaşa olaraq xoş niyyəti gözləmək qaydasını pozur, buna nəzakət qaydalarını da əlavə edə bilərik. Təsəvvür edin, ixtiyarı məqalənin müzakirəsinə qoşulmusunuz, səhər durub görürsünüz ki, kimsə sizə yazıb ki, kiminsə çağırışı ilə gəlib bura. --► Hörmətlə: SolaVirum 17:13, 14 oktyabr 2022 (UTC)

Müzakirələrdə tez-tez iştirak edən istifadəçilərə qoyularsa, çıxarılmalıdır. Qəfildən qayıdan istifadəçilərə, haqlı səbəb varsa, qoyulması normaldı, əslində. Şiroi Akuma 12:36, 15 oktyabr 2022 (UTC)

A/B test for mobile editors

Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin.

Hello, all.

The mw:Talk pages project would like to test some new discussions tools with editors using the mobile site here (at az.m.wikipedia.org).  

This test will give 50% of mobile editors:

Many non-mobile editors are already using these.  You can see them all now, on the desktop (not mobile) site, by clicking on this link:  See the new system on this page.  You can learn more and talk to the Editing team at mw:Talk pages project/Mobile.

This could be offered to mobile users here in a couple of weeks.  Please tell me if your Wikipedia does not want to try this.   Whatamidoing (WMF) (müzakirə) 19:18, 14 oktyabr 2022 (UTC)

Fayl böhranı

Salam, dostlar. Yəqin bilirsiniz, bir aydır (ola bilsin daha çoxdur) müəllif hüququ ilə qorunan faylların silinməsi prosesini aparıram. Haradasa 8.000 fayl silinib bu müddət ərzində. Son həftələrdə faylların silinməsi prosesini dayandırmışdım. Səbəb isə faylların əsas hissəsinin silinməsi, geridə sadəcə qalıq faylların qalması idi. Kütləvi formada olan fayllar silinib yəni. İndi isə müəyyən dövlərdə, əsasən 2010-2014-cü illərdə locala əlavə edilən faylları silirəm. Kateqoriyada hal-hazırda tam 500 fayl var. Son günlər ərzində heç bir idarəçi faylları silmir. Kateqoriyada da hal-hazırda həddən çox fayl var. Vəziyyətin idarə olunması üçün idarəçilərdən birinin faylları silməsini xahiş edirəm. Grenzsoldat 10:44, 15 oktyabr 2022 (UTC)

Grenzsoldat, fayl böhranı yox, həddindən çox faylı silinməyə təqdim etmə böhranı var. Qısa müddətə çox fayl təqdim etmisiz, belə halın yaranması normaldır. Şiroi Akuma 11:12, 15 oktyabr 2022 (UTC)
Yəni günah yenə məndə oldu ? :d Grenzsoldat 13:42, 15 oktyabr 2022 (UTC)
@Grenzsoldat, "Vikianbara yüklə" şablonu olan fayllar necə olacaq? samral müzakirə 15:28, 15 oktyabr 2022 (UTC)
Samral, yəqin onlarda silinər. Grenzsoldat 15:30, 15 oktyabr 2022 (UTC)
@Grenzsoldat, niyə? Hansı qaydaya əsasən? Ondansa müvafiq bot yaradaq və o fayllar avtomatik VikiAnbara yüklənsin. Onların arasında çox dəyərli, nadir fayllar var. samral müzakirə 15:33, 15 oktyabr 2022 (UTC)
Qarşıma elə fayllar çıxsa, ayrıca bir siyahıda qeyd edəcəm. Grenzsoldat 15:40, 15 oktyabr 2022 (UTC)
@White Demon, @Grenzsoldat ağına-bozuna baxmadan ucdan tutma fayllara sil şablonu qoyur. Məsələn bu şəkillər: [1], [2]. Əgər bu şəkillər yükləyənin özünə məxsusdursa silinməməlidir. Bildiyiniz kimi, Panorama söhbətinə görə Azərbaycandakı müasir tikililərin şəkli Commonsa yüklənə bilmir. İstifadəçinin özünə deyirəm, məhəl qoymur. samral müzakirə 09:52, 17 oktyabr 2022 (UTC)
Razıyam. Şiroi Akuma 09:57, 17 oktyabr 2022 (UTC)
@White Demon, həmçinin bu şəkil məsələn. Şəkil böyük ehtimalla mərhum istifadəçimiz Ənvər bəyin şəxsən özü tərəfindən çəkilib. Şəklə "Vikianbara yüklə" şablonu qoyula bilər. Amma @Grenzsoldat "müəllif hüququ pozuntusu" yazaraq şəklə sil şablonu qoyub. Mənə maraqlıdır o şəkildə kimin hansı müəllif hüququ pozulub? samral müzakirə 09:58, 17 oktyabr 2022 (UTC)
Grenzsoldat, ümumiyyətlə, istifadəçilər tərəfindən çəkilmiş istifadəçi şəkillərinə də müəlliflik hüququ pozuntusu yazır. Halbuki şəkildəki şəxs elə istifadəçinin özüdür. Şiroi Akuma 10:10, 17 oktyabr 2022 (UTC)
Hörmətli @Grenzsoldat sizin qoyduğunuz silmə şablonları mənim də diqqətimi çəkib. Sizə bir sual vermək istəyirəm. Bura yüklənən faylların yüklənmə səbəbi elə müəllif hüququ ilə qorunmuş olmasıdır. Müəllif hüququ ilə qorunmasa onsuz da Vikianbara yükləmək olar. Müəllif hüququ ilə qorunan faylları bura ədalətli istifadə çərçivəsində istifadə etmək üçün yükləyirik. Siz silinməsini niyə belə çox istəyirsiniz? — Drabdullayev17 (müzakirə) 10:14, 17 oktyabr 2022 (UTC)
Düşünürəm ki, Grenzsoldat ədalətli istifadənin nə olduğunu tam başa düşməyib. Mən şəkilləri silərkən "ədalətli istifadəyə uyğun gəlmədiyini" bildirərək silirəm. Amma Grenzsoldat səbəb kimi müəlliflik hüququnun pozulduğunu bildirərək. Halbuki elə müəlliflik hüququ ilə qorunduğu üçün bura yükləyirik. Sadəcə məhdud şəkildə. Şiroi Akuma 10:56, 17 oktyabr 2022 (UTC)
@White Demon, siz bu qaydanın tərcüməsini bitirmisiz? samral müzakirə 15:28, 17 oktyabr 2022 (UTC)
Son bir-iki bölməsi qalıb. Şiroi Akuma 09:24, 18 oktyabr 2022 (UTC)
  • Mənimdə yüklədiyim fayllarımı silib halbu ki, faylları məqalələr kimindirsə həmən şəxslərin özləri təqdim etmişdilər. Elə fayl var commonsa yüklənmir bura yükləmək məcburiyyətində qalırdım. - Onyeddi (müzakirə) 10:32, 18 oktyabr 2022 (UTC)


Adla bağlı sual

Salam. Burada haqqında danışılan və Naxçıvan qəzası ərazisində yerləşmiş "Камбиль" ilə "Дамара-даг" dağlarının adları Azərbaycan dilində necə gedir? Tapmaqda çətinlik çəkirəm. --► Hörmətlə: SolaVirum 14:27, 15 oktyabr 2022 (UTC)

Salam həmkar. Mən həm Naxçıvanda olarkən, həm də Ermənistan azərbaycanlılarından "Damaradağ" adı eşitmişəm. Digər adla bağlı bir şey deyə bilmirəm. Hörmətlə Patriot Kor (müzakirə) 14:21, 17 oktyabr 2022 (UTC)

Mövzulu ay

Salam. Mən təklif edirəm ki, Mövzulu aylar yenidən keçirilsin. Sadəcə əvvəlkilər kimi zəiflik olmasın deyə əlavə 2 dəyişiklik təklifim var. Birincisi mövzulu aylar 1 ay müddətində yox, 3 ay olsun, ikincisi də mövzu əvvəlcədən ümumi müzakirə (konsensus) ilə seçilsin. samral müzakirə 15:27, 15 oktyabr 2022 (UTC)

Bir şeyi unutdum. Onu da əlavə edim. Mövzulu aylar zamanı Plan tərtib edərkən yeni məqalələrin yaradılmasından çox, mövcud olan qaralama, mənbəsiz, tərəfli və s. naqis məqalələrin təkmilləşdirilməsinə üstünlük verilsin. Bunun üçün də qiymətləndirmə qaydalarında müvafiq dəyişikliklər edilsin. Əsas olan kəmiyyət yox, keyfiyyət olsun. Məqsədimiz kor-koranə məqalə sayı artırmaq yox, AzVikinin daha keyfiyyətli hala gətirilməsi olsun. samral müzakirə 15:32, 15 oktyabr 2022 (UTC)
Konsensus ya da müddətin uzadılması marağı artırmayacaq. Çünki layihəyə marağın azalmasına səbəb bunlar deyildi. Şiroi Akuma 15:39, 15 oktyabr 2022 (UTC)

Statuslu məqalələr

Salam, dostlar. Statuslu məqalələrlə bağlı səhifələrin belə bir versiyasını gördüm. Eldarado hazırlamışdı 2 il əvvəl. Unudulub çox guman. Bu versiyadan istifadə edilə bilər ? Həmçinin statuslu məqalələrin siyahısında yardım da edə bilərəm. Bəzi statuslu alan, amma siyahıda olmayan məqalələrdə var. Grenzsoldat 13:33, 17 oktyabr 2022 (UTC)

İki versiya arasında çox da ciddi bir fərq görmədim, doğrusu. Dancewithdevil (müzakirə) 13:40, 17 oktyabr 2022 (UTC)

Arxivləşdirmə

@Dancewithdevil, @Sura Shukurlu kimi bəzən arxivləşdirmə aparan istifadəçilərdən xahiş edirəm ki, arxivləşdirmə apararkən müzakirənin başladığı aya görə arxivləşdirsinlər, bitdiyi aya görə yox. Məsələn, Kənd meydanında müzakirə 31 avqustunda başlayıb, 15 sentyabrda bitibsə, müzakirəni avqust ayına arxivləşdirmək lazımdır. RuViki və TrVikidə də belədir. Şiroi Akuma 11:50, 18 oktyabr 2022 (UTC)

Salam. Əslində mən əsasən müzakirə hansı ayda gedibsə, ona görə arxivləşdirməyə üstünlük verirəm. Misal, başlıq ayın 31-i açılıbsa, digər bütün şərhlər növbəti ay gəlibsə, elə o aya da əlavə edilməlidir deyə düşünürəm. Dancewithdevil (müzakirə) 14:37, 18 oktyabr 2022 (UTC)

Ad dəyişmə

Salam. Bu məqalənin adında "şir" sözünü "pələng" ilə əvəz etmək lazımdı. "İldırım Şiri" yox, "İldırım Pələngi". Qalan düzəlişləri mən eliyəcəm. Bikar Orxan (müzakirə) 09:19, 19 oktyabr 2022 (UTC)

@Bikar Orxan, zəhmət olmasa addəyişmə ilə bağlı müraciətlərinizi bundan sonra müvafiq səhifəyə edəsiniz. Dancewithdevil (müzakirə) 14:19, 19 oktyabr 2022 (UTC)

Faylın silinməsi

Salam, dostlar. Bu faylın silinməsi ilə bağlı düşüncələriniz marağlıdır. Heç bir dil bölməsində bu tip fayla rast gəlməmişəm. Ümumiyyətlə düşünürəm bu tip fayl lazımsızdır. Bot vasitəsilə faylı məqalələrdən çıxarıb, faylı silməyimiz necə olar ? Grenzsoldat 17:48, 19 oktyabr 2022 (UTC)

Bu mövzu ilə bağlı bir dəfə müzakirü getmişdi vikidə. Arxivlərdə tapa bilmədim, amma bənzər məqsədlərlə istifadə olunan fayl və ya faylların istifadə olunmaması ilə bağlı qərar verildiyini xatırlayıram. Tapanlar qeyd etsə sevinərəm. — surə m 17:58, 19 oktyabr 2022 (UTC)
Bu məsələ mənim də diqqətimdə idi, amma Grenzsoldat gündəmə daşıdı. Ola bilsin ki, bəlkə də qeyd edilən müzakirəni vaxtilə mən açmışam. Belə tip bir neçə fayl mövcuddur, təkcə bu deyil. 10 il əvvəl tətbiq edilən bir şey idi, amma məncə, buna heç bir ehtiyac yoxdur. Təmizlənməsini dəstəkləyirəm. Dancewithdevil (müzakirə) 18:14, 19 oktyabr 2022 (UTC)
Dancewithdevil, Grenzsoldat'e həmişə gündəmi dəyişir :-D Grenzsoldat 20:15, 19 oktyabr 2022 (UTC)
Mən də düşünürəm ki, bu fayla ehtiyac yoxdur. Hətta deyərdim ki, mənfi təsiri ola bilər. Bu fayl istifadəçilərə şəkil yükləməyi təşviq edir. Bu da istifadəçilərin fair use olmayan fayllar yükləməsi ilə nəticələnə bilər. Şiroi Akuma 08:44, 20 oktyabr 2022 (UTC)
Görürəm saxlanılması üçün tutarlı səbəb və ya arqument yoxdur. Onda mən faylı məqalələrdən çıxarmağa başlayıram. Grenzsoldat 13:02, 20 oktyabr 2022 (UTC)
Bəli, amma əllə çox çətin olacaq. Yüzlərlə səhifə də var. Botla həll etmək məntiqlidir. Dancewithdevil (müzakirə) 14:39, 20 oktyabr 2022 (UTC)
"Commons"a atmaq lazımdır oxşar bir şeyi. Müəllif fəaliyyətini dayandırıb deyə ondan götürmək çətin olar. --► Hörmətlə: SolaVirum 08:18, 23 oktyabr 2022 (UTC)

Ölü keçid

Salam. InternetArchiveBot bir linki davamlı olaraq ölü keçid kimi qeyd edir. Amma link işləkdi. Bunu necə dayandırmaq olar?Məqalə Bikar Orxan (müzakirə) 18:22, 20 oktyabr 2022 (UTC)

Bu linki arxivləşdirəndə nədənsə xəta verir. Yəqin ona görədi bəlkə. Şiroi Akuma 18:41, 20 oktyabr 2022 (UTC)
@Superyetkin, rica etsəm, bir göz ata bilərsiz? Dancewithdevil (müzakirə) 03:51, 25 oktyabr 2022 (UTC)
@Bikar Orxan, qeyd etdiyiniz linki arxivləşdirdim. Hansısa link "archive.org" saytında xəta verəndə bu cür linkləri "archive.is" kimi alternativ arxivləşdirmə saytları vasitəsilə arxivləşdirə, həmçinin daha sonra bu arxiv linkini də hər ehtimala qarşı "archive.org" saytında da arxivləşdirə bilərsiz. Necə ki mən etdim. samral müzakirə 17:08, 25 oktyabr 2022 (UTC)
Mən də arada archive.is ilə arxivləşdirirəm, amma bəzən bu bot gəlib onları çıxarır və archive.org saytındakı arixvlə əvəz edir. Şiroi Akuma 17:11, 25 oktyabr 2022 (UTC)
@White Demon, həmin bot-un tənzimləmələrində müvafiq dəyişiklik edilə bilməz ki, belə etməsin? samral müzakirə 15:12, 23 noyabr 2022 (UTC)
Qlobal fəaliyyət göstərən botdur. Gadir (müzakirə) 15:19, 23 noyabr 2022 (UTC)

Qətiyyətli qərarlar

Salam, əziz dostlar. Biraz əvvəl faylların təmizlənməsini işini aparırdım. Təsadüfən qarşıma belə bir məqalə çıxdı - Zəkiyyə Cəfərova. Birinci Qarabağ müharibəsində öldürülən 6 yaşlı qız haqqında məqalə var. Şübhəsiz həmin məqalə q/e gedir və silinəcəyinə də şübhəm yoxdur (ümid edirəm :d). Birinci Qarabağ müharibəsində dinc əhali arasında minlərlə ölən var. İndi onların hər biri haqda məqalə olmalıdır ? Ümumiyyətlə elə bu məqalədən başlayaraq qətiyyətli qərarları atılmasının labüd olduğunu düşünürəm. SNS yolu ilə yox, "sürətli sililnmə" yolu ilə Birinci Qarabağ müharibəsində şəhid olan, heç bir ordeni və ya medalı olmayan şəhid məqalələri silinməlidir. Amma bir əsas sual var ? Hansı idarəçi bunu öz üzərinə götürər ? Əsasda ümumiyyətlə həmin məqalələrin silinməsini istəyirsinizmi ? Bu mövzu ilə bağlı çoxunuz möve ortaya qoymayacaqsınız çox guman. Nəticədə də yenə "Vətən, millət" ideyasının qalib gələcəyinə şübhəm yoxdur. Hər halda ən düşünürəm şəhid məqalələri silinməlidir. Bəs siz nə düşünürsünüz ? Grenzsoldat 19:50, 20 oktyabr 2022 (UTC)

Çox doğru buyurursunuz. Ancaq mən eynisinin İkinci Qarabağ müharibəsi zamanı şəhid olan şəxslərə də tətbiq edilməsini dəstəkləyirəm, bəzi həmkarlarımız kimi. Ancaq buna qarşı olan ya da mövqe bildirməyə çəkinən də az deyil. Səbəbi elə düşünürəm, hamıya aydındı. Dancewithdevil (müzakirə) 20:00, 20 oktyabr 2022 (UTC)
Məncə əsas birinci mərhələdə 90-cı illərdə şəhid olanların məqalələrin silinməsidir. Grenzsoldat 20:16, 20 oktyabr 2022 (UTC)
Əslində siz yox ikən bu barədə ümumi müzakirələr getdi, səsvermələr keçirildi və 3-cü cəhdə qəbul edildi. :) Amma icra edən olmadı. Elə düşünürəm ki, bəzi istifadəçilər də razıdır, amma fikir bildirmək istəmirlər. Dancewithdevil (müzakirə) 20:20, 20 oktyabr 2022 (UTC)
Qəbul edilən qərar varsa, əladır. Əlimizdə arqument var. Bircə qaldı cəsur idarəçi tapmaq :d Grenzsoldat 20:22, 20 oktyabr 2022 (UTC)
dinc əhalidən 30 yaşlı birinin ölümü ilə, uşağın ölümü bir deyil. xarici təcrübəyə baxmaq lazımdır. amma üsyanda ölən gənc adamlara belə iranda məqalə yaradıb intervikiləşdirirlər. misal Zəhra Quliyeva məqaləsi də silinməli olacaq o zaman. bu hadisə xarici köklü mediaya da çıxmışdı. məqalənin işlənməməsi və digər halların xarici mediada işıqlandırılmaması bizim günahdır düşünürəm. (bizim tərəfin). və ya doğru olar ki, sırf siyahı yaradaq, həmin siyahıya azyaşlıları əlavə edək. Atakhanli (müzakirə) 05:47, 21 oktyabr 2022 (UTC)
@Dancewithdevil həmkar, lütfən müzakirə aparmadan məqalənin bütün kontentini silib digər məqaləyə yönləndirmə verməyin. Atakhanli (müzakirə) 06:04, 21 oktyabr 2022 (UTC)
Narahat olmayın, işləyəcəm, qaydasına salacam. Dancewithdevil (müzakirə) 06:12, 21 oktyabr 2022 (UTC)

İlin vikimediaçısı

Aşağıdakı müzakirə bağlıdır. Lütfən heç bir dəyişiklik etməyin. Yeni şərhlər müvafiq səhifədə müzakirə edilməlidir. Bu müzakirəyə heç bir əlavə edilməməlidir.


Xatırlayıram, keçən il bu vaxtlardı. Sura Shukurlu mövzu ilə bağlı başlıq açmışdı ki, layihə aktiv deyil və silinməsi təklif edilmişdi. Hamı da, içi mən qarışıq bu təklifə qarşı çıxmışdıq. İlin sonuna 2 ay qaldı. Mən təklif edirəm ki, bu il ən çox redaktəsi olan 3 istifadəçi; bunlar sırasıyla Araz Yaquboglu (43K), Solavirum (30K), Atakhanli (26K)-dır. Səsvermə yolu ilə bu 3 istifadəçidən birinə bu mükafatı verək. Nə düşünürsünüz? Dancewithdevil (müzakirə) 20:54, 20 oktyabr 2022 (UTC)

Belə bir layihə ilə bağlı heç bir addım atılmadı. Özüdə layihə ilə bütün məsələləri öz üzərimə götürmüşdüm. Bircə qalmışdı idarəçilər münsiflər heyətini formalaşdırsın və səsversinlər. Amma heç bir addım atılmadı. Düşünürsünüz indi nəsə addım atarlar ? Grenzsoldat 21:00, 20 oktyabr 2022 (UTC)
Qeyd etdiyiniz müzakirədən xəbərim yox idi, keçid üçün təşəkkür edirəm. Nəsə bir addım atılmalıdı ya da bir dəfəlik silək getsin. Bilək ki, heç yoxdu. White Demon, nəsə bir gəlişmə var? Dancewithdevil (müzakirə) 21:15, 20 oktyabr 2022 (UTC)
Redaktə sayı İlin vikimediaçısı seçilmək üçün meyar ola bilməz. Hansısa şəxs oflayn fəaliyyətlə də bu ada layiq görülə bilər. Məsələn, Emna Mizuni 2019-cu ildə İlin vikimediaçısı seçilmişdi. VikiƏrəb tədbirinin əsasını qoyduğuna, vacib vikikonfranslar təşkil etdiyinə, eləcə də, digər oflayn fəaliyyətlərinə görə. Halbuki istifadəçinin bütün layihələrdəki ümumi redaktə sayı heç 5.000 deyil. Şiroi Akuma 21:36, 20 oktyabr 2022 (UTC)
Bilirəm, amma necəsə başlamalıyıq axı. Dancewithdevil (müzakirə) 21:39, 20 oktyabr 2022 (UTC)
redaktə sayına görə ilin vikimediaçısının seçilməsinə mən də qarşıyam. xarici təcrübəyə əsaslana bilərik. bizdən də redaktə sayı az olub amma viki üçün köklü işlər görən vikiçilər var. onlara qarşı da ədalətsizlik olar həm. Atakhanli (müzakirə) 05:49, 21 oktyabr 2022 (UTC)
Redaktə sayına görə seçsək "İlin vikimediaçısı" yox, "İlin ən aktiv istifadəçisi" mükafatı olardı. Şiroi Akuma 07:21, 21 oktyabr 2022 (UTC)
Yaxşı bəs təklifiniz nədir? Dancewithdevil (müzakirə) 15:00, 21 oktyabr 2022 (UTC)
Yuxarıdakı müzakirə bağlıdır. Lütfən heç bir dəyişiklik etməyin. Yeni şərhlər müvafiq səhifədə müzakirə edilməlidir. Bu müzakirəyə heç bir əlavə edilməməlidir.


"Twinkle" qadceti ilə bağlı sual

Salam. Necə edə bilərəm ki, bu qadcetin səhifə SNS etmə funksiyasından istifadə edərkən səhifələr izləmə siyahısına düşməsin? Təşəkkür edirəm. Dancewithdevil (müzakirə) 01:22, 22 oktyabr 2022 (UTC)

Heç vaxt istifadə etməmişəm deyə, məlumatım yoxdur. Şiroi Akuma 12:38, 22 oktyabr 2022 (UTC)
@Atakhanli, bəlkə siz bilərsiz, daha çox istifadə edirsiniz. Dancewithdevil (müzakirə) 22:47, 22 oktyabr 2022 (UTC)

Aktyor–aktrisa kateqoriyaları

Salam. Bu kateqoriyaları necə adlandırmalıyıq? "Türkiyə film aktyorları" və "Türkiyə film aktrisaları" ya "Türkiyə qadın film aktyorları" və "Türkiyə kişi film aktyorları". Dancewithdevil (müzakirə) 05:16, 22 oktyabr 2022 (UTC)

Türkiyə film aktyorlarıTürkiyə film aktrisaları daha uyğundur məncə. Patriot Kor (müzakirə) 09:08, 22 oktyabr 2022 (UTC)
Əslində aktrisa və aktyor düzgündür. Bizdə qadına aktrisa, kişiyə aktyor deyirlər. Amma problem odur ki, bu iki şeyi birləşdirən ümumi kateqoriyanı necə adlandıraq? Şiroi Akuma 12:38, 22 oktyabr 2022 (UTC)
"Türkiyə film sənətçiləri"? Dancewithdevil (müzakirə) 22:46, 22 oktyabr 2022 (UTC)
Rejissor da film sənətçisi sayılmır ki? Şiroi Akuma 08:08, 23 oktyabr 2022 (UTC)
Sayılır. Dancewithdevil (müzakirə) 15:23, 23 oktyabr 2022 (UTC)
Aktyor sənətçiləri demək olarmı? Fəaliyyət aktyor sənəti adlanır. --► Hörmətlə: SolaVirum

Arxivləşdirmələr

Etiraz yoxdursa, inzibatçı, bürokrat və s. kimi seçkilərin arxivləşdirməsini interfeys vasitəsilə həyata keçirək, eynilə VP:Q kimi. Belə daha rahat olar və qarışıqlıqlar da yaranmaz. Əslində seçkilər üçün də belə olmalıdır. Fikirləriniz? Dancewithdevil (müzakirə) 07:23, 23 oktyabr 2022 (UTC)

İnzibatçı statusunun alınması barədə ilkin səsvermənin KM-da keçirilməsi

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Hamıya salam. Düşünürəm ki, hər hansı bir istifadəçidən inzibatçı statusunun alınması barədə ilkin səsvermə müvafiq arqumentlər təqdim edilərək KM-da keçirilməlidir. Buna VP:İMZ-də qərar verilməsi müşahidələrə görə effektiv deyil. Ümumiyyətlə, hansısa vikidə belə bir praktika varmı? Dancewithdevil (müzakirə) 15:32, 23 oktyabr 2022 (UTC)


  1. + Lehinə: Statusun alınması ilə bağlı ilkin səsvermə KM-da keçirilsin. Dancewithdevil (müzakirə) 15:32, 23 oktyabr 2022 (UTC)

Şərhlər

Bu məsələni 3 i əvvəl gündəmə gətirmişdim ki, 10-15 adi istifadəçinin və bir neçə inzibatçının müraciəti səsvermənin başlaması üçün kifayət sayılsın, çünki bu barədə qərarın sadəcə inzibatçılar arasında verilməsi şəffaf proses deyil. Amma təklifim qəbul edilməmişdi.— Şiroi Akuma 17:43, 23 oktyabr 2022 (UTC)

Burada şəffaflıqdan ümumiyyətlə söhbət gedə bilməz deyə qeyd etməmişəm. Nəyə görə buna inzibatçılar qərar verməlidir, Vikipediya icması yox? Etimad səsverməsi, statusun alınması ilə bağlı ilkin səsvermələr qeyd etdiyim formada olmalıdır. 10 istifadəçi söhbətinə də qatılmıram. Tək bir istifadəçi belə əsaslı səbəbləri qeyd edərək müzakirə başlatmaq hüququna sahib olmalıdır. Dancewithdevil (müzakirə) 17:57, 23 oktyabr 2022 (UTC)
❌N fikirləriniz çox absurddur. Yaxşı, istifadəçinin göstərdiyi səbəbinin əsaslı olduğuna kimlər qərar verəcək? Bəlki müraciət edən şəxs haqsızdı, inzibatçı yox? Burada həmişə inzibatçılardan narazılıq olur, hər narazılığa görə bir istifadəçi səsvermə başlatsa, hər ay 2-3 səsvermə görəcəyik burda. Heç bir halda sadəcə bir istifadəçinin fikri ilə bir inzibatçı səsverməsi başlaya bilməz. Gərək bir xeyli istifadəçi də onun fikirlərini təsdiqləsin. Vikicima bir istifadəçidən ibarət olmur. Şiroi Akuma 18:07, 23 oktyabr 2022 (UTC)
Heç də belə. Qərarı müzakirə əsasında icma, yəni istifadəçilər verəcək. "hər narazılığa görə bir istifadəçi səsvermə başlatsa, hər ay 2-3 səsvermə görəcəyik burda." bu sadəcə bəhanədir. İnzibatçı statusunun alınmasını gərəktirəcək bir durum söhbət mövzusu deyilsə, zatən müzakirə şəffaf nəticələnəcək, və bu ilkin səsvermədir. Hər bir istifadəçinin bu barədə ilkin müzakirə açmaq haqqı olmalıdır. Məsələn, bir istifadəçinin etirazı ilə Drabdullayev17-nin statuslarının alınması əvvəl ilkin səsverməyə, daha sonra da ümumi səsverməyə çıxarıldı. Amma mən ümumi ilkin səsvermələr təşkil olunsun və vəziyyət müzakirə edilsin deyirəm. Belə daha doğru qərar veriləcəyi heç şübhəsizdir. Dancewithdevil (müzakirə) 18:22, 23 oktyabr 2022 (UTC)
Sualıma cavab vermədiz. İstifadəçinin səsvermənin başlaması üçün göstərdiyi səbəbinin əsaslı olduğuna kim və ya kimlər qərar verəcək? Şiroi Akuma 18:30, 23 oktyabr 2022 (UTC)
Cavab vermişəm. Səsvermə VP:İMZ-də də keçiriləcəksə, dəyişən heç nə olmayacaq. Dancewithdevil (müzakirə) 18:34, 23 oktyabr 2022 (UTC)
Bu 10 istifadəçi kim-kim olacaq? Yəni bir nəfər araşdırıb müzakirə aça bilər. Arbitraj Komitəsi də fəaliyyət göstərmir ki, ora müraciət edilə bilsin. Dancewithdevil (müzakirə) 18:28, 23 oktyabr 2022 (UTC)
Məsələn, sadəcə aktiv və etimad göstərilən istifadəçilər bunu edə bilsin. Əgər yeni, təcrübəsi kifayət qədər olmayan, ya da başqa istifadəçilər müzakirə başlada bilməsinlər. Onun yerinə qeyd etdiyim istifadəçilərə müraciət etsinlər, və o istifadəçilər də istifadəçinin müraciətinə baxsın, araşdırsın və nəticələrə əsasən müvafiq müzakirənin başladılıb-başladılmamalı olduğuna qərar versin. Bununla əlaqəli Vikipediya:Şikayətlər deyə bir səhifə də yarada bilərik. Dancewithdevil (müzakirə) 19:15, 23 oktyabr 2022 (UTC)

Yekunlaşdırma: Yaxın günlərdə mövzu ilə bağlı müzakirə açılacaq. Dancewithdevil (müzakirə) 07:52, 26 oktyabr 2022 (UTC)

Dissident yoxsa müxalif?

İstifadəsi baxımından hansı təbir daha doğrudur? Dancewithdevil (müzakirə) 07:49, 26 oktyabr 2022 (UTC)

@Firuze Nesibli, salam. Bağışlayın, narahat edirəm. Səhv xatırlamıramsa, siz, hüquqla məşğul olursunuz. Vikipediyada hansı terminin istifadəsinə üstünlük verirsiniz? Dancewithdevil (müzakirə) 17:23, 26 oktyabr 2022 (UTC)
@Dancewithdevil, salam. Fikrimcə, bu məsələ hüquqdan çox siyasi elmlərin əhatə dairəsinə daxildir və dilçilər də münasibət bildirə bilərlər. Qanunvericilikdə "dissident" ifadəsindən istifadə olunmur. "Müxalif" sözü isə siyasi bəyanat xarakterli sənədlərdə mövcuddur. Bu baxımdan politologiya sahəsində olanların rəyi daha həlledici ola bilər.— Firuze Nesibli (müzakirə) 15:06, 27 oktyabr 2022 (UTC)
Anladım, məlumat üçün təşəkkür edirəm. Dancewithdevil (müzakirə) 15:25, 27 oktyabr 2022 (UTC)
Buyurun. Firuze Nesibli (müzakirə) 16:34, 27 oktyabr 2022 (UTC)

1993 Yay əməliyyatları

1993 Yay əməliyyatları səhifəsinə daha əvvəllər Birinci Qarabağ müharibəsi məqaləsində Yay toqquşmaları (1993) adı altında keçid edilmişdi. Məqalənin hazırkı adı ilə bağlı rəy bildirən olsa, çox yaxşı olardı. İndiki ad saxlanılırsa, Yay toqquşmaları (1993) adı daxil edilən məqalələrdə dəyişiklik etmək lazım olacaq. Öncədən təşəkkür edirəm.— Firuze Nesibli (müzakirə) 15:54, 27 oktyabr 2022 (UTC)

Firuze Nesibli "Yay əməliyyatları (1993)" kimi olmalıdır. Əslində, məqalə problemlidir, tamamilə erməni perspektivi ilə yazılıb, sadəcə indi silmək çətin işdir. --► Hörmətlə: SolaVirum 20:26, 4 noyabr 2022 (UTC)
Adı dəyişdim, az vikidə standart olan formada etdim. Mən məqalədə hər hansı bir problem görmürəm. Həsən İmanov işləyib, en wikidən tərcümə edib deyəsən. Bütün dillərdə məzmun eynidir hardaysa. Gadir (müzakirə) 21:55, 4 noyabr 2022 (UTC)

2010-cu il parlament seçimləri

Salam, dostlar. 2010-cu il parlament seçimlərində dairələrin olduğu ümumi xəritəni hazırlaya bilən var aranızda ? 2015-ci il seçimləri ilə bağlı belə bir xəritə hazırlamışdı 2 il əvvəl. İndi bu xəritə üzərində sadəcə rənglər dəyişməlidir. Kimsə edə bilər bunu ? Grenzsoldat 13:50, 29 oktyabr 2022 (UTC)

@Grenzsoldat, seçim yox, seçki. samral müzakirə 06:52, 6 noyabr 2022 (UTC)

Günəşli

Salam. Vikipediyada Yeni Günəşli qəsəbəsi haqqında məqalə var. Bilmək istəyirəm Günəşli (Köhnə Günəşli) Yeni Günəşliyə bağlıdır? Əgər bağlı deyilsə Köhnə Günəşliyə məqalə yaratmaq istəyirəm. MusaSəmədov 11:29, 31 oktyabr 2022 (UTC)

Köhnə Günəşli Xətai rayonuna baxır, yeni isə Suraxanı rayonuna. Amma onların ikisi də massivdi. qəsəbə deyil. — Araz Yaquboglu (müzakirə) 16:36, 1 noyabr 2022 (UTC)
Düz deyirsiz, Bakının qəsəbələri siyahısında yoxdur. Bəs niyə görə məqalədə qəsəbə kimi qeyd etmişik ki? Şiroi Akuma 21:24, 1 noyabr 2022 (UTC)
Araz Yaquboglu Yeni Günəşli massivdisə niyə tərkibində massivlər ("AB", "V" və s.) var? MusaSəmədov 09:30, 2 noyabr 2022 (UTC)
Yaşayış sahəsidir. — Araz Yaquboglu (müzakirə) 09:40, 2 noyabr 2022 (UTC)

VP:SNF-nin yaradılması

Salamlar! Məlumdur ki, AzVikidə çoxsaylı problemli fayl var və bu səmtdə yükləmələr davam edir. Təklif edirəm fayllarla bağlı məsələlərin həll edilməsi üçün VP:SNF-ni (Silinməyə namizəd fayllar) yaradaq. Bu səhifə fayllarla bağlı ciddi müzakirə aparmağa təkan verəcək və yeni qaydaların yaranmasına şərait yaradacaq. Həm də faylların müzakirəsi üçün xüsusi bir səhifə olacaq. Envikidə belə bir səhifə fəaliyyət göstərir. Məncə çox gecikməyək.Turkmen müzakirə 17:32, 31 oktyabr 2022 (UTC)


  1. + Lehinə: Turkmen müzakirə 17:32, 31 oktyabr 2022 (UTC)
  2. + Lehinə: əla təşəbbüsdür. Amma ssas məsələ silinməyə namizəd faylın müəyyən edilməsi yox, faylın özünün silinməsidir. İdarəçilər bu məsələdə çox passivdirlər. Grenzsoldat 17:35, 31 oktyabr 2022 (UTC)
    + Lehinə: Dəstəkləyirəm. Gadir (müzakirə) 18:49, 31 oktyabr 2022 (UTC)
  3. + Lehinə: Məncə yaxşı fikirdir. Çox fayl müzakirəsiz silinib gedir, ortada nə müzakirə olur nə də fayl. MusaSəmədov 04:51, 1 noyabr 2022 (UTC)
  4. + Lehinə: Dəstəkləyirəm. — Patriot Kor (müzakirə) 14:47, 1 noyabr 2022 (UTC)
  5. + Lehinə: Bəzi istifadəçilərin sui-istifadə hallarına son qoyar məncə bu layihə.— samral müzakirə 06:50, 6 noyabr 2022 (UTC)

  1. − Əleyhinə: fikrimcə buna gərək yoxdur. İnzibatçıların yanlış silinmə etməsi halları ilə qarşılaşmamışam. Mövcud qayda var hamı ona görə qərar verir. Bundan əlavə silinəsi çox şəkil var, bu formatda çox zamanımızı alacaq silmək. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:42, 1 noyabr 2022 (UTC)
  2. − Əleyhinə: hələlik düşünürəm ki, buna ehtiyac yoxdur. Məgər SNS-da müzakirə edə bilmərik? Ora ümumi yer deyil? Müzakirənin gedişatına əsasən fikrim dəyişə bilər. Gadir (müzakirə) 06:50, 1 noyabr 2022 (UTC)
  3. − Əleyhinə: açığı, burada "Eldarado" ilə razıyam. --► Hörmətlə: SolaVirum 19:41, 1 noyabr 2022 (UTC)

Şərhlər

Bu səhifəyə hansı növ fayllar təqdim olunacaq? Elə fayllar var ki, müzakirəsiz, yəni sürətli silinməlidir. Sürətli silinən faylların bu səhifədə namizəd kimi göstərilməsini düzgün hesab etmirəm. Şiroi Akuma 19:15, 31 oktyabr 2022 (UTC)

Hörmətli, @Grenzsoldat, bəlkə buradakı iradlara bir açıqlama gətirəsiniz? Şiroi Akuma 19:16, 31 oktyabr 2022 (UTC)
White Demon qeyd etdiyi kimi, əgər bütün bunlara aydınlıq gətiriləcəksə, belə bir səhifənin yaradılmasının lehinə olacağam. Gadir (müzakirə) 19:20, 31 oktyabr 2022 (UTC)
@White Demon fəaliyyəti sns kimi olacaq təbii ki. Sürətli silinəcək faylların orada müzakirə olunması onsuz da mənasızdır. Turkmen müzakirə 21:53, 31 oktyabr 2022 (UTC)
Hansı fayllar müzakirə olunacaq məsələn? Gadir (müzakirə) 21:55, 31 oktyabr 2022 (UTC)
Yəqin ki, ədalətli istifadəsi şübhəli olanlar, keyfiyyəti mübahisəli olanlar, ensiklopedik olmayan fayllar. Şiroi Akuma 22:00, 31 oktyabr 2022 (UTC)
Turkmen, ora nə cür fayllar təqdim ediləcək və nəyə əsasən? Bu barədə ilk öncə qaydalar hazırlansa yaxşı olar. Gadir (müzakirə) 06:20, 1 noyabr 2022 (UTC)
Hər kəsə salam, Grenzsoldat, buradakı qaydalara əsasən silinməyə təqdim etsəniz inzibatçılar işlərini rahatlıqla görər. Sizin buna zamanınız yoxdursa, heç kəs də bunu qısa zamanda etməyə borclu deyil. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:37, 1 noyabr 2022 (UTC)
@Eldarado 100-lərlə foto yanlış təftiş ilə silindi :) əslində tam olaraq idarəçilərdə də günah yoxdur, fayl sil şablonu qoyulan kimi məqalələrdən çıxarılırdı deyə onu təftiş etmək demək olar ki, mümkünsüz idi. beləliklə 100-lərlə vəfat etmiş, dağıdılmış abidə və s. bəzi hallarda istifadə olunan fayl istifadəsiz fayl kimi və s. səbəbdən silindi. baxın. Atakhanli (müzakirə) 06:03, 1 noyabr 2022 (UTC)
Atakhanli, bunun fərqindəyəm lakin həll yolu SNF deyil fikrimcə. İstifadəçi qaydaları pozursa inzibatçılara bununla bağlı məlumat verilməli və istifadəçinin fəaliyyəti məhdudlaşdırılmalıdır. Azvikidəki şəkillərin 90%-i silinməli və onların bir qismi Commonsa yüklənməlidir. SNF prosesi xeyli ləngidəcək. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:26, 1 noyabr 2022 (UTC)
Ola bilməz ki, vəfat etmiş və dağıdılmış abidələrin 100-lərlə şəkli silinsin. Mən faylları silməzdən qabaq yoxlayıram. Düzdür, 2-3 dəfə elə olub ki, vəfat etmiş şəxsin fotosunu səhvən silmişəm, amma 100-lərlə ola bilməz. Şiroi Akuma 06:42, 1 noyabr 2022 (UTC)
Hə, bu, mənə də qəribə gəldi. Necə ola bilər? Gadir (müzakirə) 06:44, 1 noyabr 2022 (UTC)
fotolar məqalədən də çıxarılırdı deyə həmin fotonun kimə aid olduğunu ümumiyyətlə bəlli etmək olmurdu. (fotoya keçidlər yoxdur deyə) ona görə də həmin şəxsin vəfat edib etmədiyini bəlli etmək olmurdu. bəzi fayllar isə boş yerə səhifələrdən çıxarılıb sonra guya istifadəsizdir deyə bildirilib və inzibatçılar da həqiqətən də istifadəsiz olduğunu görüb silib. @Gadir Atakhanli (müzakirə) 07:01, 1 noyabr 2022 (UTC)
Grenzsoldat, həqiqətən belə etmisiz? Zəhmət olmasa, açıqlama verin. Atakhanli, nümunələr olsa yaxşı olardı. Gadir (müzakirə) 07:08, 1 noyabr 2022 (UTC)
Grenzsoldat, sizin bu addımınızı təqdir etmişəm və dəstəkləmişəm. Bəli, viki bu fayllardan təmizlənməlidir. Amma uyğun olanları sildirmək niyə? Gadir (müzakirə) 07:11, 1 noyabr 2022 (UTC)
Məqalədən çıxarılması niyə kimə aid olduğunu bəlli etmək üçün əngəldir ki? Çox vaxt faylın adı ilə məqalənin adı uyğun gəlir. Fayl heç bir məqaləyə keçid verməsə belə məqaləni tapıb yoxlayıram həmişə. Faylların silinməsi işi ilə demək olar ki, ancaq mən və Sura məşğul olur. Bir də arada Toğrulun sildiyini görmüşəm. Başqa heç bir inzibatçının ədalətli istifadəyə görə kütləvi fayl silmə ilə məşğul olduğunu görməmişəm. Şiroi Akuma 07:27, 1 noyabr 2022 (UTC)
@White Demon qabağıma çıxdıqca 20-30-un siyahı kimi yığıb müzakirə səhifənizə yazaram. sırf siz tərəfindən silinib demədim. Atakhanli (müzakirə) 06:59, 1 noyabr 2022 (UTC)
İş orasındadır ki, bu işlə o və Sura məşğul olub, yəni faylların silinməsi ilə. :d Gadir (müzakirə) 07:03, 1 noyabr 2022 (UTC)
Hafiz Mirzə səhifəsini nə üçün silmisiniz? Mən AYB və AJB üzvü, 13 kitab müəllifi, "Zərban" TV-mədəniyyət kanalının rəhbəriyəm və sair. Səhifəm 10 ildən çox idi yaradılmışdı. Məndən xəbərsiz, qəflətən bu səhifənin silinməsini ədalətli hesab etmirəm! Son vaxtlar yenidən yaratmağa bir neçə dəfə cəht göstərmişəm, amma hər dəfə 1 gündən sonra yenə silinib. Vətən xainiyəmsə, bilim!))) Zerbantv (müzakirə) 08:35, 6 dekabr 2022 (UTC)
Mənim fikirimcə uğurlu layihədir və bunun yuxarıda deyildiyi kimi, prosesi ləngidəcəyini düşünmürəm. SNS-də məqalələr aylarla qalır. Amma ən azından müzakirə əsasında nəyi silib nəyi saxlayacağımızı bilirik. Fayllar üçün də belə müzakirələrin olmasının yüksək nəticələr verəcəyini düşünürəm.— Patriot Kor (müzakirə) 14:55, 1 noyabr 2022 (UTC)
Problem odur ki, belə şeyə təlabat yoxdur. SNS ümumi bütün səhifələr üçün nəzərdə tutulduğu halda, orada neçə dəfə fayl müzakirəsi görmüşük ki? Şiroi Akuma 21:14, 1 noyabr 2022 (UTC)
@Atakhanli, mən ümumiyyətlə düşünürəm ki, @Grenzsoldat etdiyi bu və digər bir çox, təkrarlanan, xəbərdarlıqlara məhəl qoymayan qayda pozuntularına görə fəaliyyəti bir müddətlik (hətta bəlkə də uzun müddətlik) məhdudlaşdırılmalıdır. Öz də diqqət edirsizsə adi vaxtda adını işarələmədiyin, ona yazmadığın halda adamın 1 kəlməsinə 10 kəlmə ilə cavab verir, amma səhv olduğu mövzularda adını teq etsən belə, zəhmət çəkib heç gəlib cavab vermir. Yəni həm də saymamazlıq və hörmətsizlik edir. Əlbəttə ki, bütün bunlara səbəb bu istifadəçinin indiyə qədər etdiyi qayda pozuntularına inzibatçıların səssiz qalmasıdır. samral müzakirə 05:11, 2 noyabr 2022 (UTC)