Vikipediya:Mövzulu ay/Yəhudi ayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yəhudi ayı

Yəhudi ayı — "Mövzulu ay" layihəsinin bir hissəsi kimi Yəhudi mövzusunda məqalələrin yazılması üçün yaradılmışdır. Bu layihə çərçivəsində mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi nəzərdə tutulmayıb.

İstiqamət: Layihə iştirakçıları Vikipediya:Mövzulu ay/Yəhudi ayı/Plan səhifəsində nəzərdə tutulan səhifələri yarada bilər və həmçinin həmin səhifədə olmayan, lakin Yəhudi mövzusunda olan səhifələri yarada bilərlər. Güman edilir ki, vikipediyanın bir sıra digər dil bölmələrində - xüsusilə də rusdilliingilisdilli layihələrdə bu mövzu haqda daha çox məlumat var.

Məqsəd: Yəhudi ayı bu mövzu ilə əlaqəli məqalələrdəki boşluqları aradan qaldırmaq üçün nəzərdə tutulub. Ay ərzində Yəhudi mövzusu ilə bağlı məqalələrin yaradılması nəzərdə tutulmuşdur.

Müddət: 1-30 sentyabr 2020-ci il. (1 sentyabr 2020-ci il Bakı vaxtı ilə saat 00:01-də başlayacaq və 30 sentyabr 2020-ci il Bakı vaxtı ilə saat 23:59-da bitəcək.)

Başlayarkən

[mənbəni redaktə et]

  • İştirakçılar hissəsinə imzanızı qoymağı unutmayın.
  • Layihə səhifənizdə hazırladığınız səhifələri əvvəlinə # işarəsi qoyaraq alt-alta yazın.
  • Layihə iştirakçıları yalnız qeydiyyatdan keçmiş istifadəçilər olmalıdır. IP ilə işləmək tövsiyə olunmur. Hər istifadəçi yalnız 1 istifadəçi adı ilə layihə iştirakçısı ola bilər.

Qiymətləndirmə

[mənbəni redaktə et]

Qiymətləndirmə "Jüri üzvləri" tərəfindən aparılacaq. Jüri üzvləri qiymətləndirməni aşağıda göstərilmiş metodla aparacaq. Onlar qiymətləndirməni ay başa çatdıqdan sonra maksimum 5 gün ərzində yekunlaşdırmalıdır.

Qeyd 1: Jüri üzvləri də layihə iştirakçısı ola bilər və öz töhfələrini qiymətləndirə bilərlər. Mübahisəli hallarda qiymətləndirmə digər Jüri üzvləri tərəfindən təkrar aparıla bilər.
Qeyd 2: Qiymətləndirmə yalnız buraya yüklənən məqalələrlə bağlı aparılır. İştirakçıların burada göstərmədikləri töhfələr qiymətləndirilmir.

Xülasə: Yeni məqalə, Yəhudilik və ya yəhudilər haqqında, yaxşı keyfiyyətdə, minimum 3000 bayt və 250 söz, 2020-ci ilin sentyabr ayı müddətində yaradılmalı, siyahı olmamalı.

Yəhudi ayı çərçivəsində yaradılan məqalələr aşağıdakı şərtlərə cavab verməlidir:

  • Yeni məqalə 1 sentyabr 2020-ci ildən (saat 00:00) 30 sentyabr 2020-ci ilə qədər (saat 23:59) olan dövrdə yaradılmalıdır.
  • Məqalə Yəhudilik və ya yəhudilər haqqında olmalıdır.
  • Məqalənin ölçüsü azı 3.000 bayt olmalı və içərisində azı 250 söz işlənməlidir.
  • Məqalə ensiklopedik cəhətdən əhəmiyyətli olmalıdır.
  • Məqalədə lazımı qədər istinad olmalıdır.
  • Məqalə maşın tərcüməsi ilə yaradılmamalıdır, aydın dildə yazılmalıdır.
  • Məqalədə onun bəzi kriteriyalara cavab vermədiyini göstərən şablonlar olmamalıdır. Məsələn, {{orijinal tədqiqat}}, {{tərəfli}}, {{mənbə azlığı}} və s.
  • Məqalə siyahı olmamalıdır. Lakin seçilmiş statusu alarsa, dəyərləndiriləcəkdir.

Qeyd:

  • Məqalənin qəbul olunub-olmamasını sonda ancaq Jüri üzvləri müəyyənləşdirir.

Qiymətləndirmə metodu

[mənbəni redaktə et]

  • Qəbul olunan hər bir məqalə keyfiyyətinə görə 1-3 arası xal ilə qiymətləndirilir.
  • Böyük həcmli məqalələrə əlavə olaraq 1 xal verilir (Bu xal məqalənin keyfiyyətinə aid deyil).

Qiymətləndirmə metodunun təkmilləşdirilməsinə zərurət yaranarsa, bu halda Qiymətləndirmə Komissiyasının üzvləri müvafiq qərarın qəbul edilməsində məsuldurlar

Mükafatlandırma

[mənbəni redaktə et]

  • 1-ci yeri tutan istifadəçiyə "Qızıl medal" mükafatı veriləcək.
  • 2-ci yeri tutan istifadəçiyə "Gümüş medal" mükafatı veriləcək.
  • 3-cü yeri tutan istifadəçiyə "Bürünc medal" mükafatı veriləcək.
[[Fayl:COTW Towns Copper Barnstar Hires.png 240px]]


Qeyd: İldə bir dəfə təşkil olunan tədbirdə il ərzində Mövzulu ay mükafatçılarına "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu tərəfindən müxtəlif hədiyyələr təqdim olunur.

İştirakçılar

[mənbəni redaktə et]

Töhfələrinizi bu alətlə qeyd etməyi unutmayın! Həmçinin, aşağıda istifadəçi adınızı qeyd edə bilərsiniz.

2020-ci ilin sentyabr ayında "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilmiş "Yəhudi ayı" layihəsi çərçivəsində aşağıdakı göstəricilər qeydə alınmışdır:

İştirakçı
sayı
Töhfəsini
təqdim
edənlər
Məqalə
sayı
Şablon
sayı
Kateqoriya
sayı
Şəkil
sayı

1-ci yer

2-ci yer

3-cü yer
4-cü yer

Faydalı keçidlər

[mənbəni redaktə et]

Təşkilatçı

[mənbəni redaktə et]